{category-title}
Kriminal
20.05.2021, 13:33
Ərini öldürüb yandırdıqdan sonra həyətdə basdırdı
Neftçala rayonunda 9 gün öncə itkin düşən kişini arvadının öldürüb həyətdə basdırdığı məlum olub.
Rayon sakini 65 yaşlı Qalib Əsgərov mayın 11-dən itkin kimi axtarışda olub.
Araşdırma zamanı Q.Əsgərovu elə onunla birgə yaşayan arvadı 61 yaşlı Şahzadə Məhərrəmovanın öldürdüyü məlum olub. O, ərini öldürdən sonra meyiti yandırıb və həyətdə basdırıb.