{category-title}

12 il həbs cəzası verilmişdi - 1 il sonra bəraət aldı

İran vətəndaşından aldığı külli miqdarda narkotik vasitəni satmaqda təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilmiş Samir Məmmədovun cinayət işinə yenidən baxılıb.

Hökmdən təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib.

İşin mahiyyəti ondan ibarətdir ki, 43 yaşlı Samir Məmmədov İran vətəndaşı ilə əvvəlcədən əlaqəyə girib, onun göndərdiyi narkotiki “Dağüstü park” ərazisində daşın altından götürərkən saxlanılıb. Onun evinə baxış zamanı da narkotik vasitə (heroin) aşkar edilib.

İş materiallarında qeyd olunub ki, S.Məmmədov narkotik vasitəni satış məqsədilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü ( külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs ifadə verib. O, verilmiş ittihamla özünü təqsirli bilmədiyini, narkotik vasitəni şəxsi istifadəsi üçün almaq istədiyini deyib. Bundan başqa o, evindən aşkar ediən narkotik vasitədən də xəbərsiz olduğunu deyib.


Ötən ilin noyabrında keçirilən iclasda S.Məmmədov elan olunmuş ittihamla təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında şikayət dinlənilib, iş materiallarına təkrar baxış keçirilib.

Hakim Elmar Rəhimovun sədrlik etdiyi hakimlər heyəti işlə tanışlıq zamanı müəyyən edib ki, cinayət işi üzrə dindirilmiş şahidlər oxşar məzmunlu ifadə veriblər. Bundan başqa, S.Məmmədovun narkotik satışı ilə məşğul olması sübuta yetirilməyib, onun narkotik istifadəçisi olması ilə bağlı iş materiallarına həkim rəyi əlavə olunub.

Məhkəmə bu və digər əsasları nəzərə alaraq təqsirləndirilən Samir Məmmədovun bəraətinə qərar verib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.(“Qafqazinfo”)

Son xəbərlər

ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Bütün xəbərlər