{category-title}

Bakıda Türkmənistan rəssamının sərgisi açılacaq

 

Noyabrın 7-dən 14-dək “Art Tower” qalereyasında Türkmənistanın tanınmış rəssamlarından biri olan Məmməd Yarməmmədovun “Vətən aşiqi” adlı fərdi sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, sərginin təşkilatçıları “Nusay Gallery” (BƏƏ), “Arts Council Azerbaijan” QHT və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.

Türkmənistanlı rəngkar Məmməd Yarməmmədov çoxsaylı beynəlxalq sərgilərin iştirakçısı, Türkmənistan Rəssamlar İttifaqının üzvüdür. sənətkarın qeyri-standart dünyagörüşü onun əsərlərində duyulur. Bu əsərlər dekorativ pannonu xatırladır.

Rəssam deyir: “Mənim yaradıcılığımın mənbəyi xalq sənətidir. Bizim xalçaların, geyimlərin nəcib rəngləri, xalq naxışlarının monumentallığı və incəliyi məni heyran edir”.

Milli incəsənətin sərrafı olan rəssam hələ gənclik illərindən bu sahəyə meyl edib. ənənəvi xalçaların, məişətdə onu əhatə edən tikmələrin gözəlliyi onu çox maraqlandırırdı. Rənglər və naxışlar kaleydoskopu onun diqqəti cəlb edir, müxtəlif formalı fiqurların uzlaşması, işarələrin simvolikası ona ilham verir.

Rəssam xalq yaradıcılığının, dekorativ tətbiqin sənətin motivlərinə xüsusi əhəmiyyət verir, türkmənlərin ənənəvi məişətini tərənnüm edir. lakin müasir gənclər bu ənənələrdən uzaqlaşmağa üstünlük verirlər.

Rəssamın sərgidə nümayiş etdiriləcək işləri iki silsilə təşkil edir.

Yarməmmədovun bədii kredosunu əyani şəkildə əks etdirən “Nohur” silsiləsi kənd haqqında nağıla bənzəyir. Kənd həyatı ilə təbiətin harmoniyası rəssama çox güclü təsir bağışlayıb. Bu yerlərin həyat tərzi, kənd sakinlərinin məişəti, təbii landşaftların gözəlliyi qayğı ilə qorunub saxlanmasına ehtiyac duyulan ənənəvi irsin etalonudur.

“Naxışlar” seriyası formaların, rənglərin və ritmin rəqsinə bənzəyir. Bu seriyaya daxil olan əsərlər adi perspektiv qanunlarını üstələyir. Son dərəcə şərti və metaforik olması ilə fərqlənən kompozisiyanın elementləri xalça naxışının ayrı-ayrı hissələrini xatırladır. Əsas obrazlar – insanlar, əşyalar və bitkilər stilistik və ritmik naxışlar şəklində əlaqələndirilib.

Məmməd Yarməmmədov Türkmənistan mədəniyyətini beynəlxalq məkanda təmsil etməyə çalışır. Yaradıcılığı sevimli diyarının tarixindən və milli sənət ənənələrindən qaynaqlanan bu sənətkar öz ölkəsinin mədəni irsinin qorunub saxlanmasına töhfə verən bir insan kimi xarakterizə edilir.

Qeyd edək ki, sərgi AZƏRTAC-ın informasiya dəstəyi ilə keçiriləcək.

Son xəbərlər

“Reuters”: Türkiyə Ukraynanın Qara dənizdəki zərbələrindən sonra Rusiyadan neft alışını azaldır

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

SEPAH: ABŞ-nin "MQ-9" dronu vurulub

Baş Qərargah: Ukrayna Rusiyanın iki retranslyatorunu və beş PUA idarəetmə məntəqəsini məhv edib

Fransada yanğın törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayı 474 nəfərə çatıb

Sabah 37 dərəcə isti olacaq

Kamran Əliyev: Çin beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyini dəstəkləyib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar ödənilib

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Yaponiya XİN başçısı Səudiyyə Ərəbistanı və Omana səfər edəcək

Bəzi yerlərdə leysan yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

Almaniyada meşə yanğını səbəbindən 1,8 minə yaxın sakin təxliyə edilir

Yasamal rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

AQTA: Yağ nümunələrində sağlamlıq üçün təhlükəli emal çirkləndiricisi aşkarlanıb

Azərbaycanda ilk dəfə çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçiriləcək

Sabah Sabirabad, Salyan və Saatlıda qaz olmayacaq

Qruşko: Türkiyədən Qara dənizdə moratoriumla bağlı təkliflər almamışıq

Naxçıvanda əhalinin sayı artıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Sabah rayonlara yağış yağacaq

İlham Əliyev Almaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib

Bütün xəbərlər