{category-title}

Xalq artisti Çimnaz Babayeva VƏFAT ETDİ

 

Xalq artisti, balet ustası Çimnaz Babayeva vəfat edib.

PressXeber.info-ın Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, 74 yaşlı balet ustası dekbarın 23-də vəfat edib. 

Çimnaz Babayeva 1946-cı il dekabrın 23-də Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirən gənc balet artisti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilib və Azərbaycanın balet ustalarından birinə çevrilib.

Ç.Babayeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində bir çox milli və klassik balet tamaşalarında unudulmaz xoreoqrafik obrazlar yaradıb. O, öz həyat yoldaşı, Xalq artisti Vladimir Pletnyov ilə birgə A. Məlikovun "Məhəbbət əfsanəsi" baletində Şirin, Q. Qarayevin "Yeddi gözəl" baletində Aişə, "İldırımlı yollarla"da Sari, Ə. Bədəlbəylinin "Qız qalası"nda Gülyanaq, F. Əmirovun "Nəsimi haqqında dastan"ında Nəsiminin sevgilisi, L. Minkusun "Don Kixot"unda Kitri, D. Şostakoviçin "Xanım və xuliqan"ında xanım və başqa tamaşalarda Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaldıb.

Ustad sənətkar həm də pedaqoji fəaliyyətlə məşğul olub. O, 1977-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri vəzifəsində fəaliyyət göstərib. 

O, 1970-ci ildə Əməkdar artist, 1974-cü ildə Fikrət Əmirovun “Nəsimi haqqında dastan” baletinin səhnələşdirilməsinə görə Azərbaycanın Dövlət mükafatı laureatı, 1978-ci ildə Xalq artisti kimi yüksək fəxri adlara layiq görülüb. 2002-ci ildən Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Son xəbərlər

LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib

Ceyhun Bayramov ATƏT PA prezidenti ilə Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edib

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq

Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb

Azərbaycan Premyer Liqasında IV turun təyinatları açıqlanıb

Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək

Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi "Vikinq" 3 futbolçu ilə müqavilə bağlayıb

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Kreml: Putin və Tramp noyabrda Çində görüşə bilərlər

Azərbaycanlı jurnalistlər İsrailin şimalında druz icmasında olublar

Maqsud Adıgözəlov: "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində sonadək mübarizə aparacaq

Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

Bakıda ustanı evin damında cərəyan vuraraq öldürüb

İlham Əliyev: Azərbaycan dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb

İstisuda çimmək üçün icazə və ödəniş tələb olunmur – RƏSMİ

Bütün xəbərlər