Ramin Qasımov

Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkimi

 

Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr ölkəmizdə Anım Günü kimi təsis olunub. Bu tarixi gün xalqımızı qələbəyə aparan 44 günlük yolun başlanğıcıdır. 44 gün davam edən İkinci Qarabağ müharibəsində siyasi, hərbi, diplomatik uğurları ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Bir daha sübut olundu ki, başqasının torpaqlarına göz dikən, saxta tarix yazaraq əsassız təbliğatları ilə özünü haqlı tərəf kimi göstərməyə çalışan təcavüzkar dövləti sonda hansı aqibət gözləyir. Ədalət və beynəlxalq hüquq mövcuddur, buna nail olmaq üçün səy göstərilməli, yalana qarşı tarixi həqiqətlər qoyulmalıdır. Azərbaycan 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç zaman haqlı mübarizəsindən geri dönmədi, ən yüksək tribunalardan erməni yalanlarını ifşa etdi, dünyaya sözün əsl mənasında tarix, hüquq və milli qürur dərsi keçdi. İşğalçını dəstəkləmək bu siyasətə dəstək olmaq deməkdir. Təəssüflər olsun ki, əksər dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar 30 ildə bunu maraqlarına görə ya dərk etmədilər, ya da dərk etmək istəmədilər. Ermənistan bu dəstəyə o qədər arxalandı ki, yeni ərazilər uğrunda müharibə planları hazırladı və 2020-ci ildə mütəmadi olaraq hərbi təxribatlar törətməklə bu planını açıq-aşkar büruzə verdi. İkinci Qarabağ müharibəsi başlamadan əvvəl, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı dövlət başçısı İlham Əliyev bu tribunadan dünyaya Ermənistanın müharibə planı hazırladığını çatdırdı. Dünya gücləri bunu eşitsə də susmağa üstünlük verdilər. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.

Qürur hissi ilə qeyd etməliyik ki, nəticədə Vətən oğullarımız öz canları, qanları ilə Zəfər tarixini yazdılar. Tarixi Zəfərimizdə torpaq, Vətən sevgimiz, xalqımızın birliyi, həmrəyliyi xüsusi rol oynadı. Azərbaycan xalqı bu Zəfərin fonunda yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Şanlı Qələbəmiz Azərbaycanın gələcəyi üçün möhkəm bünövrə olmaqla yanaşı, regionda dayanıqlı sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm amil oldu.

Beləliklə, sentyabr ayı Azərbaycan tarixinə mübarizə və qələbələrin başlanğıcı ayı kimi yazıldı. Üç il qabaq - 27 sentyabr tarixində başlayan Vətən müharibəsi nəticəsində 30 illik işğal dövrünə son qoyuldu. Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin tapdağından cəmi 44 günə azad edildi. Ancaq yenə də xain düşmən öz əməllərindən əl çəkmədi. Separatçı qüvvələrin qanunsuz silahlı birləşmələri unutdular ki, ya Azərbaycan vətəndaşı kimi bu ölkənin qanunları ilə yaşamağı qəbul edəcək, ya da çıxıb gedəcəklər. Anlamadılar ki, Azərbaycana reinteqrasiya edib, sülh şəraitində yaşamaq daha optimal variantdır. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyinin, sağlamlığının təminatına hazır olduğunu bəyan etsə də, qondarma rejim öz havadarlarına arxalanaraq prosesi ləngidirdi.

Azərbaycan dövləti Vətən müharibəsindən ötən 3 il ərzində böyük səbr nümayiş etdirdi, sülh və asayişin bərpası üçün ciddi cəhdlə çalışdı. Lakin  Ermənistan Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini davam etdirməkdən əl çəkmədi. Qonşu dövlət üçtərəfli Bəyanatın müddəalarına əməl etmir, qanunsuz silahlı qüvvələrini ərazilərimizdən çıxarmırdı. Qarabağ iqtisadi rayonunda davamlı olaraq səngərlər qazılır, silahlar daşınır, ən son istehsal olan minalar, əsasən də Ermənistanın özünün istehsal etdiyi minalar basdırılırdı. Qanunsuz silahlı qüvvələr tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qayıdan dinc əhaliyə və hərbçilərimizə qarşı təxribatlar törədilirdi. Onlarla insan gizli yollarla basdırılmış minaların qurbanı oldu. Ölkəmiz yenə də səbir nümayiş etdirərək qarşı tərəfi sülhə çağırmış, bütün separatçı qüvvələrə, qanunsuz silahlı dəstə üzvlərinə silahı yerə qoyub, bölgəni könüllü şəkildə tərk etmələrini təklif etmişdir. Separatçılar ya anlamadılar, ya da kənar qüvvələrin təsiri nəticəsində şirnikləndirici yalan vədlərə inanıb anlamaq istəmədilər və sentyabrın 19-u səhər qanunsuz erməni silahlı dəstələri növbəti mina terroru törətdilər. Bu terror hadisəsi Azərbaycan üçün tarıma çəkilmiş səbrin sonu oldu. Ölkəmiz işğaldan azad edilmiş Qarabağ bölgəsinə köçürülən əhalinin, ərazidə bərpa-quruculuq işləri aparan insanların və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə başladı. Uğurla yerinə yetirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan heç bir mülki və sosial infrastruktura zərər vurmadan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxartdı. Ermənistandan fərqli olaraq Azərbaycan dövləti mülki şəxslərin təhlükəsizliyini təmin etdi. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz addımlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq atdı və 10 noyabr Bəyanatının 4-cü maddəsini özü icra etmək məcburiyyətində qaldı.

Azərbaycan dövləti cəmi bir gün ərzində ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyaraq təslim oldular. Nəhayət 20 sentyabr 2023-cü il tarixində dövlətimiz ərazi bütövlüyümüzün bərpasını tamamilə təmin etdi və oz haqq savaşında Böyük Zəfərə nail oldu.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər