{category-title}

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirildi — YENİLƏNİB

 

Fevralın 25-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

"Ölkə.Az" xəbər verir ki, dövlət başçıları iclasda çıxış ediblər. 

Prezident İlham ƏLİYEV dedi: 

-Hörmətli cənab Prezident, əziz qardaşım. 

Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana, doğma vətəninizə xoş gəlmisiniz. Sizin səfəriniz çox böyük önəm daşıyır. Bu gün təkbətək görüş əsnasında Türkiyə-Azərbaycan dostluq-qardaşlıq əlaqələrinin bir çox istiqamətlərini müzakirə etdik. Bir daha əmin olduq ki, aramızdakı əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulubdur. 

Keçən il əlaqələrimiz üçün çox uğurlu olubdur. Biz Sizinlə bir neçə dəfə görüşmüşük. Siyasi, iqtisadi, enerji, nəqliyyat – bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Onların arasında əlbəttə ki, TANAP layihəsinin Avropa sərhədinə çatdırılmasını və digər layihələri qeyd etmək olar. 

Bir sözlə, bu gün keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının növbəti toplantısı əminəm ki, əlaqələrimizin gələcək inkişafı üçün çox önəmli olacaq. Gündəlikdə bir çox məsələlər vardır. Bu məsələlərin müzakirəsi və qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq ikitərəfli sənədlər əlaqələrimizi böyük dərəcədə gücləndirəcək. 

Bir daha xoş gəlmisiniz, Sizə və nümayəndə heyətinə, qardaş Türkiyə xalqına müvəffəqiyyətlər, uğurlar və cansağlığı arzulayıram. 

***

Prezident Rəcəb Tayyib ƏRDOĞAN dedi: 

-Mən də hörmətli cənab Prezidentə, əziz qardaşıma gəldiyimiz andan etibarən istər şəxsən mənə, istərsə də nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə çox təşəkkür edirəm. Təkbətək görüşümüzdə Türkiyə-Azərbaycan əlaqələrini dərin təfərrüatı ilə müzakirə etmək imkanımız oldu. Siyasi, hərbi, iqtisadi, ticari, mədəni - bütün sahələrdə nələr edə biləcəyimizi və indiyə qədər nələr etdiyimizi ətraflı müzakirə etdik. Belə bir toplantıya – Şuranın səkkizinci iclasına sədrlik etməkdən duyduğumuz məmnunluğu da xüsusi vurğulamaq istəyirəm. 

Dünən şəhid olan azərbaycanlı qardaşımıza – İbrahim qardaşımıza Allahdan rəhmət diləyirəm. Bundan qısa müddət əvvəl bir qardaşımız da şəhid olub, ona da Allahdan rəhmət diləyirəm. Bütün Azərbaycan xalqına da şəxsən öz adımdan, nümayəndə heyəti və bütün xalqım adından başsağlığı diləklərimi də burada ifadə etmək istəyirəm. 

Bu gün keçirəcəyimiz görüşlərdə nazir yoldaşlarımız qarşılıqlı olaraq bir-biriləri ilə lazımi müzakirələr aparacaqlar. 

Keçən il qardaşım Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida” deyərək fikrini açıq şəkildə ifadə etmişdir. Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə əldə etdiyiniz nəticənin də xüsusilə Azərbaycanımız üçün xeyirli olmasını Allahdan diləyirəm. Bu seçkilərin əmin-amanlıq və sabitlik şəraitində başa çatdırılmasından böyük məmnunluq və xoşbəxtlik duyduq. 

Hörmətli qardaşım cənab Əliyevin liderliyi ilə reallaşdırılan islahatlar prosesini də təqdirlə izləyir, müşahidə edirik. İslahatlar prosesini dəstəkləmək məqsədilə bütün sahələrdə təcrübələrimizi Sizinlə bölüşməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. 

Təbii ki, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, “Star” neft emalı zavodu kimi nəhəng layihələrə birlikdə imza atdıq. İndi əsas hədəf təxminən 4,5 milyard dollar olan ticarət dövriyyəmizi 2019-cu ildə müəyyənləşdirdiyimiz kimi 15 milyard dollara çatdırmaqdır. Bu məsələdə də qardaşımla razılıq əldə etdik. Bunun üçün bütün nazir yoldaşlarımız əllərindən gələn səyləri ortaya qoymalıdırlar. 

***

Fevralın 25-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib.

"Ölkə.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iclasda iştirak ediblər.

Son xəbərlər

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondu birgə müsabiqə elan edəcəklər

İtaliyanın 75-ə yaxın şəhərini etiraz aksiyaları bürüyüb

Misir Prezidentİ britaniyalı fəalı əfv edib

Putin: Rusiya istənilən təhdidə cavab verməyə hazırdır

Pakistanda hava zərbəsi nəticəsində 23 nəfər həlak olub

Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir

Məhkəmədə Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edilib

Roland Prays: "Orta Dəhliz 15 ildə 28 milyard dollar investisiyaya ehtiyac duyacaq"

İstanbulda Azərbaycan məktəbi istifadəyə veriləcək - RƏSMİ

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Yasamal rayonunda yerləşən çoxmənzilli binada yanğın olub - YENİLƏNİB

Bakının bir sıra yollarında tıxac yaranıb

Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib - YENİLƏNİB

Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Hərbi jurnalist Şəmistan Nəzirli vəfat edib

Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib

Zəngəzur dəhlizilə bağlı təfərrüatlar bu danışıqlarda dəqiqləşəcək

Prezidentdən Dövlət Suverenliyi Günü paylaşımı - Video

Azərbaycanda Dövlət Suverenliyi günüdür

KİV: Trampın helikopteri Londonda təcili eniş edib

Qriqoryan: Aİ ilə Ermənistan arasında dialoq başlayıb

Rusiyalı nazir müavini: Qızılın qiyməti artacaq

Bütün xəbərlər