{category-title}

Azərbaycan əhalisinə benzinin qiyməti ilə bağlı VACİB XƏBƏR!

 

 

Hazırda dünya birjalarında neft qiymətlərində baş verən kəskin enmələr bəzi ölkələrdə benzinin qiymətinin ucuzlaşmasına səbəb olub. Deməli, ölkəmizə idxal olunan məhsulların maya və daşınma xərcləri də azalıb.

Bəs, əsas neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bununla bağlı hansısa dəyişiklik gözlənilir?

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimai əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, qurumlar arasında daim məşvərət aparılır: “Amma qeyd edilən mövzu ilə bağlı hansısa məlumat yoxdur”.

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev də öz növbəsində bildirib ki, hazırda benzinin qiymətinin aşağı salınması müzakirə mövzusu deyil:

“Neftin qiymətinin ucuzlaşması ilə bağlı benzinin qiymətinin ucuzlaşdırılması üçün SOCAR Tarif Şurasına müraciət etməyib”.

Hələ 2015-ci il hadisələrindən sonra Tarif Şurası dünya bazarlarında duruma rəğmən ölkədə benzinin ucuzlaşması üçün əsas olmadığını, Azərbaycanda istehlak edilən benzinin 95 faizindən çoxunun tam olaraq ölkə daxilində istehsal edilən Aİ-92 markalı yanacaq olmasından irəli gəldiyini açıqlamışdı.

Qeyd olunurdu ki, dünya bazarlarında neftin ucuzlaşması fonunda Azərbaycanda benzinin qiymətlərinin əvvəlki səviyyədə qalması onunla Aİ-92 markalı benzinin dəyərinin formalaşmasına təsir edən xərclərin (neftin istehsalı və emalına, vergiyə çəkilən və s.) dəyişməməsi ilə əlaqədardır:

“Bu markadan olan benzin Azərbaycanda istehsal edildiyindən, dünya bazarında baş verən proseslər onun qiymətinə təsir etmir. Buna görə də, hazırda benzinin qiymətinin dəyişdirilməsi məsələsini müzakirə etmirik. Azərbaycana idxal edilən "Premium Evro-95" markalı benzinə gəlincə, onun ümumi istehlakda payı azdır (4-5 faiz) və Tarif Şurası bu markanın qiymətini tənzimləmir”.

Qeyd edək ki, dünya birjalarında bazar ertəsindəki enişdən sonra bu gün "Brent" markalı neftin 1 barreli 38,66 dollara, WTI markalı neftin 1 barreli 35,41 dollara satılır.

Məlumat üçün bildirək ki, hazırda Honqkonqda benzinin 1 litri 2,23 dollar, Monakoda 1,96 dollar, Yunanıstanda 1,78 dollar, İtaliyada 1,73 dollar, Fransada 1,62 dollar, Almaniyada 1,54 dollar, İspaniyada 1,44 dollar, Türkiyədə 1,09 dollar, Çində 0,98 dollar, Gürcüstanda 0,90 dollar, Rusiyada 0,63 dollar, Birləşmiş Ərəb Əmirliklərində 0,56 dollar, Azərbaycanda 0,47 dollardır. //Modern.az

Son xəbərlər

Azərbaycanda növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq

UEFA Çempionlar Liqasında iştirak edəcək bütün komandalar məlum olub

Sahibə Qafarova Belqradda Serbiya Milli Assambleyasının sədri ilə görüşüb

Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb

Ukrayna ordusuna aid dronun Donetskdə avtobusa düşməsi nəticəsində yeddi nəfər ölüb

Əli Əsədov və Denis Şmiqal Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti müzakirə ediblər

Azərbaycan və Özbəkistan XİN rəhbərləri strateji müttəfiqlik münasibətlərini müzakirə ediblər

Şahin Bağırov Xankəndidə vətəndaşları qəbul edəcək

Yol polisi: Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olunur

Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında - milyardlarını itirə bilər

Komitə rəsmisi: Azərbaycanda erkən nikahlar əvvəlki illərlə müqayisədə 5-6 dəfə azalıb

TƏBİB-in mətbuat departamentinə yeni rəhbər təyin olunub

Səyyar ASAN xidmətin iyunda fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik edib

Rusiyanın Kiyev və Dneprə endirdiyi zərbələr nəticəsində 9 nəfər ölüb, 70-dən çox yaralı var

SOCAR-ın prezidenti: "Etibarlı təchizat mənbələrinə tələbat yaxın illərdə daha da artacaq"

Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq

Şamil Ayrım: Gələcəyin enerji vizyonu Azərbaycanda formalaşır

Prezident İlham Əliyev Donald Trampın hədiyyəsini Kaleb Orra göstərib

Milli Məclisin sədri Serbiyaya işgüzar səfər edib

ABŞ ordusu İranın Küveytdə hərbi bazaya atdığı 2 ballistik raketi zərərsizləşdirib

Prezident: Azərbaycanın qaz ehtiyatları növbəti yüz il ərzində lazımi təlabatı ödəməyə bəs edir

Moldova rəsmisi: Azərbaycan şaxələndirilmiş qaz mənbələrinə çıxışımızda mühüm rol oynayıb

Bütün xəbərlər