{category-title}

İran vətəndaşından onlayn yolla narkotik alan şəxs saxlanılıb
Ağcabədidə polislər şərti adı “Peyman” olan İran vətəndaşından onlayn yolla narkotik alan şəxsi saxlayıb, ondan külli miqdarda narkotik vasitələr götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Kəhrizli kənd sakini əvvəllər məhkum olunmuş Dəyanət Nəcəfov saxlanılıb.
Bu əməliyyat zamanı ilk olaraq saxlanılan D.Nəcəfovdan satmaq istədiyi heroin və metamfetamin bükümləri götürülüb. Onun ətrafında aparılan araşdırmalarla narkotiki əldə etdiyi mənbə də aşkara çıxarılıb. Belə ki, D.Nəcəfovun həmkəndlisi Qadir Məmmədovdan sadalanan narkotikləri aldığı müəyyən edilib. Əməliyyatın növbəti mərhələsində əvvəllər məhkum olunmuş Q.Məmmədovun yaşadığı ünvana təxirəsalınmaz baxış keçirilib. Buradan külli miqdarda - 1 kiloqram 675 qram heroin və 325 qram metamfetamin aşkar edilərək götürülüb. Q.Məmmədovun ətrafında aparılan araşdırmalarla “Peyman” adlı İran sakini ilə sosial şəbəkələr vasitəsilə cinayət əlaqəsi qurduğu müəyyən edilib. Tərəflər arasında sonuncu dəfə onlayn alqı-satqıdan sonra Q.Məmmədov narkotiki Bakı şəhərindən götürərək Ağcabədi rayonuna gətirib ki, burada polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı tutulub.
Adıçəkilən şəxslər barəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Son xəbərlər

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal

Bakıda avtomobil qadını vuraraq öldürüb

Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq

Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam

Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib

Dördüncü İqlim Həftəsi başa çatıb

Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar

Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir

Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb

Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib

Bütün xəbərlər