{category-title}

Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun sərgi açılacaq

 

Dekabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun anadan olmasının 90 illiyinə həsr olunmuş sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, bəzən tufanlı, bəzən də həzin Xəzəri, dənizi ram edən neftçiləri, Azərbaycan təbiətinin gözəlliklərini, zəhmət, elm, sənət adamlarını və qadın gözəlliyini tərənnüm edən sərgidə 1940-cı illərin sonundan 2000-ci ilə kimi yarım əsrdən çox bir dövrü əhatə edən Nadir Qasımovun yaradıcılığı əks olunacaq.

Müxtəlif mövzu və janrlarda əsərlər yaradan sənətkar ilk növbədə Abşeron və Xəzər dənizinin nəğməkarı və romantiki kimi yadda qalıb, bu sahədə adları incəsənətimizin “qızıl fonduna” yazılan bir çox tablolar ərsəyə gətirib.

Bakıda yaşayıb-yaradan rəssam bu sənaye şəhərinin gündəlik ritmini hiss edir, Abşeronun qeyri-adi iqlimində yüksək romantikanı duyur, qoca Xəzərin insan tərəfindən ram edilməsini görür və yaradıcılığında tərənnüm edirdi. Rəssamın tablolarında günəşin yandırdığı və neft hopmuş torpaq, bəzən mülayim, bəzən tufanlı, dalğalı dəniz, quruda və suda qərar tutan neft buruqlarının təsviri özünəməxsus şəkildə şərh olunur. Hamının gözündə adiləşən sənaye obyektlərinə romantik forma və ovqat verməklə onları bədiiləşdirən rəssam elə ilk sənaye mənzərələri ilə özünü təsdiqləyə, dəstixəttini müəyyənləşdirə bilib.

Günlərlə, həftələrlə “Neft Daşları”nda yaşayan, neftçilərin qəhrəmanlıqlarını öz əsərlərində əks etdirən sənətkarın dəyərli işləri sırasında “Neft buruqları”, “İliç buxtası”, “İliç buxtasının qurulması”, “Qırmızı borular” adlı tabloları xüsusi diqqətə layiqdir.

Keçən əsrin 50-ci illərinin ortalarında Nadir Qasımov Azərbaycanın tanınmış şəxsiyyətləri olan SSRİ Xalq artistləri Bülbülün və Mərziyyə Davudovanın, həmçinin neft ustası Gülbala Əliyevin portretlərini işləyib. Bu tablolarda sənətdə ilk addımlar atan lakin öz fərdi yanaşma tərzi ilə səciyyələnən bir rəssamı görürük. Bu özəlliklər qocaman neft ustası Gülbala Əliyevin portretində daha qabarıq şəkildə nəzərə çarpır. Rəssam özü qeyd edirdi: “1954-cü ildə mən çox maraqlı və gözəl bir insan olan respublikamızın qocaman neftçisi, Sosialist Əməyi Qəhrəmanı Gülbala Əliyevlə görüşdüm. Bu görüşlər mənim üçün böyük əhəmiyyət kəsb edirdi və mən onun portretini yaratdım. Ancaq onun işi, düşüncələri və buruqlar arasında formalaşan obrazı yadımdan uzun müddət çıxmadı”.

Rəssamın ən çox sevdiyi mövzu təkcə Xəzər deyildi. O, tez-tez Azərbaycan rayonlarının qonağı olur, təbiətdən sonsuz ilham alır, adi zəhmət adamlarını, qadın gözəlliyini tərənnüm edirdi. 1960-cı illərdə “Pambıq tarlasında”, “Çəltik zəmilərində”, “Lənkəran bazarında”, “Rəfiqələr”, “Lənkəran qızları” və başqa əsərlərini çəkirdi.

Rəssamın 100-ə yaxın əsəri Rusiyanın, MDB ölkələrinin, ABŞ, Belçika, Fransa, Almaniya, Türkiyə, İspaniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiyanın muzeylərində, şəxsi kolleksiyalarda yer alıb.

O, 1992-ci ildə Azərbaycan Respublikasının “Xalq rəssamı” fəxri adına layiq görülüb.

Nadir Qasımov 2000-ci il martın 10-da vəfat edib.

Son xəbərlər

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub

Bu gün saat 15:00-dək işıq olmayacaq

DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs etdi

Rəqsanə Səidə Bəkirqızından üzr istədi

BİZİM TƏQVİM: Fevralın 3-də baş vermiş tarixi hadisələr

İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR

Təhsil eksperti: Dini dünyagörüşlər arasında fərq məktəbdə ciddi ziddiyyət yarada bilər

Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var

Fələstində parlament seçkilərinin keçiriləcəyi gün elan edilib

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

Anar Quliyev: "Şəhərsalma və memarlıq sahəsində gənclər üçün geniş imkanlar yaradılır"

Ombudsman: Hüquqlarını bilən gənclər Azərbaycanın güclü gələcəyinin əsas dayağıdır

Nazir direktoru işdən çıxardı

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Parlamentdə müzakirə ediləcək əsas məsələlər açıqlandı

Azərbaycanda yaşa görə pensiya ARTIRILIR

Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər

Hamiləliyə görə ödənişlər yeni qaydada hesablanacaq

ABŞ İrandan nə istəyir? - Xamenei AÇIQLADI

Prezident Gənclər Günü münasibətilə paylaşım edib

Məktəblərdə qış tətili başa çatdı

Əziz gənclər, bayramınız mübarək!

Dumanla əlaqədar yollarda görünüş məsafəsi məhdudlaşacaq - YENİLƏNİB

Bütün xəbərlər