{category-title}

Sevindik Hətəmov

Salyan rayon İcra Hakimiyyətinin başçısı 

 

Yüz dörd il əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi - Əqdnamə ilə Azərbaycan müstəqil dövlət kimi beynəlxalq münasibətlərin subyektinə çevrildi. Qısa müddət ərzində ölkəmizin ilk parlamenti və höküməti quruldu, dövlət atributları təsis olundu, sərhədləri müəyyən edildi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının - Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Məmmədhəsən Hacınskinin və digər əqidədaşlarının fədakarlığına, xalqımızın mübarizə və müqavimət əzminə baxmayaraq, bolşevik işğalının qarşısını almaq mümkün olmadı, Cümhuriyyət 23 ay sonra süqut etdi.

Nə qədər ağrılı olsa da, keçdiyimiz tarixi yol göstərir ki, bəzən xalqların doğal haqqı, azadlıq və müstəqillik sevdası qaba gücün qarşısında aciz olur, ədalət və beynəlxalq hüquq zora təslim olmaq məcburiyyətində qalır. 1992-ci il və 1993-cü ilin əvvəlində Ermənistan öz hamilərinin köməkliyi ilə ərazi bütövlüyümüzə qəsd edərək torpaqlarımızı işğal etdiyi dönəmdə xalqımız dövlət müstəqilliyini ikinci dəfə itirmək təhlükəsi ilə üzləşdi. O zaman Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev tarixi missiyasını yerinə yetirdi, fitri istedadı, dövlətçilik məfkurəsi və böyük idarəçilik təcrübəsi hesabına Azərbaycanı parçalanmaqdan, xalqımızı isə vətəndaş qırğınından xilas etdi. Ulu Öndər dövlət müstəqilliyimizə və suverenliyimizə bütün dövrlərdə mövcud olmuş təhlükələrin ünvanını və onların miqyasını daha dəqiq görüb qiymətləndirə bildiyi üçün, tarixi gerçəkliyi bu cür ifadə etmişdi: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir”.

Müasir Azərbaycan dövləti tarixi Zəfərlərə imza atmaqla və çoxəsrlik arzularımızı həyata keçirməklə dostlara və bədxahlara sübut edir ki, 102 il əvvəlki işğal faktı xalqımızın iradəsini sındıra və onu müstəqillik seçimindən çəkindirə bilməyib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və yüz illik yubiley tədbirləri ölkəmizdə təntənəli şəkildə keçirildi. Prezident İlham Əliyevin imzaladığı “Müstəqillik Günü haqqında” 2021-ci il 15 oktyabr tarixli Qanunla tarixi ədalət də bərpa edildi və məhz mayın 28-i Müstəqillik Günü elan olundu. Həmin Qanunun preambluasında bu cümlələr yer alır: “Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır”.

Tarixi keçmişimizə hörmət və ehtiramı əks etdirən bu fikirlər həm də onun göstəricisidir ki, dövlətçilik ənənələrimiz ölkəmizdə artıq dövlət səviyyəsində qorunur. Bu nümunə gələcək nəsillər üçün də örnək olacaq. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərlə sübut etdi ki, Azərbaycan indi daha güclüdür. Ətrafımızda hələ də mövcud olan ənənəvi təhlükə ocaqlarına, təhdid və təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azətbaycan öz dövlət müstəqilliyini və milli-mənəvi dəyərlərimizi bütün bu təhlükələrdən qorumaq gücündədir. Çünki dövlət idarəçiliyi qətiyyətli əllərdədir.

Son xəbərlər

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Bütün xəbərlər