{category-title}

Bakıdan Xırdalana və Sumqayıta metro xətti çəkiləcəkmi?-RƏSMİ AÇIQLAMA

 

 

2020-ci ildə Bakıda hərbi hospitalın qarşısında Ceyhun Səlimov küçəsində (keçmiş Papanin) metronun "bənövşəyi xətti" üzrə yeni stansiyanın açılışı planlaşdırılır.
Gələn il metronun genişləndirilməsi planları, xüsusən də yeni stansiyaların istifadəyə verilməsi və yeni qatarların alınması ilə bağlı Azərbaycanın digər böyük şəhərlərində metronun tikintisi nəzərdə tutulurmu?

"Bakı Metropoliteninin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, gələn il qatarlarla bağlı artıq müqavilə də imzalanıb. Bu dəfə müqavilə üç il ərzində bağlanıb. Yaxın üç il ərzində istismar müddətini başa vuracaq vaqonların əvəzinə 60 yeni vaqon alınacaq. Bu hər ilə 20 ədəd edir. Qatarların alınması yalnız istismar müddətinin bitməsi ilə əlaqədar olacaq. Yəni, metronun genişləndirilməsi və digər yaranacaq səbəblərlə bağlı deyil. Hazırda 280 vaqonumuz var. Həmin vaqonların arasında istismar müddətini başa vuranlar xəttən çıxarılır və yeni, müasir tipli vaqonlarla əvəzlənir.


Stansiyalarla bağlı isə deyə bilərəm ki, geoloji, texniki problemlər olmasa, gələn il ərzində şərti adı B3 olan "bənövşəyi xətti" in üçüncü stansiyası, Ceyhun Səlimov küçəsində (keçmiş Papanin), Hərbi Hospitalın qarşısında yerləşən stansiya istismara veriləcək. Həmin stansiyanın üzərində avtomobil yolu da açılıb. Bu o deməkdir ki, orada əsaslı tikinti işləri başa çatıb və son tamamlanma işləri gedir. Eyni zamanda artıq infrastrukturun qurulması ilə bağlı tədbirlərə başlanılıb. Bu stansiyanın bir özəlliyi ondan ibarətdir ki, qatarlar bir yoldan digər yola keçərək əks istiqamətdə hərəkət edəcək. Həmin stansiya istismara veriləndə, qatarların hərəkət intensivliyi daha da artacaq. Bu isə əlavə qatarlar alınmasını, onların sayının artırılmasını tələb edəcək. Nəticədə qatarların sayı artdıqca, onların texniki baxışı, qulluğu, təmiri üçün depo işi gündəmə gəlir ki, ən azı deponun bir hissəsi istismara verilməlidir. Bu səbəbdən Xocasən deposunun da bir hissəsinin istismara verilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Xocasən deposunun inşası üç mərhələdə aparılacaq. Birinci mərhələdə üç stansiyanın qatar parkının, yəni lokomativ parkın tələblərini ödəyəcək vaqonlara xidmət göstərəcək hissə istismara veriləcək. Hazırda Xocasən deposunu Avtovağzal stansiyası ilə birləşdirəcək tunellərdən biri hazırdır. Yol infrastrukturu qurulur. Digər tuneldə isə qazıntı işlərinin başa çatdırılmasına kiçik bir məsafə qalıb. Daha sonra orada da işlər gedəcək. Amma Bakı
Metropolitineninin 2011-ci il təsdiq olunmuş Konseptual İnkişaf Sistemi var. Həmin inkişaf sisteminə görə metropoliten xətləri yalnız Bakı şəhərinin daxilində olacaq. Yəni, ilk növbədə Bakı şəhərinin daxili, xüsusən də mərkəzi olmaqla şəhərin nəqliyyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində bu addımlar atılmalıdır. Gələcək illərdə nə olacağını inddən proqnozlaşdırmaq düzgün deyil. İndi məqsəd Bakı şəhəri ərazisində metro xətlərinin inşasıdır. Bu səbəbdən Xırdalan, Sumqayıt və digər şəhərlərə metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb.

Son xəbərlər

Haci Adil qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

“Tahir Gözəllə bu barədə danışmamışam” - Qurban Qurbanov

Yağıntılar nə vaxt kəsiləcək?

Bir ildir boş olan posta gətirilən Rəşad İsmayılov kimdir?

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi

Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib

Lukaşenko: Sərhədlərimizdə, xüsusilə Polşa tərəfindən hərbi fəallığın artırılması narahatlıq doğurur

Prezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi

Rusiya Donetskə zərbə endirib: 2 nəfər ölüb

Xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlbi məsələsi I oxunuşda qəbul edilib

MM sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqının dövlət hesabına qarşılanmasını qəbul edib

Moldovanın Baş naziri Kiyevə gedib

Rəşad Nəbiyev Salyanda vətəndaşları qəbul edəcək

Həqiqətə qarşı sifarişli hücumlar və susmayan vicdan

Hikmət Hacıyev Türkiyə XİN rəsmisi ilə regional prosesləri müzakirə edib

Azərbaycanda pensiyaların nə qədər artacağı açıqlanıb

Milli maraqlarına zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq

Azərbaycan nefti cüzi bahalaşıb

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

Elxan İbrahimovun yerinə Tahir Budaqov gətirildi

Bütün xəbərlər