{category-title}

Masallıda boğularaq öldürülən 16 yaşlı gəlin - “Bu günə qədər xəstə olduğunu bilməyiblər?”

 

İman oğlumla bir sinifdə oxuyub, çox sakit uşaq idi.
Bu sözləri 16 yaşlı həyat yoldaşı Fatimə Qəmbərovanı öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü İman Məmmədovun oxuduğu Sığıncaq kənd orta məktəbində müəllim işləyən İhamə Əsgərova Axar.az-a açıqlamasında deyib.
O, ibtidai sinifdə dərs dediyi İman Məmmədovun belə bir qətli törədən biləcəyini ağlına gətirmədiyini bildirib:
"Bu hadisə necə oldu, anlaya bilmirik. İman çox sakit və tərbiyəli uşaq idi. Gözündə problem var idi, zəif görürdü. Hamı ona uşaq gözündə baxırdı. O, evlənəndə hətta hamı İmanın ailəsini qınamışdı”.
İ.Əsgərova Fatimə ilə İmanın üç il nişanlı qaldıqlarını söyləyib:
"Mən toydan əvvəl İmanın anası ilə danışdım və ona Fatimənin yaşının az olduğunu, İmanın isə evliliyə hazır olmadığını bildirdim. Lakin bu sözlərim onun xoşuna gəlmədi və buna görə də onlar bizi toya dəvət etmədilər. Həqiqətən, İman evlilik üçün hazır deyildi. O, küçədə yaşından balaca uşaqlarla oturanda, gəzəndə onlardan seçilmirdi. O, mənim oğlumla bir sinifdə oxuyub. Mən, ümumiyyətlə, düşünmürəm ki, o, öz istəyi ilə evlənib. Çünki o belə qərarlar verəcək təfəkkürdə deyildi. Fikirimcə, İman valideynlərinin istəyi və ya təkidi ilə evlənib”.
Fatimənin xəstə olduğunu iddialarını isə Fatimə Qəmbərovanın yaşadığı Həsənli kəndində nənəsinin qonşuluğunda yaşayan adının çəkilməsini istəməyən qadın təkzib edib.
O bildirib ki, Fatimədə heç bir xəstəlik olmayıb.
"Fatimə gözümüzün qabağında böyüyən uşaqdır. Onda heç bir xəstəlik olmayıb, onlar öz cinayətlərini gizlətmək üçün qıza belə şər atırlar. Onlar üç ilə yaxındır ki, nişanlı idilər. Necə olub ki, bu günə qədər xəstə olduğunu bilməyiblər?”
Onun sözlərinə görə, Fatimə İmanla ailə qurmağa məcbur edilib:
"Qız toy günü narazı və könülsüz idi. Hiss olunurdu ki, o oğlana getmək istəmir. Uşaq idi, səsini çıxara bilmirdi. Bildiyimizə görə, Fatiməni İmana nənəsi verib. O vaxtı deyirdilər ki, Fatiməni nənəsi xəstə bir oğlana verib. Biz hamımız nənəni qınasaq da, heç bir xeyri olmadı”.
Qeyd edək ki, İman Məmmədovun həddən artıq zəif, cəmi 40 kq çəkidə və boyca balaca olması səbəbindən hərbi xidmətə aparılmadığı bildirilir. Yayılan toy videosunda da onun hələ tam yetkinləşmədiyi görünür.

Qeyd edək ki, Masallıda iki həftə əvvəl toyu olan 16 yaşlı Fatimə Qəmbərovanın 2001-ci il təvəllüdlü əri İman Məmmədov tərəfindən öldürüldüyü bildirilir.

Son xəbərlər

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

İlham Əliyev Dünya Güləş Birliyinin prezidentini qəbul edib

Türkiyə-İraq münasibəti: dinc yanaşı yaşamağın, inkişafın göstəricisi - ŞƏRH

Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub

Fransaya casusluqda ittiham olunan Martin Ryan barəsində hökm dəyişməyib

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

Ukrayna Permdə neft emalı zavodunda yanğın olduğunu bəyan edib

Kamran Əliyev Laçında vətəndaşları qəbul edəcək

Azərbaycan-Pakistan əməkdaşlığı çərçivəsində ədliyyə sahəsi üzrə təlim keçirilib

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb

Yasamal və Nərimanov rayonlarının bir hissəsində işıq olmayacaq

Salyanda 60 yaşlı kişi keçmiş kürəkənini tüfənglə qətlə yetirməkdə şübhəli bilinir

Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Bütün xəbərlər