{category-title}

“100 hektar sahə bir adamın əlindədir” - Gədəbəydə kəndli torpaqsız qalıb

 “Örüş sahəsinə yaxın düşə bilmirik. Dava-dalaş düşür, adamlar polisə çəkilir… Halbuki, Sovet hökuməti dağılandan sonra o sahələr əhalinin istifadəsinə verilmişdi. O sahələrdə hərə bir tərəfində mal-qarasını otarırdı. Ancaq 30 ildir ki, bir adam hamısını ələ keçirib. Kənd camaatı heyvanını otarmağa yer tapmır”.

Gədəbəyin Gərgər kəndinin əhalisi əsasən əkinçilik, maldarlıq, heyvandarlıqla məşğul olur. DİA.AZ bildirir ki, ancaq kənd sakinlərinin deməsinə görə, 30 ilə yaxındır ki, kənddəki otlaq sahələri zəbt olunub. Bu səbəbdən də əhalinin bir hissəsi heyvanını satıb, bir hissəsi isə tövlə şəraitində saxlamaq məcburiyyətindədir. Kənd sakinləri:

“Vaxtilə dövlətə ən çox ət, pendir verən kənd idi”

“Sovet dağılandan sonra kəndin bütün otlaq sahələri bir adamın əlində cəmləşib, o da heç kimin heyvanını otlaqlara buraxmır. 30 ildir ki, əhali heyvanını tövlədən kənara çıxara bilmir. Nəticədə vaxtilə heyvandarlığı ilə tanınan kəndimizdə bu məşğuliyyət tamamilə yox olub. Baxırsan ki, bizim kimi sadə bir kəndlidir, o da heyvandarlıqla məşğul olur, ancaq arxasında kim dayanırsa, kimə arxayındırsa, 30 ildir, bir adam otlaq sahəsinə yaxın düşə bilmir. Vaxtilə bu kənd dövlətə ən çox ət, pendir verən kənd olub. İndi heyvanlarımız təbii otlaq görmür, hava udmur”.

“100 hektar sahə bir adamın əlindədir”

Kəndlilərin deməsinə görə, Nüsrət adlı şəxs təxminən 100 hektar ərazini zəbt edib. Bu sahə uzun illərdir ki, bir adamın istifadəsindədir deyə, əhali otlaq sahələrinə yaxn düşə bilmir. Həmin şəxs minlərlə heyvanı orada otarır. Sahədə tez-tez mübahisə düşür, dava-dalaş səviyyəsinə çatır, polis müdaxilə edir, kəndliləri şöbəyə aparır. Bu səbəbdən də kəndlilər dövlət qurumlarına müraciət ediblər ki, münaqişə yaranmaması üçün məsələ dövlət səviyyəsində həllini tapsın. Ancaq illərdir ki, onların müraciətləri cavabsız qalır. 

Son xəbərlər

"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir

Samuxda bir nəfər kanalda batıb

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Nikah və boşanmaların sayı azalıb

Azərbaycanda avtomobil benzininin istehsalı artıb - CƏDVƏL

Martda ABŞ bazasını bombalayandan sonra itkin düşən üç iranlı pilotu Qətər əsir götürübmüş

İlham Zəkiyev Avropa çempionatında finala vəsiqə qazanıb

İndoneziyada ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

İmişlidə iki avtomobil toqquşub, ölən və xəsarət alan var

Azərbaycan XİN Lixtenşteynin Milli Gününü təbrik edib

FHN küləkli havada çimərliklərə gedən vətəndaşlara xəbərdarlıq edib

Li Çje Myon sabit Koreya yarımadasının yaradılmasına çağırıb

“28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırıldı

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 34 il keçir

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

Bütün xəbərlər