{category-title}

"Muğanbank" vətəndaşın başına necə oyun açıb... - Prezidentin problemli kreditlərlə bağlı fərmanından nəticə çıxarılacaqmı?

 

Bu günlər banklar və vətəndaşlar arasındakı münaqişəli münasibətlər diqqət mərkəzindədir və cəmiyyət tərəfindən ciddi müzakirə olunur. Dövlət başçısının verdiyi sərəncamlar əsasında vətəndaşların illərlə yığılıb qalan problemlərinin taleyinə nəhayət bir aydınlıq gətirilib və verilən göstərişlərə görə problemli kreditlər vətəndaşların maraqları çərçivəsində həll olunmalıdır. Banklarda problemli kreditlər şöbəsinin olduğu hər kəsə məlumdur. Bəs, bank vətəndaşa problem yaradanda necə olmalıdır? Moderator.az-a ünvanlanan şikayət məktubundan çıxışı edərək nəzərinizə çatdırılan məsələnin kökündə də məhz bankın vətəndaşa yaratdığı problem dayanır.

“İstilik Sistemləri Servis Mərkəzi” MMM-in (İSSM-in) rəhbəri Rəcəbov Samir Sabir oğlu “Muğanbank” ASC-dən kredit götürmək məqsədilə, yaxın münasibətdə olduğu Əliyev Allahverən Şükür oğluna məxsus olan iki daşınmaz əmlakı ipoteka kimi banka girov qoymuşdur. Samir Rəcəbov bundan əvvəl də “Muğanbank”dan sahibi olduğu başqa bir təşkilat “Aztexmontaj” MMC üçün kredit götürmüşdü. Bir müddət keçdikdən sonra Samir Rəcəbov kreditləri ödəmək imkanını itirib və bank “İSSM” şirkətinin kreditlərinə görə Əliyev Allahverənin əmlaklarına tutma yönəltmək qərarına gəlib. Əliyev Allahverən girovda olan şəxsi mülklərini xilas etmək üçün 155.000 ABŞ dolları və ya 234 930 manat pulu “İSSM”-in mühasibi Hüseynov Şahin Ələkbər oğlu və yaxın qohumu Əliyev Coşqun Tofiq oğlu vasitəsilə “Muğanbank”a çatdırıb. 19.07.2016-cı il tarixində “Muğanbank”ın əməkdaşları pul vəsaitini qəbul etdikdən sonra iş gününün sonu olduğunu bəhanə gətirərək, ödəniş qəbzinin sabah veriləcəyini bildirib. Səhərisi gün qəbzin arxasınca gələn şəxslərə bank əməkdaşları bildirib ki, Samir Rəcəbovun “Aztexmontaj” üçün götürdüyü kredit girovsuz olduğundan, vəsait “İSSM” MMM-in deyil, “Aztexmontaj” MMC-nin kreditinə mədaxil edilib. Bununla da bank öz iradəsinə uyğun olaraq Əliyev Allahverənin pulunu, Samir Rəcəbovun adına olan başqa bir şirkətin, başqa bir kreditinə silib. Yəni vəsait təyinatına uyğun olaraq “İSSM”-in deyil, “AzTexMontaj”-ın hesabına yönəldilib. Dəfələrlə bu barədə banka etiraz edilsə də, ödənişin düzəliş edilərək təyinatına uyğun istifadəsi mümkün olmayıb.
Daha sonra bank ipotekaları ələ keçirmək üçün məhkəməyə müraciət edib və Əliyev Allahverənin iştirakı təmin edilmədən, “Muğanbank”ın xeyrinə qətnamə çıxarılıb.

Qətnamədən apellyasiya şikayəti verilib. Araşdırmalar zamanı pulu banka ödəyən Əliyev Çoşqun Tofiq oğlunun və mühasib Hüseynov Şahin Ələkbər oğlunun etiraz və tələblərinə baxmayaraq, bank və onun işçiləri müxtəlif bəhanələr və yubatmalarla bu günə kimi “İSSM”-in adından ödənilən vəsaiti təyinatı üzrə düzəliş etməyib. Bununla da Əliyev Allahverən Şükür oğlunun zərərə düşməsinə səbəb olublar.
Şikayətçinin iddiasına görə, hazırda bankın məqsədi Əliyev Allahverənə məxsus ipoteka ilə yüklü edilmiş əmlakları ələ keçirməkdir. Məsələ burasındadır ki, zərərçəkən Əliyev Allahverən 20 iyul 2016-cı il tarixdə, 155 000 (yüz əlli beş min) ABŞ dolları və ya 234 930 (iki yüz otuz dörd min doqquz yüz otuz) manat vəsaiti “Muğanbank”a göndərməzdən əvvəl dəfələrlə telefon danışıqları aparmış, görüşlər keçirmiş və onun tərəfindən həmin məbləğdə ödəniş olarsa, “İSSM”-in kreditinə silinəcəyi və mülkiyyətində olan ipotekaların azad ediləcəyi barədə razılıq əldə etmişdir.

Bankdan ipoteka krediti götürən, lakin bu gün ölkədə olmayan və konkret yeri bəlli olmayan Rəcəbov Samir Sabir oğlunun “Muğanbank”a ünvanladığı məktub da yuxarıda göstərilənləri sübut edir. Bundan əlavə “AzTexMontaj” şirkəti də banka rəsmi bildirir ki, Əliyev Allahverən tərəfindən göndərilən vəsait “İSSM”-in hesabına mədaxil edilməlidir.

Bundan əlavə təqdim olunan materiallardan məlum olur ki, “Muğanbank”ın birinci instansiya məhkəməsinə təqdim etdiyi arayış ilə, məhkəmənin sorğu əsasında əldə etdiyi hesabdan çıxarış üst-üstə düşmür. Bir neçə dəfə banka “İSSM” tərəfindən pul göndərilsə də, vəsait gizlədilib, daha çox əsas məbləğ və faiz əldə edilməsinə cəhd olunub. Birinci instansiya məhkəməsi qətnaməni arayış əsasında çıxarıb, hesabdan çıxarış əsasında isə bank tərəfindən pulların artıq hesablanması, ödənilən bir neçə vəsaitin mədaxildə nəzərə alınmaması üzə çıxıb. Bu gizlinlərə aydınlıq gətirmək üçün mühasibatlıq ekspertizasının təyin edilməsinə məhkəmənin lüzum görməməsi suallar yaradır.

Sorğu ilə əldə edilən sənədlərdən o da görünür ki, guya 20.06.2016-cı ildə “İSSM” adından banka Hüseynov Şahin Ələkbər oğlu 14850 manat ödəmişdir. Lakin ödəniş qəbzindəki imza Hüseynov Şahinin deyil. Hansı məqsədə görə bankın belə bir mədaxil etdiyi və ya pulun kim tərəfindən ödənildiyini gizlədilir. Eyni zamanda Hüseynov Şahin Ələkbər oğlunun imzası saxtalaşdırılır. Bu imzanın saxta olduğu adi gözlə o qədər açıq görünür ki, ekspertizaya belə ehtiyac qalmır. Amma, zərərçəkən mütləq belə bir ekspertizanın keçirilməsini məqsədəuyğun hesab edir ki, bankın növbəti yalanı və müştərilərini aldatması aşkar olunsun, eyni zamanda qeyri-qanuni hərəkəti sübut edilsin.
Hazırda Bakı Apellyasiya məhkəməsində olan işin hərtərəfli, obyektiv və qanuni araşdırılmasına və ədalətli qərar qəbul edilərək Əliyev Allahverən Şükür oğlunun hüququnun bərpa ediləcəyinə ümid edilir.

Biz də -“Moderator.az” olaraq xalqın ali xidmətçisi kimi çıxış edərək cəmiyyətin ciddi rəğbətini qazanan ölkə başçısı İlham Əliyev səviyyəsində vətəndaşların banklar tərəfindən hüquqlarının pozulmaması, dollar ilə olan kreditlərin manat məzənnəsi ilə ödənməsi istiqamətində ciddi tədbirlər görülən vaxtda, “Muğanbank” ASC–nin bu şəkildə vətəndaşları incitməsini və müxtəlif qanunsuz yollara baş vurmasını doğru hesab etmir, ədalətin zəfər çalacağına ümid edirik.

Redaksiyadan: Biz sadəcə vətəndaşın müraciətini ictimailəşdirərək problemin müvafiq qurumların diqqətinə çatdırılaraq ədalətli həlli üçün öz kiçicik töhfəmizi əsirgəmirik, biz bu münaqişədə tərəf deyilik və qarşı tərəfin də mövqeyini olduğu kimi təqdim etməyə hazırıq.

“Moderator.az”

"Muğanbank" vətəndaşın başına necə oyun açıb... - Prezidentin problemli kreditlərlə bağlı fərmanından nəticə çıxarılacaqmı?
"Muğanbank" vətəndaşın başına necə oyun açıb... - Prezidentin problemli kreditlərlə bağlı fərmanından nəticə çıxarılacaqmı?

Son xəbərlər

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Naxçıvanda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

Avqustun 11-dən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

Gömrük Komitəsində otağı su basdı - Video

Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq

BİZİM TƏQVİM: 31 iyulda baş vermiş tarixi hadisələr

Kəlbəcər bu səhəri zəlzələ ilə açdı

"Sədərək" ticarət mərkəzində yanğın olub

Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir

Qazi jurnalistlər Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda - FOTOLAR

Bu ilin birinci yarısında əcnəbilərlə nikah bağlayan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Müəllimlərin sertifikasiya prosesinin müsahibə mərhələsi avqustun sonlarında başlayacaq

İndiyədək 121 min uşağın birincə sinfə qəbulu yekunlaşıb

Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Gəncə Memorial Kompleksinə 10 milyon ayrıldı

Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"

Şahin Şıxlinskinin oğlu HƏBSDƏ QALDI

İsti hava şəraiti həftə sonunadək davam edəcək

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana dabaq xəstəliyindən azad status veriləcək

Palata ən çox rast gəlinən pozuntuları açıqladı - SİYAHI

Publik hüquqi şəxsin dövlət sifarişi ilə tədbirlər keçirməsi qaydası müəyyənləşib

İsrail XİN başçısı: Fələstin əslində HAMAS dövlətidir

Lerikdə iki yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq - SƏRƏNCAM

Son bir ayda sürücülərin sükan arxasında yuxulaması nəticəsində 21 avtoqəza qeydə alınıb

Bütün xəbərlər