{category-title}

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək

 

Sentyabrın 16-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasa Azərbaycan Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Vitse-Prezidenti, Türkiyə tərəfindən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik edəcək.

İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edəcəklər. Görüşdə hər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulmuşdur. Hazırda Hökumətlərarası Birgə Komissiyanın gündəliyində dayanan məsələləri razılaşdırmaq üçün Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri Azərbaycan tərəfdən tərəfdaşları ilə hazırlıq işləri aparırlar.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya 2 noyabr 1992-ci ildə Ankarada imzalanan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq saziş”inə uyğun olaraq yaradılmışdır. Bu günədək Komissiyanın 7 iclası keçirilib. Avqust ayının sonlarından başlayaraq Birgə Hökumətlərarası Komissiyanın ayrıca informasiya resursu – “Twitter” hesabı (@AzTurCom) fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yaradılan bu rəsmi hesabda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən, iki qardaş ölkənin əlaqələri ilə bağlı məlumatlar paylaşılır.

Son xəbərlər

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Rusiya "Naftoqaz"ın qaz hasilatı obyektlərinə silsilə zərbələr endirib

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq

Bakıda 34, rayonlarda 38 dərəcə isti olacaq

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir

Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırma başlayıb

Hindistan Rusiya diplomatını XİN-ə çağırıb

Bazar günü Bakıda 33 dərəcə isti olacaq

“Tasnim”: ABŞ-ın Hörmüzqan vilayətinə hücumunda 8 mülki şəxs ölüb

Bəhreyn İranın bir neçə hava zərbəsinin qarşısını aldığını bildirib

Küveytdə İranın zərbələrindən sonra elektrik stansiyası və duzsuzlaşdırma zavodu yanıb

İranın hücumlarına görə Küveyt aeroportunda bütün uçuşlar dayandırılıb

Ukrayna Tambov vilayətində logistika mərkəzini vurub, 7 nəfər ölüb

BDYPİ bütün yol hərəkəti iştirakçılarını diqqətli və məsuliyyətli olmağa çağırıb

Azərbaycan neftinin qiyməti 92 dollara yaxınlaşır

Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüş keçirirlər

Nazirlər Kabinetində 2029-cu il əhalinin siyahıyaalınmasına həsr olunan iclas keçirilib

Şənbə günü Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq

İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Peter Pelleqrini Bakı haqqında: Qız qalası yaxınlığındakı küçələr xoşuma gəlir

Bütün xəbərlər