---
8.01.2022, 16:00
Əli Əsədov Fuad Oktayla danışdı
Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Fuad Oktayla telefonla danışıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Söhbət zamanı Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın fəaliyyətinə dair məsələlər, iqtisadi əlaqələrin indiki vəziyyəti və gələcək planlar haqda fikir mübadiləsi aparılıb.