{category-title}

Kəmaləddin Heydərovun oğlu istefasının səbəbini açıqladı

 

"Qəbələ" klubu növbəti bəyanatını yayıb. 
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda prezident Tale Heydərovun istefası barədə yazılıb.
Həmçinin Heydərovun açıqlamasına da yer verilib:
"Dünən Tale Heydərov "Qəbələ" İdman Klubu prezidentliyindən istefa vermişdir. Onun 13 il bu vəzifəni icra etdikdən sonra vəzifəsindən istefa qərarını indi verməsi kluba 2019-2020-ci il mövsümü üçün rəhbərlik dəyişikliyini rahat reallaşdırmaq imkanı verir.
Tale Heydərovun rəhbərliyi altında "Qəbələ" İK möhtəşəm nəticələr qazanmış, kiçik təməldən başlayaraq Azərbaycan Premyer Liqasına yüksəlməklə ölkənin ən uğurlu komandalarından birinə çevrilmişdir. "Qəbələ", Azərbaycan üçün rekorda imza ataraq iki il ardıcıl ilk mərhələdən başlayaraq UEFA Avropa liqası qrup mərhələlərinə yüksəlmişdir.
İstefası ilə bağlı açıqlama verən Tale Heydərov klubun daha da irəli gedəcəyinə inandığını demişdir: "Klubun 13 il boyunca inkişaf etməsini görmək möhtəşəm idi və mən nailiyyətlərimizlə qürur duyuram. Artıq mənim üçün bu vəzifədən getməyin və başqasına bu böyük klubu yeni qələbələrə daşımaq fürsəti verməyin vaxtı çatmışdır. Mən, klubun əməkdaşlarına, oyunçularına və ən əsası azarkeşlərinə klubu indiki səviyyəyə çatdırdıqları üçün təşəkkür edirəm və bilirəm ki, onlar daha böyük uğurlar qazanacaqlar”.
Klubun son illərdəki ən böyük uğurlarından biri "Qəbələ" Futbol Akademiyasının açılışı olub. 2009-cu ildə fəaliyyətə başlayan akademiya hazırda Azərbaycanın U-21 millisinin oyunçu təlabatının 40 faizini təşkil edir və digər yaş qrupları üzrə Azərbaycan milli komandalarının əsas gənc oyunçu təminatçısıdır.
Klubumuzun vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun "Qəbələ" üçün böyük işlər gördüyünü vurğulamışdır: "Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin etmişdir. Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm "Qəbələ"ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevrilmişdir. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanmışdır. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik”.
Qeyd edək ki, Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğludur.

Son xəbərlər

Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Azərbaycan XİN Uruqvayı təbrik edib

Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək

Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb

Ukrayna Hikmət Hacıyevi təltif etdi

Prezidentlər və birinci xanımları “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx

"The Times of Israel": ABŞ İranı danışıqlar masasına qaytarmaq üçün Pakistanın köməyini istəyib

UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

Göyçaya qonaq gələn şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Azərbaycan Prezidenti: Ukrayna xalqına bundan sonra da humanitar dəstək göstərməyə davam edəcəyik

Ali məktəblərin magistraturasına boş qalan plan yerlərinə qəbul elan edilib

Rusiya Odessada "Yujnı" limanını və yarımstansiyanı vurub

Bərdədə avtoqəzada 49 yaşlı kişi ölüb

Ukrayna qüvvələri Krasnodarda neftdaşıma kompleksinin rezervuarlarını vurub

Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb

Almaniyadan Ukraynaya 50 milyonluq dəstək - Qış hazırlıqları başladı

Şükufə Yusupova qəzaya düşdü - Vəziyyəti ağırdır

Qətər əsir götürülmüş pilotlarla bağlı İranın ekspert qrupunu qəbul edəcək

Bütün xəbərlər