{category-title}

Media nümayəndələrinin akkreditasiyasına start verildi

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

Mayın 17-dən 22-dək Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu tədbir bütün dünyada təqribən üç milyard insanın üzləşdiyi mənzil böhranının həll yollarını müzakirə etmək məqsədilə qlobal liderləri bir araya toplayacaq.

BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.

Jurnalistlər üçün qlobal platforma

WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksəksəviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:

• müsahibə və şərhlər üçün nazirlər, şəhər merləri və BMT rəhbərliyi də daxil olmaqla, yüksəksəviyyəli spikerlərlə birbaşa əlaqə imkanı;

• canlı yayım və məsafədən reportajlar üçün xüsusi media-zonalar;

• milli və yerli hökumət nümayəndələri, eləcə də BMT rəsmiləri ilə mətbuat brifinqləri;

• əsas sessiya və müzakirələrə səhnəarxası giriş imkanı;

• innovativ şəhərsalma və mənzil həllərini nümayiş etdirən sərgi iştirakçıları ilə ünsiyyət imkanı.

Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksəksəviyyəli sessiya təşkil olunacaq.

Media nümayəndələrinin akkreditasiyası

Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan //events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.

Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.

WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün //wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.

Son xəbərlər

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq

Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib

Kanaldan meyit tapıldı

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub

Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib

Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib

İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi

Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib

Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ

Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək

Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir

Bütün xəbərlər