{category-title}
İdman
8.02.2022, 12:11
Kəmaləddin Heydərovun federasiyasında seçki olacaq
Fevralın 9-da Azərbaycan Boks Federasiyasında hesabat-seçki konfransı keçiriləcək.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək tədbirdə federasiyanın yeni prezidenti müəyyənləşəcək.
Tədbir saat 11:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan Boks Federasiyasının prezidenti Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovdur.