Fəzail Ağamalı

Milli Məclisin deputatı 

 

Azərbaycanın tarixində yeni dövr başlayıb. Fevralın 7-də keçirilmiş prezident seçkiləri bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Prezident seçkilərinin ilk dəfədir müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi tarixi hadisədir. Məhz bu səbəbdən də, budəfəki seçkilər cəmiyyətimizdə haqlı olaraq Zəfər seçkisi kimi dəyərləndirilir.

Seçkilərin nəticələri torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan, yenilməz sərkərdə İlham Əliyevə xalqımızın sonsuz inam və etimadının ifadəsi idi. 2003-cü ildə ilk dəfə Prezident seçiləndə cənab İlham Əliyev qarşıda duran məsələlərin həll ediləcəyini vəd etmişdi. Bu dövrdə Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi, tarixi nailiyyətlər əldə etdi.  2018-ci ildə andiçmə mərasimində Prezident torpaqlarımızın azad ediləcəyini və Azərbaycanda separatizmə son qoyulacağını demişdi. 2 ildən sonra Vətən müharibəsində tarixi qələbə əldə olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.

7 fevralda Prezidentimiz İlham Əliyevin   Xankəndində səs verməsi isə rəmzi məna daşıyır. 30 ildən çox idi ki, tarixi şəhərimiz olan Xankəndi erməni separatçılarının yuvasına çevrilmişdi. Məhz buradan xalqımıza qarşı məkrli planlar hazırdı. Amma ötən ilin sentyabr ayında ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatçıları diz çökdürüldü. Bütün bunların fonunda Xankəndi şəhərində də seçki prosesinin təşkili və səsvermənin keçirilməsi Zəfərimizin təntənəsi oldu. Fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin dediyi kimi, Xankəndidə qutuya atdığı büllütün erməni separatçılarının tabutuna vurulan son mismar idi.

Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr, gələcək hədəflər barədə ətraflı bəhs etdi. Əminik ki, dövlət başçısının liderliyi ilə qarşıda duran vəzifələr yüksək səviyyədə yerinə yetiriləcək. Son 20 ildə Azərbaycanın keçdiyi yola nəzər saldıqda, biz Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədləri yerinə yetirdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət, ilk növbədə, milli maraqların nəzərə alınması ilə şərtlənir. Prezident İlham Əliyev qurucu Lider kimi qətiyyətlə reallaşdırdığı siyasətdə həmişə dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə Ona dəstək verib. Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə, dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Azərbaycan xalqı dövlət başçımıza böyük inamını növbəti dəfə fevralın 7-də keçirilən prezident seçkilərində ifadə etdi və Azərbaycanı inamla idarə edən, ölkəmizə çoxsaylı uğurlar qazandıran cənab İlham Əliyevə səs verdi.

Beləliklə, seçkilərin nəticələrində Xalq-Lider birliyi müstəsna əhəmiyyət kəsb edir. Qeyd etdiyimiz kimi, bu birlik uzun illərdir mövcuddur və müstəqil dövlətimizin nailiyyətlərinin əsasını təşkil edir.  Bu birlik xüsusilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırış ilə bütün xalq dəmir yumruq kimi birləşdi. Məhz Xalq-Lider-Ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu  sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi. 7 fevral seçkiləri bir daha xalqın öz Liderinə sonsuz inamının ifadəsi idi.

Prezident İlham Əliyev andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələrdən bəhs edərkən işğaldan azad edilmiş ərazilərimizin bərpasını xüsusi vurğuladı. Keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesinin uğurla getdiyini deyən Prezident İlham Əliyev bildirib: “Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq”. Xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərimiz tezliklə cənnətə çevriləcək.

Qarşıdakı hədəflər sırasında türk dövlətlərinin birliyinin gücləndirilməsi də xüsusi yer tutur. Bununla bağlı Prezident İlham Əliyev çıxışı zamanı deyib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Prezident İlham Əliyevin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirlməsinin zəruriliyini önə çəkməsi heç də təsadüfi deyil. Dövlətimizi başçısı bildirib ki,  bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Xalqımız inanır ki, Prezident İlham Əliyev qarşıya qoyulan yeni hədəflərə çataraq dövlətimizə yeni zəfərlər qazandıracaq.

Son xəbərlər

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis - ŞƏRH

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Azərbaycanda epidemik parotit üzrə epidemioloji vəziyyət sabitdir - RƏSMİ

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir

İqtisadi sahədəki bəzi cinayətlərə görə məsuliyyətin ləğv edilməsi son oxunuşda qəbul edilib

Zakir Həsənov Selçuk Bayraktarı qəbul edib

PUA hücumları nəticəsində Rusiyada NEZ və neft məhsulları saxlanılan obyektlərdə yanğınlar olub

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Sabah 37 dərəcə isti olacaq

Müdafiə Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib

“Qoyun-quzunu limuzində daşımalıdırlar?!” - Rəsmi cavab

Bağçalara sənəd qəbulu başlayır - valideynlər nəyi bilməlidir?

Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər

Azərbaycan Xarici İşlər Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

Tramp: Putin və Zelenski - güzəştə getməyən danışıqçılardır

Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub

Bir qrup diplomata diplomatik rütbələr verilib

Pakistanda terrorçulara qarşı əməliyyat keçirilib, 11 əməkdaş həlak olub

Bütün xəbərlər