{category-title}

"Azərişıq"dan sahibkara əcaib cavab: ”İşıq çəkməyə maddi imkanımız yoxdur...” + VİDEO

 

Prezident İlham Əliyevin sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların incidilməməsi,yerlərdə hər cür şəraitin yaradılması haqqında verdiyi göstərişlər, büdcədən ayrılan vəsaitlərin və güzəştlərin hesabına ölkədə bu sahənin inkişafına dair imzaladığı sərəncamlara əməl etməyən dövlət qurumları nə yazıq ki hələ də mövcuddur. Dediymiz fikri əsaslandıran daha bir sahibkar kanalımıza müraciət edərək ona yaradılan suni maneələrdən söz açdı. Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğil olan Hüseynov Tahirin problemi isə ölkənin enerji təchizatının əsas aparıcı qurumu olan Azərişıqladır.30 hektara yaxın ərazidə kartof əkməklə kənd təsərrüfatının inkişafına töhfə verən sahibkarın bildirdiyinə görə İlham Əliyevin sərəncamı ilə ərazidə suvarma üçün nəzərdə tutulan artezian quyusu qazılıb. Bir artezian quyusunun 10-12 hektar ərazini öhdələdiyi üçün sahibkar öz vəsaiti hesabina daha bir quyu qazdırıb. Bütün naqillərin,yeni işıq paylayıcını alıb quraşdırmasına baxmayaraq Azərişıq tərəfindən enerjinin verilməsi bərpa olunmur.

Qurumun vətəndaşa verdiyi texniki şərtdə səbəb kimi Sarıtəpə ərazisində naqillərin əraziyə gətirilməsi üçün işıq dirəklərinin yararsız olması göstərilir.Şikayətçinin sözlərinə görə "Azərişıq" ondan əraziyə 20 ədəd elektrik dirəyinin alınmasını bildirib. Həm də sahibkarın öz vəsaiti hesabına. Hüseynov Tahirin bildirdiyinə görə Nazirlər Kabinetinin 2013cu il qərarına əsasən "Azərişıq"a məxsus işlərin sahibkarlar tərəfindən yerinə yetirilməsi haqqında heç bir maddə yoxdur.

Hüseynov Tahirin sözlərinə görə podratçı şirkətin tapılması, elektrik dirəklərinin alınıb quraşdırlması üçün onun maddi imkanı çatmır.Hal hazırda İşığın olmaması səbəbindən ərazinin su ilə təmin edilməsi sahibkarın vəsaiti hesabına generatorlar vasitəsi ilə həyata keçirilir. Bu da gələcəkdə əldə olunan məhsulun satılma qiymətinə sözsüz ki təsirsiz ötüşməyəcək.

Sahibkar Yaradılan suni manelərin aradan qaldırılması üçün ilk oncə Kənd Təsərrufatı Nazirliyinə, "Azərişıq" rəhbərliyinə müraciət edərək köməklik göztərilməsini xahiş etdi. Qarşıdan isti yay aylarının gəldiyini nəzərə alsaq məhsulun ziyan olacağını düşünmək elə də çətin deyil. Ümid edirik ki, bazar iqtisadiyytı dövründə bölgələrimizdə kənd təsərrufatının inkisafina çalışan sahibkarın problemi tez bir zamanda həll olunacaq.

Məsələ diqqətimizdədir. (kanal24.az)


"Azərişıq"dan sahibkara əcaib cavab: ”İşıq çəkməyə maddi imkanımız yoxdur...” + VİDEO

Son xəbərlər

Rusiya yeni "Sarmat" raketini uğurla sınaqdan keçirib

Şagirdlər üçün çox vacib sənəd hazırlandı

İran təsir zonasını 10 dəfə artırıb

Bakıda WUF13 çərcivəsində gün ərzində 300-dək tədbirin keçirilməsi planlaşdırılır

Bakıda WUF13 ilə bağlı keçiriləcək tədbirlərdə 8 dil üzrə sinxron tərcümə təmin ediləcək

SEPAH-la əlaqəli 4 nəfər dəniz yolu ilə Küveytə girməyə cəhd edib

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş ediblər

Qağaməli Seyfullayevin deyil, yaxşı olar ki, keçmişinizi müzakirələrə çıxarın”

İranda Bəluc qruplaşması ilə əlaqəli şəxs edam edilib

Qarayaxma kampaniyaları həqiqəti kölgədə qoya bilməz

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək

Biləcəridə işıq olmayacaq

"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır

Sabirabadda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb

İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

İqtisadiyyat Nazirliyinin rəhbərliyi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

Şəki-Oğuz sərhədində zəlzələ olub

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib

9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur

ABŞ-ın ötən gecə İran gəmisini atəşə tutması nəticəsində 1 dənizçi ölüb, daha 10-u yaralanıb

Bütün xəbərlər