{category-title}

Bu fakt Sahil Babayevi İSTEFAYA QƏDƏR DAŞIYA BİLƏR... - İki ayağı yoxdur, əlillik ala bilmir...

 

 

Zaqatala rayon, Qımır kənd sakini çarəsiz qalıb. Hər iki ayağını itirmiş, üstəlik, ruhi xəstə olan Nəzər Nurulla oğlu Bəkirov bu günə qədər nə əlillik dərəcəsi ala bilir, nə də ona pensiya hüququ tanınıb.

JAMAZ.İNFO xəbər verir ki, Nəzər Bəkirov bir müddət Ruhi-Əsəb Dispanserində saxlanılıb. Onun ruhi xəstə olduğu elə dispanser tərəfindən rəsmi olaraq təsdiqlənib. Lakin Qımır sakininin problemi bununla da bitməyib. Onun ayağında yaranmış döyənək sonradan mikrob düşməsi səbəbindən çirkləməyə başlayıb. Həkimlər infeksiya düşmüş yaranı sağalda bilmədiklərindən əvvəlcə ayağın birini kəsiblər. Daha sonra isə infeksiya ikinci ayağına da keçib və nəticədə onu da kəsiblər. Hal hazırda hər iki ayağından məhrum olmuş Nəzər Bədəlov yataq xəstəsidir.

Nəzər Bədəlovun qardaşı Hikmət Bəkirov fəhlə adamdır. Gündəlik iş tapıb özünü və ailəsini güclə dolandırır. Bir tərəfdən də əlil və yataq xəstəsi olan qardaşına da baxmaq məcburiyyətindədir. O deyir ki, qardaşı Nəzər Bəkirovu aparmadığı instansiya qalmayıb. “Dəfələrlə Zaqatala Sosial Müdafiə Mərkəzinə aparmışam qardaşımı, sənədlərini təqdim etmişəm. Baxıblar və deyiblər ki, qardaşıma əlillik dərəcəsi düşmür. Ona müavinat və pensiya təyin olunması üçün də müraciət etmədiyim ünvan qalmayıb. Lakin hamısından eyni cavabı almışam, onlar da “yox” deyiblər. İndi iki ayağı olmayan, üstəlik, ruhi xəstə olan qardaşıma nə əlillik dərəcəsi ala bilirəm, nə də ona müavinat təyin etmirlər”.

Hikmət Bəkirov qeyd edir ki, qardaşına ondan başqa baxan yoxdur. “Mən gündəlik dolanışığım üçün hər gün işə gedirəm. Fəhlə adamam. Ona baxa bilmirəm. Heç imkanım da çatmır. Bizim başqa kimsəmiz də yoxdur ki, qardaşıma baxıb, ona qulluq eləsin. Nəzərin heç doğru-düşgün əlillik arabası da yoxdur. Uzun illər əvvəl ona əlillik arabası veriblər, o da sınıq-salxaqdır. Orasını-burasını məftillə, iplə bağlamışıq ki, sınıb, dağılmasın”.

Qımır sakini deyir ki, o çıxılmaz vəziyyətdə qalıb. Nə edəcəyini də bilmir. “Nə edəcəyimi bilmirəm. Qanun qardaşıma əlillik dərəcəsi verilməsinin mütləq olduğunu göstərir. Bu adamın iki ayağı da yoxdur. Əmək qabiliyyətli deyil. Normalda ona baxıcı təyin olunmalıdır. Bunu da dövlət ayırmalıdır. Eyni zamanda, ona pensiya verilməli, əlillik dərəcəsi tanınmalıdır. Ancaq bunların heç biri yoxdur. İndi mən nə edim bilmirəm”.

Hikmət Bəkirov rəsmi qurumlara müraciət edərək, onlardan kömək istəyir. “Mən üzümü bütün rəsmi qurumlara tutaraq köməklik istəyirəm. Onlardan xahiş edirəm ki, gəlib evimizə baş çəksinlər. Görsünlər, hansı vəziyyətdə yaşayırıq. Qardaşıma bu günə qədər, həm ruhi xəstə olması, həm də iki ayağının olmamasına görə, əlillik dərəcəsinin verilməsində köməklik göstərsinlər. Ona əlil arabası lazımdır ki, təmin etsinlər”.

Qeyd edək ki, Nəzər Bəkirovun üzləşdiyi vəziyyət, yəni, ona əlillik dərəcəsinin verilməməsi, hər iki ayağını itirdiyi üçün ona dayə təyin olunması qanunla təsbit olunur. Hər il bu məqsədlə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. Maraqlıdır ki, hər iki ayağı olmayan, üstəlik, ruhi xəstə Nəzər Bəkirovla bağlı Zaqatala rayonunun ilgili qurumları niyə bu cür məsuliyyətsizlik ediblər? Bir insanın əlillik dərəcəsi alması üçün bir sıra kriteriyalar var ki, onun biri və birincilərindən biri də iki ayağın olmamasıdır. İndi hər iki ayağı olmayan Nəzər Bəkirova əlillik dərəcəsi verilməsi, ona sosial müavinətin ayrılması üçün onun daha hansı orqanı kəsilməlidir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələnin qanunləşdirsin? Hər halda adıçıkilən nazirlik yəqin ki, bununla bağlı lazımı araşdırmanı aparıb, zəruri tədbirlər görəcək.

Bu fakt Sahil Babayevi İSTEFAYA QƏDƏR DAŞIYA BİLƏR... - İki ayağı yoxdur, əlillik ala bilmir...
Bu fakt Sahil Babayevi İSTEFAYA QƏDƏR DAŞIYA BİLƏR... - İki ayağı yoxdur, əlillik ala bilmir...

Son xəbərlər

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib

Bakıya qar yağacaq - XƏBƏRDARLIQ

Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi

İşçilərin sosial sığorta nömrəsi ləğv olunur

Ərdoğan bu gün Səudiyyədə, sabah Misirdə olacaq

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

Bu gün saat 15:00-dək işıq olmayacaq

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi

Rəqsanə Səidə Bəkirqızından üzr istədi

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Anar Quliyev: "Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

Nazir direktoru işdən çıxardı

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq

Bütün xəbərlər