Esmira Quliyeva: Xalqımızın ən əziz bayramı - Novruz

Esmira Quliyeva

200 nömrəli məktəb-lisey kompleksinin direktoru 

 

Doğma el-obamıza Baharın və Novruzun gəlişi ilə dağ-dərələr, düzlər yaşıl don geyinir, göy çəmənləri çiçəklər, bulaqların, arxların başını yarpızlar bəzəyir, ağaclar ağ örpəyə bürünür.  Bu bayram günlərində uşaqlı-böyüklü təbiətin dəyişməsini və torpağın oyanmasını gözləyir.

Novruz bayramı xalqımızın ən qədim bayramlarından biridir. Gözəl adət və ənənələri,  zəngin el şənlikləri, füsunkar gözəllikləri və yaddaqalan bayram nəğmələri ilə bol olan Novruz bayramı Azərbaycanda təntənə və yüksək əhval-ruhiyyə ilə qeyd edilir.
Novruz süfrəsi xalqın ən ləziz milli yeməkləri ilə bəzənər. Bayramda cürbəcür şirniyyat növləri - şəkərbura, paxlava və qoğal hazırlanır, plov bişirilir, rəngbərəng yumurtalar boyanıb süfrəyə qoyulur. Bayram axşamı bacalardan torbalar sallanar, qapılara papaq atılar. Qonum-qonşu qulaqlarını birbirlərinin qapılarına dayayıb içəridən gələn səslərə qulaq asar, öz gələcək talelərini ordan eşitdikləri söz-söhbətlə müəyyənləşdirərlər. Novruz günlərində qohum-qardaş, dost-tanış ləziz nemətlərdən xonça bağlayıb bir-birlərinə qonaq gedərlər.
Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır.
44 gün ərzində Vətənimiz uğrunda apardığımız döyüşlərdə mənfur düşmənlərimiz üzərində Müzəffər Ordumuzun və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız möhtəşəm Qələbə nəticəsində bu gün biz Novruz bayramını qədim şəhərimiz Şuşada, Qarabağda, ərazi bütövlüyü bərpa olunan Azərbaycan da qeyd edirik.
Prezident İlham Əliyevin Novruz bayramında Azərbaycan xalqına təbrikində qeyd etdiyi kimi, “Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur”.

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər