{category-title}

Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyasını kobud şəkildə pozur

 

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir. Hədəf kimi seçilən ərazilər əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir. 

Bununla bağlı Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hazırkı vaxtadək ümumilikdə mülki əhali müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər. Xüsusilə qeyd edilməlidir ki, səhər saat 07 radələrindən başlayaraq düşmən qüvvələri tərəfindən Tərtər rayonunun mərkəzi, o cümlədən əhalinin sıx yaşadığı kəndlərin ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində, Azadqaraqoyunlu kənd sakinləri Əhmədov Mayıl Ələsgər oğlu, Salahov Nizami Məcid oğlu, Kərimov Elşən Şahmat oğluna məxsus evlərə külli miqdarda ziyan dəymiş, rayonun əsas strateji körpüsü və polis şöbəsinə zərbələr endirilib. 

Bundan başqa, düşmənin mülki obyektləri atəşə tutması nəticəsində Tərtər şəhəri, E.Səfərov küçəsi 54 mənzildən ibarət 10 saylı binası, rayonun Şıx arx qəsəbəsində 16 saylı çoxmənzilli yaşayış binası yararsız vəziyəyətə düşmüş, bina sakinləri təxliyyə edilib. 

Həmçinin, işğalçı ölkənin qüvvələrinin intensiv atəşi nəticəsində Tərtər rayonu, Səhləbad kəndində Ağayev Bəxtiyar Rəhim oğluna, Yuxarı Qapanlı kənd sakini Rəsmiyyə Həsənovaya məxsus yardımçı tikililərə top mərmilərinin düşməsi nəticəsində çoxsaylı xırda və iribuynuzlu heyvanlar tələf olub. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.

Son xəbərlər

Hakan Fidan İraqa səfər edəcək

Rusiya MN "QUR"un xüsusi təyinatlı qüvvələrinin məhv edildiyini açıqlayıb

Astarada qanunsuz ov edən şəxslər saxlanılıblar

Rusiya "İskəndər"lə Nikolayev şəhərinə zərbə endirib, 1 nəfər ölüb, 15 nəfər yaralanıb

Ukrayna kəşfiyyatı Moskva vilayətindəki neft məhsulları kəmərini partladıb

Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı

LC Waikiki, New Yorker, Terranova, Calliope - Bakıdakı məşhur mağazalar bağlanır?

Lukaşenko ABŞ və Litvanı söydü

“Azure Residence”in idarəçiliyi ilə bağlı yayılan məlumatlara dair açıqlama

Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ərdoğan da İrəvana getməyəcək?

Milli Məclisin Zəfər Günü bəyanatı - TAM MƏTN

Azərbaycanda bu müəllimlərə bonuslar veriləcək

"Qarabağ" - "Çelsi" oyununa 27 250 bilet satılıb

Hərbi və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmə qaydası təsdiqlənib

Ceyhun Bayramov Səmərqənddə Şövkət Mirziyoyevlə görüşüb

"Telegram" və "WhatsApp" Krımda rəsmi olaraq bloklanıb

Prezident Balakənin icra başçısını vəzifəsindən azad edib

BŞİH-də növbəti müşavirə keçirilib, Trest rəhbərliyi tənqid edilib

Luvr muzeyindən oğurluq edən daha bir nəfər saxlanılıb

Paşinyan: Türkiyə ilə sərhədlərin açılması artıq zaman məsələsidir

Azərbaycan və Özbəkistan XİN rəhbərləri Səmərqəndə görüşüb

Ağstafada avtomobil rabitə xəttinə çırpılıb, 4 nəfər xəsarət alıb

Bütün xəbərlər