{category-title}

Azərbaycanda tətbiq olunan sərt karantin rejimi ilə bağlı AÇIQLAMA

 

Türkiyədə və digər ölkələrdə həftə sonları və bir sıra müəyyən günlərdə sərt karantin tədbirlərinin müsbət nəticələr verdiyini nəzərə alsaq, Azərbaycanda da bu qadağaların effektiv olacağı gözlənilir.

Trend-ə Türkiyədə çalışan tibb elmləri doktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, Türkiyədə mart-aprel aylarında sutka ərzində 2500 və daha çox insan virusa yoluxurdu. Gün ərzində yüzdən çox insan bu virusdan dünyasını dəyişirdi. Amma aparılan tədbirlər nəticəsində Türkiyədə sutka ərzində virusa yoluxanların sayı 900 -1100-ə, vəfat edənlərin sayı 23-25-ə enib.

Həkim hesab edir ki, sərt karantin tədbirləri tətbiq olunmasaydı, Türkiyədə vəziyyət daha da ağırlaşardı:

"Virus hava-damcı yolu ilə yayılır, ona görə də insanlar kütləvi şəkildə nə qədər az toplaşarsa, bir o qədər də yoluxma hallarını azaltmaq olar. Həftə sonlarında əksər iş yerləri işləmədiyi üçün ticarət mərkəzlərinə gedən insanların sayı çoxalır. Bu da yoluxma riskini artırır".

A.Allahverdiyev qeyd edib ki, beş ay keçməsinə baxmayaraq, koronavirus pandemiyası hələ də öz aktuallığını qorumaqdadır:

"Xəstəliyin vaksini və onun müalicəsi üçün spesifik dərman preparatı əldə edilməyib. Digər tərəfdən, güman edilirdi ki, yay aylarında xəstəliyə yoluxma halları azala bilər. Lakin bunun illuziya olduğu, havanın temperaturunun yüksək olmasının xəstəliyin aradan qalxması üçün heç də səbəb olmadığı aydın oldu.

Bundan başqa hesab edilirdi ki, virus mutasiyaya uğrayacaq və qısa müddətdə xəstəlik yox olacaq. Virus mutasiyaya uğrasa da, yoluxmanın azalmasında hər hansı dəyişiklik müşahidə edilməyib. Ona görə də bu durumda Türkiyədə, eləcə də Azərbaycanda epidemiologiyanın qaydalarına uyğun olaraq, karantin tədbirləri həyata keçirilir".

İnfeksionist bildirib ki, karantin tədbirlərinin yalnız bir - insanların təmasını azaltmaq və bununla xəstəliyin yayılmasının qarşısını almaq məqsədi var:

"Artıq İrlandiya və başqa ölkələrdə aparılan tədqiqatlar göstərib ki, gənclər bu xəstəliyin yayılmasında böyük rol oynayırlar. Buna görə də xəstəliklə mübarizədə ən çətin iş infeksiyanın yayılmasında mühüm rol oynayan, virus daşıyıcısı olan gənclərin aşkarlanması və onların xəstəliyi yaymasına mane olmaqdır. Bu səbəbdən Türkiyədə uzun müddət idi ki, yaşı 20-dən az, eləcə də yaşı 65-dən çox olanların çölə çıxması qadağan edilmişdi. İnsanlardan evdə qalması tələbi onların virus daşıyıcılarından uzaq olması üçün edilir. Buna görə də həftə sonlarında, bəzən isə hətta 3-4 gün ərzində Türkiyədə məcburi olaraq evdə oturma tələbi var. Əhali də buna əməl edir. Azərbaycanda da insanların bu tələbləri anlayışla qəbul etməsini və ona əməl etməsini istərdik".

 

Son xəbərlər

Mahmud Abbas Türkiyədə səfərdədir

Kobaxidze: Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələrinin gücləndirilməsi olduqca vacibdir

İranla ABŞ atəşkəslə bağlı razılığa gəlib?

Naxçıvanda binalar belə görünəcək - Video

"Anadolu": ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib

"Qarabağ"ın heyətində "Dinamo" ilə Bakıdakı görüşdə rotasiyalar gözlənilir

Sabah 37 dərəcə isti olacaq

Zelenski: Rusiya donanmasının Qara dənizdəki sonuncu dayaq məntəqəsini vurmuşuq

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb - SƏRƏNCAM

Siyəzəndə kafedə 79 yaşlı kişinin meyiti tapılıb

Rusiya Xarkov və Xerson vilayətlərinə zərbə endirib: 2 nəfər ölüb, 15 nəfər xəsarət alıb

Ötən gün 37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Bütün xəbərlər