{category-title}

Tovuzda dağılmış MƏKTƏB: - “Şagirdlər yağış və qar altında dərs alırlar”

 

Sosial şəbəkələrdə 1980-ci ildə istifadəyə verilən və bu günədək təmir olunmayan Tovuz rayon Şah İsmayıl Xətai adına Köhnəqala kənd tam orta məktəbinin durumu ilə bağlı ciddi müzakirələr aparılır. Bildirilir ki, 39 ildir istifadəyə verilən məktəb hazırda qəzalı vəziyyətdədir. Məktəbdə qışda uşaqlar qapısı və bacası, divarları uçmuş, istiliyi olmayan otaqlarda dərs alırlar.

Məktəb binası 1980-ci ildə inşa edilib, müasir tipli olmaqla 640 yerlikdir, hazırda 470 şagird burada təhsil alır. Məktəbdə 46 müəllim, 27 texniki işçi çalışır. Məktəb binasının əsaslı təmiri üçün aidiyyəti qurumlara müraciət olunsa da, hələ də səs-soraq yoxdur.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən məktəbin direktoru Əli Məmmədrzayev bildirib ki, məktəb 1980-cı ildə istifadəyə verilsə də, bu günədək təmir edilməyib: “Artıq məktəbin yenidən təmir olunması üçün layihə də hazırlanıb. Yeni təsdris ili üçün təmirə başlanacağı gözlənilir. Təhsil Nazirliyindən və digər müvafiq qurumların əməkdaşları məktəbə baxış keçirmək üçün gəlib-gedirlər”.

Əli Məmmədrzayev deyib ki, təhsil ocağının qəzalı vəziyyətdə olmasına baxmayaraq, bu, şagirdlərin davamiyyətinə təsir etmir: “Qışın günüdür, yağış, qar yağanda məktəbin otaqlarına tökülür. Bununla belə məktəbdə qaz yoxdur, sinif otaqları qazla qızdırılır. Bütün bu çətinliklərə baxmayaraq şagirdlərin davamiyyəti yaxşıdır”.

Direktor deyib ki, son 10 ildə bu məktəbdə hər il 650-dən yuxarı bal toplayan şagirdlər ali məktəbə daxil olur: “Son 10 ildə 114 nəfər şagirdimiz ali məktəbə qəbul olub. Onların arasında ən az bal toplayan 400 olub. Ötən il iki şagirdimiz 650-dən çox bal (biri 685, digəri 672 bal) toplayıb. Ümid edirik ki, qısa zaman kəsiyində məktəbimiz yenidən təmir olunaraq, Qafqazın ən müsair elm ocaqlarından biri olacaq”.

Tovuzda dağılmış MƏKTƏB: - “Şagirdlər yağış və qar altında dərs alırlar”
Tovuzda dağılmış MƏKTƏB: - “Şagirdlər yağış və qar altında dərs alırlar”
Tovuzda dağılmış MƏKTƏB: - “Şagirdlər yağış və qar altında dərs alırlar”
Tovuzda dağılmış MƏKTƏB: - “Şagirdlər yağış və qar altında dərs alırlar”

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər