{category-title}
Gündəm / İqtisadiyyat
12.03.2020, 17:07
İqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edildi
İqtisadiyyat Nazirliyində kadr dəyişikliyi olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat nazirinin müavini Şirzad Abdullayev vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ş.Abdullayev 2018-ci ilin iyun ayında nazir müavini təyin olunub.
Bununla bağlı xəbəri ilk Report yayıb.