{category-title}

Hüseyn “Park Bulvar”ı “partlatdı” - Niko, Semka, Ləman və Səfərdən nə gözləyək?
Ölkəmizdə sosial media fenomenlərinə simpatiyanın yaranması təbiidir. İstənilən cəmiyyətdə və iqtisadi formasiyada kütlə özünə lider, qəhrəman, kumir axtarışında olur. Bizdə YAP digər siyasi  partiyaları noqdaun vəziyyəti saldığı üçün,  gənclər siyasətə meyl etmir.
Bilirlər ki, gənc yaşından mübarizəyə atılmaq, özünü bəribaşdan məhvə sürükləməyə bərabərdir. Buna görə də, ölkədə daxili siyasi mübarizə demək olar ki, yox səviyyəsindədir. Yüksək postlara təyin olunan məmurlarda harizmatik xüsusiyyətlər köhnə YAP qvardiyasının yetirmələrindəkindən qat-qat zəifdir.
Bu da məmurlar arasındakı çəkişmələri yox vəziyyətinə gətirib. Məsələn, biz Prokurorluqda Eldar Həsənov-İsa Nəcəfov, təhsildə Misir Mərdənov-Məleykə Abbaszadə, güc qurumlarında Eldar Mahmudov-Ramil Usubov kimi məmurlar arasında gedən intriqalara bənzər nəyəsə  artıq rast gəlmirik. Vahid idarəetmənin təkmilləşməsi baxımından bu sevindirici haldır.
Ancaq kütlə maraqlı nəsə seyr etmək istəyir. Onlar üçün bu boşluğu hazırda kütləyə çıxış imkanları  olan sosial media fenomenləri doldurur. Azərbaycanın sosial media seqmentinin “Tik-Tok” platformasında belələri az deyil. Elə bloger var ki, canlı yayım açır və ancaq söyüş söyür.
Şərhdə onu söyürlər, bu da şərh yazanları söyür. Bir anda canlısında 5-6 min adam olur. Niko adlı bir bloger var, 5 dəqiqəlik bir yarışmadan 20 min dollar qazanc əldə etdi. Maraqlıdır ki, belə hal bir dəfə ilə yekunlaşmır, tez-tez təkrar olunur. Səfər Eyvazov adlı  başqa bloger bir oyundan 16 min dollar pul qazanıb, ancaq həmin məbləği təyinatı üzrə xərcləmədiyi səbəbindən bu gün öz  keçmiş “kruqu” ilə  qırğındadır.
Sizi inandlrım ki, bu adamlar qazandıqları pula adekvat kütləyə heç  nə vermir. Onlara bu pulu qazandlranlar  bu gün “Park Bulvar”da gördüyünüz ekstaz halındakı kütlədir. Siz elə bilirsiniz ki, Azərbaycandakı populyar blogerlərdən  hansısa bənzər  aksiya keçirsə, Hüseynin topladığından az adam yığar?
Sadə bir misal çəkim. “Tik-Tok” da Semka adlı bir bloger var. Bir az da “vorovskoy” gedir. Onun bir nəfərlə söhbəti düşmüşdü. Öz profilindən tərəfdarlarına səslənmişdi ki, özünü tanıyan gəlsin Əhmədlidəki  “ Macdolalds”ın qabağına. Cəmi bir saatdan sonra  Semkanın tərəfdarı olan  100 dən artıq bahalı avtomobil həmin ünvana yığışmışdı.
Hüseyn hadisəsi hakimiyyətə bir siqnaldır ki, sosial şəbəkələr və onların fenomenləri ilə iş daha ciddi aparılmalıdır. Elə blogerlər  var ki, ətrafında ciddi kütləsi var, ancaq zərrə qədər də savadı və dövlətçilik anlayışı yoxdur. Kim zəmanət verə bilər ki, bu sayaq adamlara sabah pulun müqabilində hansısa çağrışı etdirməyəcəklər.
Bu yaxınlarda  mən Ləman adlı  sosial şəbəkə fenomeni olan xanım blogerlərdən birinə irad tutdum ki, canlı yayımda söyüş söyməsin, çünki buna görə məsuliyyət nəzərdə tutulur. Cavabı bilirsiniz nə oldu? Dedi ki, “yaxşı edirəm, mən söyüşü  “Tik-Tok” da söyürəm, o da Çinin platformadıdır. Bunun Azərbaycana heç bir aidəyyəti yoxdur”. Bir sözlə, sosial şəbəkələr və onların fenomenləri ilə  iş formalizm üzərində deyil, real nəticələrə hesablanaraq aparılmamalıdır. Təəssüf ki, biz tam fərqli mənzərəni seyr edirik.
Məhəmmədəli Qəribli

Son xəbərlər

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik edilir

Bütün xəbərlər