{category-title}

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunun binasında qalmaqal - FOTO

 

Bakı şəhər sakini Asif Məmmədov “Konstra” MTK tikinti şirkətindən narazıdır.

A. Məmmədov Qafqazinfo-ya müraciətində qeyd edib ki, 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikinti şirkətindən 169 nəfər ev alıb:
“Hamı evin pulunu tam ödəyib. Əlimizdə bununla bağlı maliyyə arayışı da var. Mənzil aldığımız bina Tibb Universitetinin qarşısında yerləşir. Mən özüm 67 min manat pul ödəmişəm. Bir müddət tikinti dayandırıldı. Bizə dedilər ki, torpağın sahibi ilə podratçı “Konstra” MTK arasında mübahisə düşüb. Torpaq sahibi isə “Orxan TİT” şirkətidir. “Orxan TİT”dən bizə dedilər ki, sakinlər aldadılıb, evlər saxtadır. Çünki podratçı şirkət ev satmalı deyildi. 

“Konstra” MMC isə bildirir ki, “Orxan TİT” şirkəti onlara qarşı fırıldaqçılıq edib. Bununla bağlı Prokurorluğa da müraciət ediblər. 
Biz ev alan şəxslər olaraq hesab edirik ki, burada hansısa oyunlar gedir. Hətta bir evi başqa şəxslərə də satdıqlarını eşitmişik. Evlərin çoxu satılıb, bir hissəsi isə qalıb. 
“Konstra” MMC-nin rəhbəri Bəhram Abbasovdur. Onunla dəfələrlə narazı sakinlər olaraq görüşmüşük. B.Abbasov bizə deyib ki, narahat olmayın, hər şey düzələcək, ona da “pul atıblar”.  B.Abbasov yüksək vəzifədə işləyir. O, Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiridir”. 
Qafqazinfo məsələ ilə bağlı “Konstra” MMC şirkəti ilə əlaqə saxlayıb. Şirkətin təsisçisi Bəsrət Abbaslı bildirib ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur:
“Mən özüm cavan olduğuma görə sakinlərlə görüşdə atam da iştirak edib. Çünki o əvvəllər bu işlərdə olub. Narazı vətəndaşlar yaşım az olduğuna görə düşünürlər ki, məsələlərdən başım çıxmır. Ona görə də ağsaqqal kimi atamı danışıqlara çağırmışam. Ancaq onun bu şirkətlə qanuni bağlılığı yoxdur. 
Biz bu işdə podratçı tərəf kimi çıxış etmişik. Bizim sifarişçi tərəf olan “Orxan TİT” şirkəti ilə müqaviləmiz olub. Müqaviləyə əsasən, evlərin satışı bölüşdürülmə prinsipi ilə razılaşdırılıb.
Şirkətimizin daxilində problem yarandı, bundan digər şirkətin də xəbəri var idi. Belə ki, şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim.
Ancaq möhür ofisdə olduğu üçün icraçı direktor D.Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib. Hazırda sizə şikayət edən şəxslər vicdanlı alıcılardır. Həmin evlərin əvvəlki sahiblərinin D.Rəsulovla öz haqq-hesabları olub. Onlar bizim binadan qanunsuz şəkildə ev satışı edib. D.Rəsulov barterə gedib, yaxud öz borcunu bağlamaq üçün kiməsə ev verib. 
Bizim bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur. Sakinlərdən əvvəl özümüz Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişik. Sifarişçi şirkət də çəkdiyimiz xərci minimum məbləğdən də aşağı hesabladı. 
O pulların heç biri mənim kassama mədaxil edilməyib. 169 ev satılıb, onun 62-si təsdiqlənib. Kreditə verilən evləri, şəhid ailələrinin, nağd şəkildə ödəniş edən şəxslərin evləri təsdiqlənib. Mənim təsdiqlədiyim evlər belə qanunsuz sayılır, ancaq məcburiyyət yaranıb. 
Bu məsələnin ictimailəşməsinin biz də tərəfdarıyıq. Hazırda məni aldadan şəxs heç ölkədə deyil. Biz çəkdiyimiz xərcin hesabatına əsasən sakinləri razı salmaq istəyirik. Ancaq “Orxan TİT” buna imkan vermir. Buna görə də sifarişçi şirkət haqqında iddianamə hazırlayıb müvafiq qurumlara təqdim etmişik”.

 

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunun binasında qalmaqal - FOTO

 

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunun binasında qalmaqal - FOTO

 

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunun binasında qalmaqal - FOTO

 

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunun binasında qalmaqal - FOTO

 

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunun binasında qalmaqal - FOTO

 

Azərbaycanda yüksək vəzifəli şəxsin oğlunun binasında qalmaqal - FOTO

 

Son xəbərlər

Dayı-bacıoğlu kabinetin qapısını sındırıb gizlənən şəxsi döyüblər

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi - Foto

Mossad-ın eks-rəhbəri: İranın nüvə obyektinə baş çəkmişəm

Azərbaycanda icraatda olan vergi cinayəti işlərinin sayı artıb

MÜTDA: 300 min məzunun attestatı elektron formada hazırlanıb

Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb

"Diario La R": Azərbaycan müxtəlif sivilizasiyaların ənənələrini özündə birləşdirir

Sabah Azərbaycanda yağış yağacaq

Balakəndə dünən baş verən zəncirvari qəzada ölənlərin sayı 4-ə çatıb

Qaluzin: Ermənistanın KTMT-dəki səsvermə hüququ noyabr sammitində nəzərdən keçirilə bilər

Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul edib

Babək prospektində avtomobil salonu yanıb

Azərbaycan neftinin qiyməti 95 dolları keçib

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

SEPAH: ABŞ İranın şərtlərini qəbul edəndə Hörmüz boğazı mütləq açılacaq

Rusiyanın Gelencik şəhərində dron təhlükəsi: şəhərin bütün çimərlikləri bağlanıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana 1049 ton buğda göndərildi

Müəllimlərin faktiki yaşayış rayonuna uyğun olaraq vakansiya seçimi başlayıb

Qobustanda maşın işıq dirəyinə çırpılıb, sürücü ölüb

NYT: ABŞ Kubanın rəhbəri vəzifəsinə namizəd axtarır

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Bütün xəbərlər