{category-title}

Şagirdlərinə "Yetimsiniz, geyiminiz pisdir" deyən məktəb direktoru - İDDİA

 

Bir müddət əvvəl Səbail rayonunda yerləşən 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intiharı hamımıza təxmini bəllidir. Hələ də gündəmdən düşməyən məktəblinin intiharı digər təhsil müəssisələrinə görk olmaq əvəzinə əksinə, yenə də direktor-şagird arasında baş verən bu səviyyəli qalmaqallı olaylar davam etməkdədir. Belə ki, paytaxtın Suraxanı rayonu ərazisində yerləşən Kəlbəcər rayon 108 saylı məktəbin direktoru Bəsti Hüseynova öz şagirdlərini təhqir etməkdən belə çəkinmir. Bir neçə valideynin imzasıyla redaksiyamıza göndərilmiş məktubdan sitat: -"Direktor hər uşaqdan pul yığır. İmkanı olmayan uşaqlara isə, siz yetimsiniz, geyiminzə baxın bir" deyərək övladlarımızı təhqir etməklə məşğuldur. Bu barədə Təhsil Nazirliyinə də dəfələrlə şikayət edilsə də heç bir nəticə əldə olunmub.

Sabah 108 saylı məktəbdə hansısa bıçaqlanma, yaxud intihar olarsa, dərs vaxtı bir şagirdin başına xoşagəlməz hadisə gələrsə bunun məsuliyyətini kim daşıyacaq? Məktəb direktoru, müavinlər, sinif rəhbəri və müəllimlər dərs vaxtı həmin şagirdin harda olduğuna nə cavab verəcəklər? 162 saylı məktəbdəki intihar da bir dərs olmalıdır ki, tədris saatlarında şagirdlər nəzarətdə saxlanmalıdır. Amma 108 saylı məktəb direktoru B.Hüseynovanın heç nə vecinə olmadığı, şagirdləri “aylıq”a buraxdığı deyilir. Məsələ ilə bağlı Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Esmira Şükürovaya zəng edib münasibət bildirməsini dedik. Esmira xanımın cavabı isə belə oldu, -o məktəbdə heç bir problem yoxdur, olanları da yoluna qoymuşuq. Yasımız düşüb, indi danışa bilmirəm, sonra əlaqə saxlayarıq, - deyib telefonu söndürdü. Sonradan isə bir neçə dəfə zəng etsək də zənglərimizə cavab vermədi. Esmira xanımın qısa cavabından bizdə sual yaranır, məktəbdə heç bir yoxlama aparılmadan, şagird və valideyinlər dinlənilmədən problemlər kiminlə və "necə" yoluna qoyulub? Aşağıda təqdim edəcəyimiz sinif jurnallarına baxanda bu məktəbdə nələrin baş verdyinin tam şahidi olmaq olar.
Jurnallara baxanda belə bir sual yaranır. Niyə bu şagirdlərə qiymət yazılmır və bu qədər qayıbı olan şagirlərə belə bir məktəbin fəaliyyət göstərməsi nə dərəcədə düzgündür? Əminik ki, sualımız hörmətli Təhsil Nazirliyi tərəfindən layiqli cavablandırılacaq.

Məktəb direktorunun və təhsil şöbəsi müdirinin mövqeyini dərc etməyə hazırıq.
Qanun-namine.info
Şagirdlərinə "Yetimsiniz, geyiminiz pisdir" deyən məktəb direktoru - İDDİA
Şagirdlərinə "Yetimsiniz, geyiminiz pisdir" deyən məktəb direktoru - İDDİA
Şagirdlərinə "Yetimsiniz, geyiminiz pisdir" deyən məktəb direktoru - İDDİA
Şagirdlərinə "Yetimsiniz, geyiminiz pisdir" deyən məktəb direktoru - İDDİA

Son xəbərlər

“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

Türk dünyasının deputatları Xankəndidə - FOTO

Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü

AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb

“Bu bizim üçün çox böyük şərəfdir”

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Bütün xəbərlər