{category-title}

Əbülfəs Qarayev hələ də qış yuxusundadır... - Abidələrimiz isə dağılır, dağıdılır, mənimsənilir...

 Hər bir xalqın tarixi abidələri dünya mədəni irsinin ayrılmaz hissəsi kimi qəbul edilir.

Azərbaycan da tarixi abidələrlə zəngin ölkədir. Amma təəssüf ki, çox vaxt bu abidələr qorunmur, zamanla dağılıb gedir. Bir çoxları baxımsızlıqdan aşınıb, bəziləri isə iş adamları tərəfindən özəlləşdirilərək biznes məkanına çevrilib. Bu da ölkə ərazisində olan tarixi abidələrin zamanla sıradan çıxmasına səbəb olur. Bu səbəbdən də maddi mədəniyyət abidələrinin mühafizəsi ölkə üçün əhəmiyyətli işdir. 

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunda abidələrin toxunulmazlıq statusu və onların qorunub gələcək nəsillərə çatdırılması təsbit olunsa da, təəssüf ki, bir çox hallarda bu cür qanunlar “işbazların” qarşısını kəsə bilmir. Tarixi abidələrin dağıdılmasında aidiyyəti qurumların da payı az deyil. Ötən gün prezident İlham Əliyev “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklik edib. Dəyişikliyə əsasən, “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə 4.2.1-1-ci yarımbənd əlavə edilib. 

Əlavəyə görə, Mədəniyyət Nazirliyinə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq qoruqların ərazilərində və mühafizə zonalarında tarixi və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək səlahiyyəti verilib. 

Nazirlik, həmçinin abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər. Bu fərmandan irəli gələrə Mədəniyyət Nazirliyinin səlahyyəti faktiki olaraq artırıldı. 

Maraqlıdır, bəs Mədəniyyət Nazirliyi nə edəcək? Tarixi abidələri, əraziləri qoruyacaqmı? Yoxsa, bu yer özəlləşdirilib, bu yer icarəyə verilib və sair kimi fikirlərlə yenə yaxasını kənara çəkəcək? 

İctimai xadim, Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət “Cümhuriyət” qəzetinə şərhində deyib ki, tarixi abidələrin qorunması üçün Nazirliyin əməkdaşlarında vətən, millət sevgisi olmalıdır. A.Həsrət hesab edir ki, təkcə maaş almaq üçün işə gələnlər abidələri qoruya bilməzlər: 

“Tarixi abidələr həssas məsələdir. Düşünürəm ki, bu, sadəcə olaraq, insanların vəzifə borcu kimi nəzərdən keçirilməməlidir. Bu, həm də insandan ürək istəyən bir məsələdir. Millilik, vətənpərvərlik, düşüncə istəyən amildir. Əlbəttə ki, Mədəniyyət Nazirliyinin birbaşa vəzifəsidir ki, tarixi abidələrin həm qorunmasını, həm də tanıdılması məsələlərini həll etsin. Prezident də uyğun bir şəkildə Mədəniyyət Nazirliyini bu məsələdə vəzifələndirir. Bu, anlaşılandır, qəbul ediləndir. Amma düşünürəm ki, Mədəniyyət Nazirliyində işləyən insanlar, xüsusilə də tarixi abidələrin qorunmasına məsuliyyət daşıyan şəxslər, həm də özlərinə diqqətlə baxmalıdırlar ki, biz bu vətən, millət üçün nə qədər önəmli insanlarıq və bu məsələlər ürəyimizdən keçirmi? Biri var, sadəcə, maaş almaq üçün vəzifəni icra edəsən, biri də var ki, vəzifədən əlavə insanın daxilində olan vətən, millət yanğısı ola. Düşünürəm ki, Mədəniyyət Nazirliyindəki bu sahəyə məsul insanların vətən, millət yanğısı da işin üzərinə gələrsə, o zaman həqiqətən də uyğun nəticələr görə biləcəyik. Yox, sadəcə olaraq, bu işə insanlar maaş almaq yeri kimi baxırlarsa, əlbəttə ki, nəticə görə bilməyəcəyik. Həqiqətən də ölkənin bəzi bölgələrində elə abidələrə rast gəlinir ki, göz görə-görə aşınır, dağılır. Hiss edirsən ki, bu abidə sökülür, dağılır gedir. Sosial media üzərində həyəcan təbilinin çalınmasını da görürük, amma Mədəniyyət Nazirliyi heç reaksiya belə vermir. O, da ondan xəbər verir ki, Mədəniyyət Nazirliyində olan insanların bəzilərində vətən, millət yanğısı yetərincə deyil”. 

Son xəbərlər

“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib

General-mayor vəfat etdi

Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq

Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın

Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar

Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər

Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?

Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar

Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi

Əvəz Qocayevin mənalı ömür yolları əksəriyyət üçün bir nümunədir

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq

Aqibət Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

İlqar Mahmudov deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib

Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir

Münasibətləri ən çox özləri məhv edən 5 bürc

ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq

Bütün xəbərlər