{category-title}

Ermənilər 14 yaşlı uşağa atəş açıb - Baş Prokurorluq

 

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. 

 

Baş Prokurorluqdan verilən məlumata görə, sentyabrın 28-də saat 18 radələrində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini, 2006-cı il təvəllüdlü Həziyev Hilal İlqar oğlu kənd ərazisində qoyun otararkən erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində baş nahiyəsindən qəlpə yarası xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

 

Fakta görə Cəbrayıl rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 29, 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində döyüş şəraiti nəzərə alınmaqla mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri sənədləşdirilmə aparılır və müvafiq qaydada sübütlar toplanılır. İctimaiyyətə mütəmadi olaraq məlumatların verilməsi təmin ediləcək.

 

Son xəbərlər

Türkiyə PA: Ölkəmizin Suriya münaqişəsində kürdlərə qarşı düşmən münasibət sərgiləməsi dezinformasiyadır

Şəmkirdə maşın betona çırpılıb, 2 nəfər xəsarət alıb - FOTO

Suriya ordusu Rakka vilayətinə daxil olub

Media nümayəndələrinin akkreditasiyasına start verildi

Ukrayna Çexiya ilə mənzillərin bərpası və icmaların enerji dayanıqlılığını müzakirə edib

Rusiyada Nalçikdə polislərə hücumun qarşısı alınıb

Bazar günü sulu qar yağacaq

Tanınmış həkim vəfat etdi - FOTO

Pakistan Hindistanın Cammu və Kəşmirdəki məscidlərlə bağlı siyasətini pisləyib

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

CNN Brasil: ABŞ-ın Venesuelaya hücumlarından sonra Braziliya HHM sistemlərini gücləndirir

Biləsuvarın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Hamilə qadınlara əlavə məzuniyyət veriləcək

Nadejda İsmayılova “Şöhrət” ordeni ilə təltif edilib

Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilən 3 nəfərin məhkəməsində ittiham aktı elan edilib

Kollecə direktor təyin edildi - FOTO

Sabiq icra başçısının oğlu tanışını güllələdi

Ərdoğanın varisi dörd nəfərdən biri olacaq - İDDİA

Şənbə günü hava arabir yağıntılı olacaq

Ötən gün 10 avtomat, 79 tüfəng aşkarlanıb

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

“Qarabağ”-“Ayntraxt” oyununun biletləri satışda

Şıxlinskilər və Səfərov qardaşlarının işi üzrə andlılar məhkəməsinin kollegiya heyəti formalaşdırılıb

İranın müdafiə naziri: etirazçılar 500 ilə 3500 dollar arası pul alıblar

Bütün xəbərlər