{category-title}

“İcra başçısının müavini narazılığı görüb qaçdı” - Saatlıda ETİRAZ

 

Saatlıda Nabatkənd sakinləri su qıtlığından əziyyət çəkir. Nəinki pambıq sahələrini suvara bilmir, hətta içməyə də keyfiyyətli su tapmırlar. Dəfələrlə dövlət orqanlarına üz tutub, kömək istəyən kənd sakinləri deyir ki, axırda məcbur olub, təxminən bir həftə öncə etiraz aksiyası keçiriblər.

DİA.AZ-ın məlumatına görə, kənd sakinləri danışır ki, ayrı-ayrı məmurlar hektarlarla yeri zəbt edib, əkin sahələri salıblar. Su o ərazilərə yönləndirildiyinə görə Nabatkəndə gəlib çatmır. Kənddəki kanalın dibində bir az su var, adamlar 200-250 manat xərc çəkib motor alır, bu yolla əkin sahələrini suvarmağa çalışır.

Kənd sakinlərindən Kamran Əmirov danışır ki, su problemini əvvəllər də yaşayıblar, amma bu il vəziyyət lap ağırlaşıb: “Məmurlar nə qədər torpağı ələ keçirib, suyu öz sahələrinə yönəldiblər. Öz əkin yerlərinə görə bizim suya da şərik olurlar. İstəsələr, alternativ kanallar çəkə bilərlər. Çəkmirlər, bizi də susuz qoyurlar”.

Susuzluqdan təkcə Nabatkənddə əziyyət çəkmirlər. Qonşu Nizamikənddə, Çolpuda da eyni problemlər yaşanır. Nabatkənd camaatı danışır ki, Bəhrəmtəpədə suyun çoxluğunu müşahidə edirlər, amma kəndlərə gəlib çatmır. Pambıq sahələri susuzluqdan yanır. Məhsul zay olur, adamların zəhməti hədər gedir. Kənddə deyirlər ki, hətta mal-qara da susuzluqdan qırılır.

Kənd camaatı etiraz aksiyası keçirəndən sonra Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev Nabatkəndə gəlib. İcra nümayəndəliyinin qarşısında insanlara problemi həll edəcəklərinə söz verib.

Kamran Əmirov deyir ki, həmin vəd söz olaraq da qalıb: “Vədi yerinə yetirmədilər. O gün camaatın ağzından od tökülürdü. İlham Quliyev gördü ki, çox adam gəlib, narazılıq böyükdü, danışdı, tez çıxıb getdi. Elə bir problem yoxdu ki, həlli olmasın. Sadəcə, həll eləmək istəmirlər. Dünən kənddə yanğın baş verib, yanğınsöndürən maşın su tapmayıb istifadə etməyə”.

Nabatkənddə yaşayan Tahir Həsənov icra başçısının müavini ilə görüşdə iştirak edə bilmədiyinə görə təəssüflənir. Bildirir ki, ona deyiləsi çox sözü var: “Yonca sahələri suvarılmalıdır, su yoxdur. Ancaq motorlardan istifadə edirik. Mənşəyi məlum olmayan zinə suyundan istifadə etməli oluruq. Bunun torpağa yalnız zərəri var. Kür çayından su gətirmək layihəsi var, neçə il əvvəl icra hakimiyyətinə təqdim olunub. Amma heç kim üzərində işləmir. 25-30 il əvvəl kanal vasitəsilə Kür çayından bizə su gəlib çıxırdı. O xətti tamam məhv elədilər. Araz çayında su olanda bizə verirlər. Kürlə əlaqəmiz tamam kəsilib”.

Tahir Həsənov deyir ki, pambığa vaxtında su verilməlidir. Pambıq əkib, cəmi bir dəfə suvara bilib. Halbuki birinci dəfə suvarılandan uzağı 20 gün keçəndən sonra yenidən suya ehtiyac var: “Pambığın mövsümüdür, azı üç dəfə su vurulmalıdır. Mən on gün qabaq bir dəfə su vermişəm. Adam var, əkdiyi pambığa heç su verə bilməyib. Belə getsə, məhsul görməyəcəyik. Qoza yetişmir, əziyyətin zay olur. Mən pambığa zinə suyu verdim. Şirin su verə bilməmişəm. Fərq böyükdür. Məhsuldarlığa ciddi ziyan dəyir”.

Kamran Əmirov deyir, pambıq bir yana qalsın, heç içməyə su tapa bilmirlər. Əhali məcburiyyətdən zinə suyu istifadə edir: “Çənlərə vururuq, durulmağını gözləyirik. Əslində, içiləsi su deyil”.

Kənddə danışırlar ki, su çox keyfiyyətsizdir. Əvvəlki illərdən çox fərqlənir. Bir az qalan kimi iylənir: “Təsəvvür edin, insanlar belə suyu içmək məcburiyyətindədir. Əlbəttə, əgər tapsalar. Adamların içməli su ehtiyatı qurtarıb. Torpağın dərin qatlarından çıxarmaq üçün quyu qazırlar, oradan da su çıxmır. Çox acınacaqlı vəziyyət yaranıb…”(DİA.AZ)

Son xəbərlər

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Bütün xəbərlər