{category-title}

Kriminal
19.12.2025, 11:31
Avtoxuliqanlıq edən sürücü həbs edildi

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Rayonda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
