{category-title}

İdman
12.05.2025, 13:10
Alonsonun "Real"la müqavilə imzalayacağı tarix açıqlanıb
<!-- x-tinymce/html -->

Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonsonun İspaniya təmsilçisi "Real"la müqavilə imzalayacağı tarix açıqlanıb.
Bu barədə "El Chiringuito TV"də məlumat verilib.
43 yaşlı mütəxəssis iyunun 1-də sözləşməyə imza atacaq. O, iyunun 15-dən iyulun 13-dək ABŞ-də baş tutacaq klublararası dünya çempionatında komandaya rəhbərlik edəcək.
Mayın 9-da Leverkuzen təmsilçisi Alonsonun mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, "Real"da Karlo Ançelottini əvəzləyəcək.