Ədalət Hacıyev
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru

 

Qədim tarixə malik Novruz bayramı xalqımızın ən sevimli bayramıdır. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Bu, bayram şaxtalı qışın sona çatması və yazın gəlişini, təbiətin oyanışını, torpağın canlanmasını tərənnüm edir.Gecə ilə gündüzün bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bu, bayram həm də yeni ilin gəlişi kimi təqdim olunur.
Onu da qeyd edim ki, hazırda xalqımız üçün əziz olan Novruz bayramının keçirilməsi vaxtə ilə qadağan olunmuşdu. Sovetlər dövründə bu bayrama qadağalar qoyulmuş, xalqın yaddaşından silmək, gözdən salmaq üçün müxtəlif yollar əl atıldı.
Lakin müstəqilliyimizi bərpa etdikdən və Ulu Öndər Heydər Əliyevin rəhbər vəzifəsinə qayıdışından sonra bayramın qeyd edilməsilə bağlı əsaslı dəyişikliklər oldu. Məhz bu dəyişikliklərin əsasını Heydər Əliyev qoydu. Heydər Əliyev vətəninə, millətinə bağlı şəxsiyyət idi. Milli-mənəvi dəyərlərimizin, kimliyimizin dirçəlməsi, müstəqilliyimizin təmin edilməsi üçün heç bir çətinlikdən qorxmayaraq çalışdı. Məqsədi Azərbaycanı müstəqil, suveren dövlət kimi bərpa etmək, inkişafına, çiçəklənməsinə nail olmaq idi.
Belə ki, Ulu Öndər Novruz bayramını milli dəyərlərimiz kimi qeyd edilməsi üçün ilk addımı atdı. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra xalqımız müqəddəs adət və ənənələrini daha geniş şəkildə yaşatmağa başladı. Heydər Əliyevin hakimiyyəti illərindən başlayaraq bu bayram təntənəli şəkildə qeyd edilməyə başladı. Ulu Öndər bayram çıxışları edərək, hər kəsi bu bayram münasibətilə təbrik edər, xoş arzularını və təbriklərini çatdırardı.
Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi: “Xalqımızın, millətimizin ümummilli, ümumxalq dərdi, qəmi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən pozulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın böyük bir qisminin işğal olunmasıdır, işğal edilmiş torpaqlardan bir milyondan artıq soydaşlarımızın didərgin düşməsi və ağır vəziyyətdə yaşamasıdır. Bu, bizim ümumi qəmimiz, dərdimiz, kədərimizdir”.
Torpaqlarımızın işğalda olması Ümummilli lideri hər zaman düşündürən, onun azadlığı üçün yollar axtarması ən birinci məqsədlərdən biri olmuşdur. Və buna nail olmaq üçün bir çox tədbirlərin, mühüm qərarların qəbul edilməsində böyük rolu olmuşdur. Ulu Öndər Heydər Əliyev demişdir: “Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.
Ümummilli lider Heydər Əliyevin arzuları onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən reallaşdı. Bu gün artıq azad Qarabağımızda Novruz bayramları qeyd edilir. Bu il isə Novruz Bayramı Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə Novruz tonqaları qalanacaqdır. Bütün bu, qürurlu anları bizə yaşadan Ali Baş Komandan İlham Əliyev və onun yaratdığı yenilməz Azərbaycan ordusu, qorxmaz, cəsarətli, iğid əsgərlərimiz oldu.
Bu gün Novruz bayramı ölkəmizin hər bir bölgəsində coşqu ilə qeyd edilir. Elə bu səbəbdəndir ki, öz adət-ənənəsinin zənginliyinə, milli dəyərlərimizin hər zaman qorunduğu mədəni irsimiz olan Novruz Bayramı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb.
Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. Bu, bayram rəngarəng adətləri, milli dəyərlərin təbliği və yaşatdırılması baxımından digər bayramlardan xüsusilə fərqlənir. Yazın gəlişi kimi qeyd etdiyimiz bayramda hər çərşənbə tonqal qalanır. Dörd çərşənbədən ibarət olan bayram su çərşənbəsi ilə başlayıb, torpaq çərşənbəsi ilə bitir. Müxtəlif adətləri özündə birləşdirən Novruz bayramı həm də tolerantlığı, sülhü, birliyi, əmin-amanlığı tərənnüm edir.
Bu gün əziz bayramımız bütünlüklə ölkəmizdə qeyd edilir və hər zaman da qeyd edilməyə davam edəcəkdir.

Son xəbərlər

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

İlham Əliyev Sərəncam İMZALADI

Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib

İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb

Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək

Bütün xəbərlər