pressxeber.info
pressxeber.info

Azərbaycanda koronavirusa yoluxanların evdə müalicəsinin zəruri şərtləri bilindi - AÇIQLAMA

41 dəfə baxılıb 27-06-2020, 14:31

Azərbaycanda koronavirusa yoluxanların evdə müalicəsinin zəruri şərtləri bilindi - AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti koronavirusu yüngül keçirən şəxslərin evdə müalicəsi ilə bağlı qərar qəbul edib.

 

Qərar “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nda xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək.

 

Qərarla təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydasına əlavələr edilib. Belə ki, yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs ümumi istifadə yerlərini tez-tez havalandırmaqla yanaşı, mənzili (evi) tərk etməməlidir.

Bəs evdə müalicə aparılan zaman nələrə diqqət edilməlidir?

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev Oxu.Az-a açıqlamasında bildirib ki, hər kəs onu bilməlidir ki, virusa yoluxaraq evdə izolyasiya olunan şəxslə COVID-19-a yoluxmayıb evdə karantinə alınan şəxsin vəzifələri fərqlidir:

“O insanlar bilməlidir ki, virusun yayılmasının qarşısının alınması birbaşa onlardan asılıdır. Çünki onların insan içinə çıxması sürətlə yayılan virusun insanlara yoluxmasını təmin edir ki, bu da ümumi vəziyyəti pisləşdirir.

İzolyasiya zamanı sizinlə bərabər, evdə yaşayan və virusa yoluxmayan insanların sağlamlığı normal vəziyyətdə olmalı və ciddi yanaşı xəstəlikləri olmamalıdır. Xüsusi risk qrupuna daxil olan şəxslərin sizinlə eyni evdə qalması tövsiyə olunmur. Bu risk qruplarına immun sistemi aşağı olan xəstələr, xroniki yanaşı xəstəlikləri olan insanlar və yaşlılar daxildir”.

Həkim bildirib ki, ev şəraitində xəstə olmayan insanlarla kontakt, sadəcə, xəstə olan insana kömək lazım olduqda olmalıdır:

“Kontakt zamanı minimum 1,5 metr məsafə gözlənilməli və qoruyucu maskadan istifadə edilməlidir. Xəstə olmayan insanların sizinlə eyni otaq şəraitində qalmasına və gün ərzində o otaqda mütəmadi olmasına icazə verilmir. Ev şəraitində bütün otaqların havalandırılması aparılmalıdır.

Bu, virusun otaq şəraitində azalmasına kömək edir. Ev şəraitində ümumi yerlər isə maksimum ehtiyac olduğu halda istifadə olunmalı və istifadədən sonra bir daha havalandırılmalıdır. Vacib olan gigiyenik tələblərə ev şəraitində də əməl olunmalıdır. Xəstə adamın paltarları ayrı yığılmalı və minimum 60 dərəcədə yuyulmalıdır.

Evdən kənarda olan insanlarla, məsələn, qonşularla və ya dostlarla kontakta icazə verilmir. Əgər imtina edə bilməyəcəyiniz kontakt lazım olarsa, qoruyucu maskalardan istifadə olunmalıdır və maksimum məsafə saxlanılmalıdır”.

“Xəstəliyin ağırlaşması hiss edilərsə, o zaman həkimə müraciət olunmalı və lazım olarsa, xəstəliyin müalicəsinə xəstəxana şəraitində baxılmalıdır. Xəstə adamın paltarına sağlam adamlar da mümkün qədər toxunmamalıdır”, - deyə N.Abdullayev əlavə edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən (TƏBİB) bildirilib ki, hazırda COVID-19-un spesifik müalicəsi yoxdur, lakin xəstənin səhhəti bərpa olunanadək simptomları yüngülləşdirən tədbirlər görülə bilər.

Xəstələrin evdə müşahidə meyarları aşağıdakılardır:

Klinik, laborator və rentgenoloji yaxşılaşma əldə olunan xəstələr

COVID-19 yüngül simptomlar/simptomları olmayan

COVID-19-a yoluxmuş şəxslərin halını pisləşdirə biləcək digər xroniki xəstəliklər olmadıqda

Şəxsin və ya qəyyumunun smartfonunun mövcudluğu

24/7 internet çıxışının olması

Xəstə evə yazılarkən müalicə kursunu tamamlamaq məqsədilə, lazım olan dərman vasitələri xəstənin özünə təqdim edilə bilər.

COVID-19 xəstələrin evdə müalicə sxemi (18 yaşdan yuxarı olan şəxslər üçün müalicə sxemi):

Ümumi ev karantini:

Arbidol 200 mg x 3 dəfə 10 gün

Vit C tablet 1000 mg x 4 dəfə 10 gün

Vit D 20 mg/20000 iu günaşırı 2 ay

Zink 25 mg 1 dəfə 10 gün

Temperatur ≥37.5 olarsa: Azitromisin 500 mg x 1 dəfə ilk gün, 250 mg gündə 1 dəfə 4 gün;
Ceftriaxon 1.0 x 2 dəfə ə/d və/və ya Moxifloxacin 400 mg x 1 dəfə 1 həftə;

Paracetamol 500 mg gündə maximum 4 dəfə (hərarət olduqda)

Öskürək olarsa: Asetilsistein 600 mg gündə 1 dəfə;

İnhalasiya: salbutamol 5 mg 1 ampul + NaCl 0.9% 3 ml;

Şikayətlər itənə qədər

Dispeptik əlamətləri olarsa: Linex 2 kapsul gündə 3 dəfə və ya Enterol 2 kapsul gündə 1 dəfə;
İshal yaranarsa: Loperamide 4 mg gündə 1 dəfə (max. 8 mg);

Pantoprazol 40 mg gündə 1 dəfə;

Şikayətlər yaxşılaşana qədər 18 yaşa qədər olan şəxslər üçün müalicə sxemi

Simptomlar olmadıqda müalicə başlanılmır.

Hər hansı simptom başladıqda:

Vit C:

0-6 ay 40 mg/gün

6-12 ay 50 mg/gün

1-3 yaş: 15 mg/gün

3-8 yaş: 25 mg/gün

8-13 yaş: 45 mg/gün

13-18 yaş: 75 mg/gün

Azitromisin:

1-5 ay 10 mg/kg per os gündə 2 dəfə

6 aydan böyüklərə 10 mg/kg ilk gün tək doza, növbəti gün 5 mg/kg 4 gün

Öskürək olduqda:

Öskürək üçün sirop

İnhalasiya: sabutamol 2.5 mg + NaCl 0.9% 2 ml

Hərarət olduqda:

Paracetamol 60 mg/kg gündəlik doza şəklində 2-3 dəfə (hərarət olduqda)

COVID-19 təsdiqlənmiş/şübhəli xəstələrlə təmasda olmuş şəxslər “Ümumi ev karantini” sxeminə uyğun preparatları qəbul etməlidir.

Yüksək riskli xəstələr xəstəxana triajına göndərilir. Orta riskli şəxslər isə hər 6 saatdan bir simptomlar telefonla dəyərləndirilməlidir. Klinik pisləşmə olarsa xəstəxana triajına göndərilir. Aşağı risklı şəxslərin təqibi 12 saatdan bir telefonla həyata keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
DİN
TƏQVİM
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi