{category-title}

 

“Rossotrudniçestvo”nun 4,6 kq-lıq yardımı – Moskvadan erməni revanşistlərə “Rusiya sizinlədir” mesajı - ŞƏRH

Azərbaycan ictimaiyyətinin yaxşı tərəfdən olmasa da, yaxşı tanıdığı “Rossotrudniçestvo” Ermənistanda “Rusiya sizinlədir” layihəsinin icrasına başlayıb.

Postsovet məkanında Kremlin maraqlarının təbliği ilə məşğul olan qurumun bu dəfə Ermənistanda seçdiyi hədəf auditoriyası Qarabağdan könüllü köçmüş insanlardır. Layihə çərçivəsində Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk etmiş 30 min erməniyə humanitar yardım ediləcək.

Layihənin rəhbəri Arseni Pronindir.

“Rusiya sizinlədir” layihəsi iyulun 31-də başlayıb. Aksiyanın birinci mərhələsi avqustda həyata keçiriləcək. Layihədə 30 min insana 140 tondan çox yardım paylanması planlaşdırılıb. Yardım paketinə ərzaq, şəxsi gigiyena əşyaları ilə yanaşı, azyaşlı uşaqları olan ailələr üçün əlavə dəstlər - uşaq qidası (püre, sıyıq, şirniyyat) və qulluq vasitələri də daxildir.

Layihənin icrasına yerli hakimiyyət orqanları və könüllülər də cəlb olunub.

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, yardımın göstərilməsi məsələsi Moskvanın diqqət mərkəzindədir. Onun sözlərinə görə, “Rusiya Humanitar Missiyası” hələ 2023-cü ilin oktyabrında Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaqdan imtina etmiş ermənilərə 6 ton ərzaq, şəxsi gigiyena vasitələri təhvil verib.

Layihənin “Rossotrudniçestvo”ya məxsus olması əslində bir çox məsələlərə aydınlıq gətirir. Çünki bu qurulduğu gündən SSRİ-nin, sonralar isə Rusiya Müdafiə Nazirliyi və Baş Kəşfiyyat İdarəsinin xarici ölkələrdə “humanitar” missiya istiqamətində fəaliyyət göstərən təşkilatıdır.

“Rossotrudniçestvo”nun 4,6 kq-lıq yardımı – Moskvadan erməni revanşistlərə “Rusiya sizinlədir” mesajı - ŞƏRH

SSRİ-dən sonra “Rossotrudniçestvo” yola Rusiya hakimiyyəti ilə davam edib. Onun adı casusluq qalmaqallarında dəfələrlə hallanıb. Keçmiş sovetlərin aparıcı fiqurlarından, 1990-cı ilin 20 yanvarında Bakı qırğınlarının təşkilatçılarından olmuş Yevgeni Primakovun adaş nəvəsinin bu “təşkilat”a başçılıq etməsi də bir çox mətləblərə aydınlıq gətirmək üçün açar sayılır.

Bu təşkilat dünyanın 80-dən artıq ölkəsində, o cümlədən Ermənistanda hələ də fəaliyyət göstərir. Casusluq fəaliyyətinə görə “arzuedilməz” sayılaraq keçmiş sosialist düşərgəsində Sloveniya, Xorvatiya, Makedoniya, Monteneqro və Rumıniyada işinə, qeydiyyatına xitam verilib. “Təşkilat” bunu müxtəlif bəhanələrlə dansa da, onun təhlükəsizlik sahəsində fəaliyyət göstərdiyi, dövlətlərin daxili işinə müdaxilə etdiyi istisna olunmur.

Bəs 30 min erməninin hər birinə 4,6 kiloqramlıq yardım etmək Rusiyanın yadına niyə indi düşüb? Bu, çox təəccüblü və şübhəlidir. Çünki “Rusiya sizinlədir” layihəsində əsas prinsiplərdən biri budur - “Rusiyaya qarşı təbliğat aparılmayan” müttəfiq respublikada bu layihə həyata keçirilir.

Ermənistan son beş ilə yaxın dövrdə Rusiyaya qarşı sərt çıxışlar etməklə yanaşı, onun sponsorluq etdiyi təşkilatı boykot edir. Rəsmi İrəvan MDB-nin bəzi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) son dövrlərdə tədbirlərinə qatılmır. Rusiyanın KTMT çərçivəsində keçirdiyi hərbi manevrləri boykot edən Ermənistan hakimiyyəti ABŞ ilə birlikdə avqustun 12-20 tarixlərində "Qartal tərəfdaş - 2025" adlı birgə hərbi təlim keçirəcək.

“Rossotrudniçestvo”nun 4,6 kq-lıq yardımı – Moskvadan erməni revanşistlərə “Rusiya sizinlədir” mesajı - ŞƏRH

Bundan başqa, Ermənistan hakimiyyəti Rusiyanın maraqlarını müdafiə edən, moskvayönlü siyasi müxalifətə qarşı bir sıra hallarda təzyiqlər edir. Son bir neçə ayda ümumerməni patriarxı II Qaregin ətrafında yaşanan qalmaqal birbaşa RF-nin bu ölkədəki maraqlarının hədəfə alınması kimi xarakterizə edilir.

Rusiyalı iş adamı, milyarder, “Taşir” şirkətlər qrupunun başçısı Samvel Karapetyanın həbs edilməsi də rəsmi İrəvanın yürütdüyü anti-Rusiya siyasətinə dair daha bir nümunədir.

“Ermənistan elektrik” şəbəkəsinin özəlləşdirilməsində qanun pozuntularına yol verdiyinə görə şirkətin “Taşir”dən geri alınaraq milliləşdirilməsi gözlənilir. Oxşar hadisə perspektivdə “Qazprom”la da baş verə bilər.

“Rossotrudniçestvo”nun 4,6 kq-lıq yardımı – Moskvadan erməni revanşistlərə “Rusiya sizinlədir” mesajı - ŞƏRH

“Rossotrudniçestvo” Ermənistandakı bu kimi anti-Rusiya fəaliyyəti görmür? Əlbəttə, görür və çox da yaxşı başa düşür. Ancaq, görünən odur ki, “Rusiya sizinlədir” layihəsi ilə Qarabağ ermənilərini humanitar yardıma şirnikləşdirilib, ələ alınmağa çalışılır. Çünki keşiş, Koçaryan, Sarqsyan, Karapetyan üzərindən qurulan oyunlar uğurlu nəticə vermir. Yaxud hələ ki bir uğuru yoxdur. Ona görə bu prosesə ictimai dayaq kimi Qarabağdan könüllü gedən erməniləri görür.

Ehtimal etmək olar ki, bu layihədə Rusiyanın məqsədi Ermənistanda və gələcəkdə Cənubi Qafqazda vəziyyəti qarışdırmaq, region ölkələri arasında əməkdaşlığa, yaxınlaşmaya, normallaşma prosesinə zərbə vurmaqdır. Çünki hadisələr RF-nin bölgədə gedən proseslərdən tədricən kənarda qaldığını deməyə əsas verir. Bununla barışmayan Moskva bölgədə özünü müxtəlif “layihələrlə” göstərməyə çalışır.

Gələn ilin yayında Ermənistanda parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Belə demək olar ki, Rusiya bu “layihələr” vasitəsi ilə həmin siyasi kampaniyaya da hazırlaşır.

“Rossotrudniçestvo”nun 4,6 kq-lıq yardımı – Moskvadan erməni revanşistlərə “Rusiya sizinlədir” mesajı - ŞƏRH

Moskva “Rusiya sizinlədir” layihəsi ilə Ermənistandakı revanşistlərə də dəstək verir. O, perspektivdə Baş nazir Nikol Paşinyan hökumətinə qarşı olanlara əlavə sosial baza formalaşdırır.

Ötən illərin təcrübəsi sübut edir ki, Rusiya belə məsələlərdən daim qarşıdurma, münaqişə yaratmaq üçün istifadə edib. Elə Azərbaycan torpaqları işğal altında olduğu illərdə o, Azərbaycan və Ermənistanda hakimiyyət dəyişikliyi, bu respublikalarda qarışıqlıq yaratmaq üçün Qarabağ kartından ya yararlanıb, ya da istifadə edənlərdən olub.

Bu baxımdan, onun Ermənistanda qarşıdurma, xaos yaratmaq üçün "qaçqın aləti"ndən gələcəkdə istifadə edə biləcəyi istisna olunmur.

“Rossotrudniçestvo”un 4,6 kq-lıq layihəsi altında Azərbaycana qarşı ərazi iddialarının təbliğatı da yox deyil. O, inteqrasiya olmaqdan imtina etmiş ermənilərdən gələcəkdə Azərbaycana qarşı təbliğat kampaniyası apara bilər. Rusiya belə “layihələrlə” rəsmi Bakı ilə İrəvan arasında birbaşa ikitərəfli danışıqlara mane olmağa səy göstərir. Habelə, Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh sazişini, normallaşma prosesini pozmağa cəhd edir.

Son zamanlar Rusiya KİV-də Azərbaycana qarşı təbliğat rəsmi Moskvanın Cənubi Qafqazla bağlı xoş olmayan məramından xəbər verir. Rəssam İvan Ayvazovskinin heykəlini Rusiya sülhməramlı hərbçiləri müvəqqəti yerləşdirildikləri ərazidə qoymaqla onsuz da Azərbaycanın suveren hüquqlarını pozmuşdu. İndi yenidən onu demontaj olması ətrafında hay-küy salmaqla gülünc vəziyyətə düşürlər.

“Rossotrudniçestvo”nun 4,6 kq-lıq yardımı – Moskvadan erməni revanşistlərə “Rusiya sizinlədir” mesajı - ŞƏRH

Bu oyunda iştirak edənlərdən biri də “Moskovski Komsomolets”dir. Bu mətbu orqan indiyədək Rusiyadakı neofaşistlərə, “skinxet”lərə (qırxıqbaşlardan) qarşı bir sətir belə yazmayıb. RF-nin Ukraynada apardığı işğalçı müharibəyə don geyindirməklə “komsomol”, bolşevik törəməsi adını doğrultmaqla məşğuldur. Çünki onların qulluq etdiyi ideologiyanın əsasında “velikorus şovinizmi” dayanır.

Ona görə onların Azərbaycana qarşı istənilən təbliğatı gülünc və qərəzlidir. Bu təbliğatçılar 1990-cı il 20 Yanvar qırğınına, Xocalı soyqırımına haqq qazandırmağa çalışan boşboğaz faşist təəssübkeşləridir.

Rusiya heç vaxt səmimi şəkildə kiminləsə birgə olmayıb. O, bu kimi layihələrlə insanların ehtiyaclarından, sosial vəziyyətlərindən pozuculuq fəaliyyəti üçün istifadə edib.

Bu həmin Rusiyadır ki, erməniləri çar imperiyasının Cənubi Qafqaz siyasətinə alət etmək üçün indiki İran ərazisindən Azərbaycan torpaqlarına köçürdü. Qarabağı belə onlara az qala peşkəş kimi vermək istədi. Ermənistan hakimiyyəti, ermənilər bu torpaqların Azərbaycana aid olduğunu dönə-dönə bəyan etsələr də, “Rusiya sizinlədir” layihələri buna qarşı çıxdı.

Bu, ermənilərdən alət olaraq istifadə çərçivəsində son layihə də sayıla bilər. Çünki bu etnik qrup Rusiyanın onunla birlikdə olmasını istəmir. Bunu 2018-ci ildən sonra baş vermiş hadisələr təsdiqləyir. Ermənistan ABŞ ilə hərbi manevr keçirməyə hazırlaşmaqla “Amerika bizimlədir”i alternativ olaraq irəli sürür.(Report)

Son xəbərlər

İlham Əliyev: TDT-yə üzv ölkələr arasında heç bir problem və anlaşılmazlıq yoxdur

İlham Əliyev: Zəngəzur dəhlizində avtomobil yolunun 90 %-i, dəmir yolunun 70 %-i tamamlanıb

"Qazprom": "Türk axını" qaz kəmərinin obyektinə hücum cəhdi olub

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb

Masallıda baba və nəvə yanaraq öldü - İcra başçısı hadisə yerinə getdi-Yenilənib

Kreml Putin-Paşinyan danışıqlarının formatını açıqlayıb

İran parlamentinin vitse-spikeri: Ali Rəhbər ABŞ-la danışıqlara icazə verməyib

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək

Ərbildə 20-dən çox PUA vurulub

Aprel ayına olan hava proqnozu açıqlanıb

Sumqayıtda qadın bıçaqlanıb, qardaşı şübhəli bilinir

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Şər-böhtan yox, fakt və vicdan danışmalıdır

"Mehr": ABŞ özünün Tehrandakı keçmiş səfirliyinin binasına zərbə endirib

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl göndəriləcək

Kəlbəcərdə törədilən “Tunel faciəsi”ndən 33 il ötür - FOTO

ABŞ Hörmüz boğazının açıq qalması ilə bağlı İrana xəbərdarlıq edib

Şəkidə evdə partlayış olub, 2 nəfər xəsarət alıb - VİDEO

Tatarıstanda zavoda PUA hücumu olub, güclü partlayış baş verib

Aprelin ilk günündə Azərbaycanda 25 dərəcə isti olacaq

İrandan Azərbaycana indiyədək 3 146 şəxs təxliyə olunub

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsabiqə elan edilib

Bütün xəbərlər