{category-title}

“Sirena” MMC-nin ÖZBAŞINALIĞI - GƏLİŞMƏ

 

 

Çin istehsalı olan Changan, Baic və GAC avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi olan “Sirena Motors” MMC-nin müştərilərlə hesablaşmalarında ilkin ödənişi edilmiş, hətta qiymətinin yarıdan çoxu ödənilmiş maşınları belə cüzi borc, gecikmə bəhanələriylə ədalətlilik prinsiplərini pozaraq müştərilərin əlindən almağa çalışması, təmirə qəbul etdiyi hallarda girov saxlayıb geri qaytarmaq istəməməsi, hətta hüquq müstəvisində müştərilərə qarşı iddialarının təmin edilmədiyi, avtomobilin cavabdehdən alınmasının qanunamüvafiq və ədalətli hesab edilmədiyi hallarda belə məhkəmə qərarlarını icra etməyə tələsməməsi ölkəmizdə çox vətəndaşı ahəstə intihar həddinə gətirib. Artıq aksiomdur ki, bu şirkətin məqsədi avtomobili öz adına keçirəcəyi, ona yiyələnəcəyi günün uzaqda olmadını düşünən müştəridən mümkün olacaq qədər çox para qoparmaq, üzərinə əlavə faizlər yükləyərək borc altından çıxmasını mümkünsüz edib avtomobili əlindən almaqdır ki, bu halın da tendensiya xarakteri alması cəmiyyətimizdə narazıçılıq doğurur.

Məhkəmə müstəvisində nümayəndəlik institutunun ləğv edilməsi və bunun nəticəsi olaraq vəkillik xidmətinin qiymətinin artması vətəndaşları adı çəkilən şirkətlə mübarizədə aciz duruma salıb və müflis olan insanların çoxu daha dərin bataqlığa düşməmək üçün ziyanın yarısından da geri qayıtmağa üstünlük verərək, mübarizələrini dayandırıblar.

Amma “Sirena Motors” MMC kimi nəhəng ilə çəkişməyə gücü çatan az sayda şəxslər vardır ki, onların əzmi, qətiyyəti başqalarına da nümunə olmalı, ümumiyyətlə, bu tipli çəkişmələrin məhkəmə təcrübəsində presendent kimi qəbul edilməlidir. Həmin şəxslərdən biri də saytımızın baş redaktoru Ramin Məhəmmədoğludur. Şirkətlə onun arasındakı mübahisə de-yure bitib. Amma ətalət qüvvəsi ilə de-fakto davam edir.

Xatırladaq ki, jurnalist 2014-cü ildə adı çəkilən şirkətdən 25.678 manata götürdüyü minik avtomobilinin qiymətinin 2017-ci ilin iyul ayına kimi 23.561 manatını ödəyib və cəmi 2400 manat borclu qalıb. Amma şirkət ona qarşı 8500 manat borc iddiası qaldıraraq məhkəmə davası açıb. İşin məhkəmə masasına çıxarılmasına baxmayaraq, şirkət cavabdehin borcunun üzərinə hər gecikdirilən gün üçün əlavə 6 manat pul tələbi ortaya qoyub. Nəsimi rayon məhkəməsi 02.07.2018-ci il tarixli qətnaməsi ilə iddianı təmin edib. Birinci instansiya məhkəməsi avtomobilin qiymətinin çox hissəsinin ödənilməsini nəzərə almayıb. Qətnamə ilə razılaşmayan cavabdehin müraciət etdiyi Bakı Apellyasiya Məhkəməsi iddianın cavabdehdən artıq tələb olunan pulla bağlı hissəsini təmin etməyib. Şirkətin hüquqşünası Pərvanə Hacıyeva məhkəmədə cavabdehin daha əvvəl ödəmiş olduğu pulları da danmağa cəhd edib və şirkətin avtomobilin geri qaytarılması tələbini müdafiə edib. Lakin, R.Məhəmmədoğlunun əlində ödəniş qəbzləri vardı, müraciət etdiyi növbəti instansiya – Ali Məhkəmənin Mülki Kollegiyası işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytardı və yekun nəticədə avtomobilin cavabdehdən alınması qanunamüvafiq və ədalətli hesab edilmədi.

Bundan sonra, şirkət əlində öz xeyrinə məhkəmə qərarı olan az borclu müştərisi Ramin Qurbanova yol vərəqəsi vermədiyi üçün idarə etdiyi avtomobil yol polisi tərəfindən saxlanılaraq, duracağa götürülmüşdü. Sonra da “xəbəri duyan” şirkət əməkdaşları mülkiyyət hüququndan istifadə edərək avtomobili götürüb aparmışdılar.

Bunun ardından R.Qurbanovun müraciəti əsasında məhkəmə 8 iyul 2019-cu il tarixdə avtomobilin şirkətə məxsus xüsusi dayanacaqdan götürülməsi və R.Qurbanova qaytarılması və “Sirena Motors” MMC-nin avtomobillə bağlı mülkiyyətçi kimi hərəkətinə qadağan olunması haqda qərar çıxarır. 11 iyul 2019-cu il tarixdə R.Qurbanov Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ilə birgə “Sirena Motors” MMC-nin xüsusi dayanacağına, avtomobili götürməyə gedirlər. Avtomobilə baxış keçirərkən aşkarlanır ki, duracağa aparılarkən işlək vəziyyətdə olmuş avtomobilin üstündən mühərriki, sürət qutusu və başqa ehtiyat hissələr çıxarılıb. Avtomobilin vəziyyəti aktlaşdırılır, R.Məhəmmədoğlu maşını götürməkdən imtina edir. Məlum olur ki, “Sirena Motors” MMC məhkəmədə son nəticədə qalib gələcəyinə o qədər inanırmış ki, mübahisə predmeti olan əmlakla istədiyi kimi rəftar etmişdir. Bununla da soyğunçu şirkətlə bağlı daha müdhiş bir həqiqət də ortaya çıxmışdır: “Sirena Motors” məhkəmə müstəvisində uduzduğu avtomobili “çolaq” edir, dəyərinin 90 faizini təşkil edən mühərrik və sürət qutusu kimi vacib hissələrini oğurlayır.

Jurnalistin bu işi ədalətli sonuca yetirmək üçün atdığı növbəti addım şirkətin hüquqi ünvanı üzrə Yasamal rayon məhkəməsinə müraciət etmək olub. Gözlənilən budur ki, məhkəmə şirkətin üzərinə R.Qurbanovun iddia tələbini təmin etmə öhdəliyi qoyacaq və çox güman zəmanət kimi şirkətə məxsus, satışa çıxarılan eyni qiymətli avtomobillərin birinin üzərinə həbs qoyulacaq.
RealMedia.az
 

Son xəbərlər

Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib

Şagirdlər üçün çox vacib sənəd hazırlandı

İran təsir zonasını 10 dəfə artırıb

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Qağaməli Seyfullayevin deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək

Biləcəridə işıq olmayacaq

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır

Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

Şəki-Oğuz sərhədində zəlzələ olub

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb

Bütün xəbərlər