{category-title}

 

ZAQATALA RAYON MƏRKƏZİ XƏSTƏXANASINDA YERDƏYİŞMƏ BAZARLIĞI.

 

 
ZAQATALA SAKİNLƏRİ ŞƏKİDƏN QOVULDUĞU DEYİLƏN BAŞ HƏKİM MƏCİD ƏLİYEVİN ƏLİNDƏ QALIB?

ZAQATALA RMX BAŞ HƏKİMİ TİBB İŞÇİLƏRİNİ KREDİT GÖTÜRMƏYƏ VADAR EDİR.

Bir qrup vətəndaş Azərbaycan KİV-lərinə müraciət edərək, onların səsinə səs vermələrini xahiş ediblər. Belə ki, RMX-a Zaqatala Diaqnostika Mərkəzi də birləşdirildikdən sonra şəkili doktor gözəl alver etməyə başlayıb. Deməli tibb bacılarının yerdəyişməsi 3—5 min azn, həkimlərin yerdəyişməsi isə daha yuxarı qiymətə edilir. Qəribə burasındadır ki, alveri gözəl bacaran Məcid doktor bütün hiylələrdən çox məharətlə istifadə edir və tibb personalı da onun toruna rahatca düşür. Özü də bu kişi deyir ki, pulu yuxarıya verirəm, yəni TƏBİB, Səhiyyə Nazirliyinə, ona görə də, heç kimə güzəşt etmir. İşçilərini yığaraq iclas edib deyib ki, “yadınızdadırsa 16.07.2019-cu ildə rüşvətlə bağlı video çəkiliş olmuşdu, gördünüzmü mənə heç nə edə bilmədilər. Necə deyərlər, it hürər karvan keçər, mətbuat, qəzet, saytlar kimdi ki, məni işdən azad etsinlər?

Mənim arxam var və pulu kimə, nə qədər verməyi də bacarıram”.

Bəli, Məcid doktor düz deyir, əgər belə olmasaydı dövlətimizin aidiyyati hüquq-mühafizə orqanları gözlərini yummazdılar, gəlib mətbuatda gedən video-faktları araşdırardılar.

Hörmətli hüquq-mühafizə orqanları, Korrupsiyaya qarşı mübarizə idarəsi və Prokurorluq orqanları!

Sizdən xahiş edirik, Diaqnostika RMX-yə birləşdikdən sonra xadimə, tibb bacıları və həkimlərin nədən yerlərini dəyişdirilməsini araşdırsanız, sizə çox şey agah olacaqdır. Rayonda yerləşən banklara da müraciət edə bilərsiniz ki, məhz Diaqnostika mərkəzi RMX-yə birləşdikdən sonra tibb işçiləri nə qədər kredit götürüblər. Məgər bunları araşdırmaq bir o qədər çətindir? Əgər gücünüz çatmırsa deyin ki, bu baş həkim açıq-aşkar Prezident İlham Əliyevin apardığı siyasətə qarşı çıxır və biz də onunla bacarmırıq.

Çox qəribədir ki, Zaqatalaya yalnız kənardan baş həkim gətirilir, Bakıdan, Şəkidən və s. Axı niyə? Məgər bu rayonda savadlı həkimlər yoxdur? Bəlkə alveri yaxşı bilənləri yoxdur?

TƏBİB də, görünür cənab Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirə bilmir. Əks təqdirdə bu biabırçılığa son qoyardı. TƏBİB-ə nə lazımdır? Video-lentə çəkib göstərirlər, yenə də baş həkimə toxunmurlar. Bura balaca bir müəssisədir, baş həkimin icazəsi olmadan heç kim pul ala bilməz.

Xeberfakt.az

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər