{category-title}

“Yalvartmaq lazım deyil!” - Laləni işə götürmürlər

 

“Hara baxırsan işə 30 yaşa qədər qəbul edirlər! Ay millət, bizdə 30 yaşdan təqaüdə çıxırlar ki? “Ya da, gənc kadr olsun, ancaq təcrübəsi ən azı bir neçə il olmalıdır!” deyirlər... - Gülüncdür!”.

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Mustafayeva söyləyib. Sonuncu dəfə “Maşın” realiti şousu ilə gündəmə gələn Lalə işsizlikdən gileylənib:

“Gənc kadr yetim harada təcrübə alsın? Biz - 30-35 yaşı olanlar artıq lazım deyilik?! İllər öncə düşünürdüm ki, 30 yaşımdan sonra daha ağıllı, müdrik, savadlı, təcrübəli olacam! Amma, əksinə... 30 yaşa çatıb işsiz qaldım!

İşə qəbul edənlərədir sözüm, ay ağıllılar, siz məgər ana bətnindən çıxanda danışa, gəzə bilirdiniz və doğulan kimi vəzifədə olmusunuz?! Allah hər şeyi görür! İnsanları yalvartmaq lazım deyil! Siz Allah deyilsiniz! Bir az fərqlisənsə, həyat çətinləşir.

Düşünməyin ki, bu cür xanımlar gözəl həyat sürür! Əxlaqsız və sırtıqlar ancaq lüks həyat yaşayır! Biz isə kimlərəsə sübut etməyə çalışırıq ki, bacarıqlıyıq və əxlaqımızı qoruyub pul qazanmaq istəyirik! Bizə iş verin, görün ki, 2-3 həftəyə hər şeyin öhdəsindən gələ biləcəyik!”.

Qeyd edək ki, aparıcı uzun müddət “Lider” TV-də çalışıb.

Son xəbərlər

Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bakının bir sıra yollarında tıxac yaranıb

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün xəbərlər