{category-title}

"Minimum ikinci olmalıyıq" - Millimizin baş məşqçisi

 DÇ-2020-nın elit-raund mərhələsinə hazırlığını oyunların keçiriləcəyi Xorvatiyanın Osiek şəhərində davam etdirən futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva AFFA-nın saytına müsahibə verib.


- Milli yanvarın 25-dən məşqlərini Osiek şəhərində davam etdirir. Komanda ilə bağlı hansı məlumatları paylaşmaq istərdiniz?

- Təbii ki, oyunların keçiriləcəyi şəhərə 4 gün əvvəldən gəlməyimiz yaxşı oldu. Məşqlərimizi “Qradski vrt” idman kompleksində davam etdiririk. Bu da həm saat fərqinə, həm də zala uyğunlaşmaq baxımından müsbət məqamdır. İntizam baxımından da komandada vəziyyət qaydasındadır. Uşaqlar çox istəklidirlər və bütün fikirlərini məşqlərə yönəldiblər. Bu gün məşqimizi plan üzrə davam etdirəcəyik. Oyunöncəsi son hazırlıqda isə standard vəziyyətlər və taktiki gedişlərlə bağlı çalışmaları yerinə yetirəcəyik. Artıq Rafael Vilela və Everton Kardoso da komandaya qoşulublar. Düzdür, Kardoso gecə gəlib və o, hələ bu gün komanda ilə ilk  məşqinə çıxacaq.

- Bəs Rafael Vilelanın hazırlıq durumu necə, sizi qane edirmi?

- Çox yaxşı formadadır. Braziliya çempionatında fasilə yarandıqdan sonra müəyyən axsama hiss olunurdu. Ancaq onun son iki həftəni İspaniyada, yeni klubunun heyətində keçirməsi vəziyyəti xeyrinə dəyişdi.

- İlk oyuna cəmi 2 gün qalıb. Sizi narahat edən məqam varmı?

- Ciddi problemimiz yoxdur. Bəzi oyunçularımız var ki, onlar zədələrini yeni sağaldıblar. Xüsusilə də Vassoranın bərpadan sonra tam hazır olmadığını deyə bilərəm. Gündən-günə irəliləyiş hiss olunur, amma fiziki baxımdan hazırda 70-80 faiz hazırdır. Thaqo da zədədən sonra problemlər yaşadı. Ancaq Vassora ilə onun zədəsi fərqlidir və belədə bərpa prosesi də eyni olmur. Vassoranın zədəsi gec sağalanlar sırasındadır. Müqayisə etsək, Thaqo daha yaxşı formadadır.

- Ümumiləşdirsək, komanda ilk oyuna neçə faiz hazırdır?

- 80 faiz hazır olduğumuzu deyə bilərəm. İndi qalır komandaya gec qoşulan Vilela və Kardosoya müdafiə və hücumla bağlı tapşırıqları mənimsətmək. Bunun üçün də iki məşqimiz var və ilk oyuna qədər lazım olan informasiyanı onlarla bölüşəcəyəm.

- Rəsmi oyunlara Xorvatiya ilə qarşılaşmayla başlayacağıq. Rəqibi necə xarakterizə edərdiniz?

- Bir neçə oyunlarını izləmişəm. Hətta 2017-ci ildə Qazaxıstan millisində çalışan vaxt onlarla qarşılaşmışıq. Düzdür, qələbə qazanmışdıq, ancaq yaxşı kollektiv olduqlarını vurğulamalıyam. Fiziki cəhətdən güclüdürlər. Heyətlərində fərdi oyun planında seçilən futzalçılar çoxdur. Onlar fərqli oyun sistemində çıxış edirlər. Cinahlarda təkbətək epizodlarda rəqibini keçib, “stolba”ya ötürmə verməyə və çoxsaylı real qol epizodu yaratmağa üstünlük verirlər. Bu cür epizodlarda diqqətli olmalıyır.

- Bəs digər iki rəqibimiz – Rusiya və Slovakiya haqda hansı məqamları bölüşmək istərdiniz?

- Rusiya yığması ən çox qarşılaşdığımız rəqibdir. Onlar həm fiziki, həm də fərdi baxımdan seçilirlər, təcrübəli futzalçıların üstünlük təşkil etdiyi kollektivdir.  Daxili çempionatları da çox güclüdür. Qrupumuzun favoritidir. Slovakiya ilə isə Bakıda qarşılaşmışdıq. Bildiyim qədər, əsas oyunçularından biri zədələnib və elit-raund mərhələsində iştirak edə bilməyəcək. Yaxşı kollektivləri var. Ümumiləşdirsək, qrupumuzda asan oyun olmayacaq.

- Komandanın qarşısına hansı tapşırıq qoyulub?

- Elit-raund mərhələsini minimum ikinci pillədə başa vurmalıyıq. İlk oyundan çox şey asılıdır. Bu matçın nəticəsinə uyğun ikinci görüşün tapşırığını müəyyənləşdirəcəyik. İstənilən halda, biz yenidən dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq istəyirik.
 

Son xəbərlər

Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

Azərbaycan və Slovakiya strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacaq

Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - Foto

ACF-nin idman direktoru: Hazırkı yeniyetmə cüdoçuların itib-batmasını istəmirik

Ağdərədə sümük fraqmentləri aşkarlanıb

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb

Fərhad Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

Laos Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Premyer Liqasında XXXIII tura bu gün yekun vurulacaq

Rusiya Volodimir Zelenskini axtarışa verib

Hicabı reytinqə alət edənlər... – SƏRT REAKSİYALAR

COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı HAZIRLANDI

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma LƏĞV EDİLDİ

Gimnastlarımız Avropa Kubokunda medal qazandı

Universitet müəllimi vəfat etdi

Müsavat Partiyasının qurultayı KEÇİRİLİR

Azərbaycan neftinin qiyməti 85 dollara düşüb

“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ

Buğdanın qiymətindəki enmə çörəyin ucuzlaşmasına SƏBƏB OLACAQ? – AÇIQLAMA

Şahin Mustafayev rusiyalı həmkarı ilə iqtisadiyyatdan danışdı

Parlamentdə bosniyalı deputatlarla görüş keçirilib

Bütün xəbərlər