{category-title}

Deputatlığın son gecəsi – AXI NİYƏ?!

 

Görəsən, necə olacaq və əgər hadislər belə davam edəcəksə, mən batdım!

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

... O zaman 35 yaşım var idi. Par-par parıldayan təzə kostyumumdan, şüşəsi yay-qış plyonkalı olan maşınımdan ləzzət alırdm. Hər səhər evdən çıxıb şəstlə maşınıma tərəf gələndə qonşuların paxıl baxışlarının zövqünü yaşayırdım. Arada qulağıma onların “bu, nətər getdi çıxdı ora”, “bacarana baş qurban”, “yəqin, özünə yaxşı day-day tapıb yuxarılarda” cümlələri gəlirdi. Amma vecimə deyildi. Ailədə, qohumlar arasında hörmətə minmişdim. Daha vaxtilə məni adam yerinə qoymayanlar da məclislərini mənsiz başlamır, “müəllim gəlsin, sonra başlayaq”, - deyirdilər. Qohumlar məni elçiliyə aparmaq uğrunda növbəyə düzülmüşdülər, axı bilirdilər ki, mən kiminsə qapısına getsəm, istəməsələr belə, mənə yox deməyəcəklər. Axı onlar məni tez-tez televiziyada görür, mətbuatdan oxuyur, dövlət tədbirlərində kimlərlə bir cərgədə oturduğuma diqqət yetirirdilər.

Yadıma uşaq vaxtı keçirdiyim kasıb günlər düşür, cındırımdan cin hürkən uşaqlığımın hayfını sanki indiki halımda taledən almaq istəyirdim. Başımın dəstəsi ilə böyüdüyüm kəndə, məhəlləyə gedir, o zaman məni öz “kruqlarına” buraxmayan, siqaret, futbol zamanı kənara gedən top dalınca göndərən, indi mənim kimi yaşa dolmuş məhəllə, kənd uşaqlarımıza şəstlə baxır, onların mənə necə qulluq etmək üçün dəridən-qabıqdan çıxdıqlarına baxıb, ürəyimdə gülürdüm.

 

Öyrəşdim bu həyata. İşim elə də çətin deyildi. Əynimdə bahalı kostyum, əlimdə dəridən olan portfel, dəri oturacaqlı maşına minmək, oradan işə - kabinetə, birbaşa dəri kresloma. Bir-iki sənədi oxuyub qol çəkmək, köməkçidən bu sənədlərdə yazılanlarla bağlı qısa məlumat almaq, daha sonra aşıracağım işlərin qeydini apardığım dəri üzlü kitabçanı açaraq, dörd nömrəli dövlət rabitəsi ilə zəng etmək. Müəllim, salam, mənim filan işim var..., filan qohumumu..., bəli, sizin də xeyriniz olar, bizim də..., yuxarıdan filankəslə sabah görəşəcəm..., təşəkkür edirəm..., mən borclu qalan oğlan deyiləm..., və s. tipli məna yükünə görə yüngül, amma qazanılacaq vəsait baxımından ağırçəkili cümlələr...

Axşama yaxın da neçə vaxtdan bəri mənim təklifimə nazla razılaşan bir xanımla zəngləşib, ya onun üçün aldığım evində ya da mənə işlərini aşırdığım üçün yaxşı oğlanlar tərəfindən hədiyyə göndərilən başqa bir müğənni və ya aktrisa gözəllə bahalı saunaların birində dincəlmək. Saat gecə 12-dən sonra yorğun-arğın gəlmək və səni əvvəllər əfəllikdə və fərsizlikdə suçlayaraq, nəslin ən geridə qalmış kişisi adlandıran, amma indi yatmayaraq səni gözləyən xanımıma “iş çox olub, elə yorğunam ki, heç ağzıma çörək almağa belə, taqətim yoxdur”, - deyərək, saunadakı xanımın əli ilə yedirtdiyi tikələri həzm etmək üçün bir qazlı su götürmək və özünü çarpayıya çatdırmaq. Bu, mənim demək olar ki, tez-tez təkrarlanan “iş rejimim” idi.

 

Amma dövlət tədbirləri olanda, bir az rejimim dəyişirdi. Tədbir keçirilən yerdə aparılan hazırlıq işlərindən başlamış, qonaqların dəvətinə qədər, kimin kiminlə oturdulmasına qədər məsləhətləri məndən alırdılar. Özüm də gərək bir az hazırlaşaydım. Məsələn, ayda 300-500 manat verdiyim jurnalistlərin birinə yaxşı bir çıxış yazdıraydım. Əgər tədbirdə çıxış etmək imkanı olmasa belə, sonda yaxınlaşacaq telekanallara müsahibə verməliydim axı: Ölkə başçısının ölkənin inkişafı üçün yürütdüyü siyasətin davamı olaraq, qarşımıza qoyduğu vəzifələrin reallaşması üçün əlimizdən gələni etdiyimizi, edəcəyimizi kamera qarşısında demək üçün mənə mətn lazım idi. Yarı doğru-yarı əyri yola verirdik, gedirdi. Axşam ya tədbirdə iştirak edən həmkarlarımdan bir neçəsi ilə, yaxud elə dünən gecə ona çox vaxt ayırmadığım üçün məndən inciyən xanımın yanındaca bahalı viski və ya tekilla ilə yorğunluğumu çıxaracaq, necə deyərlər, stress atacaqdım...

 

Beləcə illər keçdi. Yuxarılar məni, mən də yuxarıları özümünkü sayır, hesab edirdim ki, heç nə dəyişməyəcək. Elə belə də gedəcək. Düz 30 il belə gedirdi də. Amma bir gün...

 

Bir qərar verildi. Prezident, illərlə güvəndiyim day-daylarımı, gənclərə yol vermək üçün ard-arda yolladı pensiyaya. Mənim bütün rejimim pozuldu, dünyam qaraldı. Axı mən arada onlara görüm-baxım edir, “ağsaqqal, qulluğunda hazıram”, - deyir və bununla da rahat şəkildə növbəti illər üçün “indulgensiya” alır, işlərimi görürdüm. İndi mən kimi tapacam, işlərimi necə həll edəcəm? Mitilimi atacaqlar bayıra. Köhnə day-daylarım hələlik dirəniblər, amma belə görürəm ki, onların da “dişlərinin” qırılmasına bir şey qalmayıb.

 

Əgər mənim işimi əvvəlki kimi 100 faizlik həll edə bilmirlərsə, onda vəziyyət xarabdır deməli. İndi mən çöldə qalsam, necə olacaq vəziyyətim? Əlimdəki bir-iki obyektimi də tutub alacaqlar, qohumların “krışalıq” etdiyim obyektlərinə də daha əlim girməyəcək. Mənim zəngim gələndə hamamda çimməklərinə baxmayaraq, qətvəyə bürünüb çıxan adamlar da indi nömrəmi görüb ya götürməyəcək, ya da “çornu spisoka” atacaqlar.

Mənim üçün hər saniyə darıxdığını söyləyən xanım daha onu narahat etməməyimi istəyəck, çünki, neçə ildən sonra qardaşı qəfildən biləcək, narazaılıq etməyə başlayacaq bizim əlaqələrə. Guya ki, bu vaxta qədər bilmirdi.

 

Oğlumun işində problem yaranacaq – müdiri başlayacaq onu burunlamağa, qızımın ailəsində də artıq ona “sevimli gəlinimiz” deməyəcəklər. Hələ arvadı demirəm: “İllərlə ona-buna xərclədiyin pulları yığsaydın, indi də normal yaşayardıq. Elə bilirsən, hər gecə bahalı qadın duxusu iyi verə-verə gəldiyini bilmirdim, ay oğ…?!”

 

Görəsən, necə olacaq? Bir şeyi dəqiq bilirəm ki, hadislər belə davam etsə, mən batdım!

 

… Yəqin ki, bu gecə dairələrindəki nəticələri ləğv olunan və ya ləğv olunacağı ehtimal edilən bir çox deputatlar bu fikirlər altında üzü pəncərəyə baxan dəri kresloda oturub, 2 paçka bahalı siqaret çəkib, “Hennesy” konyakından vurub, Günəşi qarşılayıblar. Axı niyə?!

 

Ona görə ki, onların işlərinə MSK bu gün baxacaq. Onların bəziləri “kaş, 35 yaşımda deputat olanda, yeyib-içməklə, day-daylarıma rüşvət aparmaqla, pul yığmaqla yanaşı heç olmasa, ildə bir neçə dəfə camaatla görüşər, onların problemlərinin həllinə kömək edərdim. Lap elə Qənirə Paşayeva kimi. İndi də harada, kimin yanında olmağımdan asılı olmayaraq, camaat mənə səs verərədi” kimi peşmançılıq da çəkirlər. Amma, nə fayda?!

 

Prosses başlayıb. Milli Məclisin yeni seçiləcək heyətində onlar olmayacaqlar. Bu, onlar üçün son gecə idi - deputatlığın son gecəsi.

 

Müəllif: Yoldaş Mircəfər 

Son xəbərlər

Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər

Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı

Paşinyan istefa verməyə hazırlaşmır

Bu vərdişləri tərgidin, yoxsa...

Bakıda hoteldə 4 nəfər zəhərləndi - 2-si öldü

“Qərb istəyinə çatsa, növbəti Gürcüstan-Rusiya müharibəsi başlayacaq” – SENSASİON PROQNOZ

Milli Məclis Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanunu qəbul edib

Meyxanaçı ilə aparıcının toyudur

Tərtər məktəbliləri arasında dava - 1 nəfər öldü

Bu gün Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək

Gənc nəsil üçün yeni imkanlar açılır - Emin Əmrullayev

Bayden və II Abdullah Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto

ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik

Ağdərədə sümük fraqmentləri aşkarlanıb

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Laos Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Rusiya Volodimir Zelenskini axtarışa verib

Bütün xəbərlər