{category-title}

Suriyada cəhənnəm vadisi: “Atamı da, anamı da öldürdülər... meyitə yalvarırdım” – Səbuhi Məmmədli yazır

 

(Əvvəli burada https://lent.az/news/331831)

Əslində Suriyada öldürülən və ya itkin düşən azərbaycanlıların sayını və ən əsası, adlarını dəqiqləşdirmək çox çətindi. Məsələn, bir qədər əvvəl İŞİD-ə yaxınlığı ilə tanınan, amma indi qapadılan saytların birində Suriyada öldürülən azərbaycanlıların fotoları paylaşılmışdı. Həmin saytlarda 10 azərbaycanlının fotosu yayılmışdı. O fotoların altındakı şərhlərdə azərbaycanlıların adları Seyful Azəri, Ənəs əl-Azəri, Əbu Yəhya, Həbibullah, Seyful Bakuvi və sair kimi qeyd olunurdu. Bir sözlə, bu adlar heç bir rəsmiyyət daşımırdı.

 

Bu məqam, “Əl Hol” adlı cəhənnəmdə özünü daha qabarıq büruzə verir. Çünki düşərgədə olanların böyük əksəriyyətinin sənədi yoxdur. Həm qadınlar, həm də uşaqlar onlara verilən ləqəblərlə tanınırlar.

Bəs harada, kimdədir onların sənədləri? Təxminən deyim: Yayladağında, Kilis düzündə, Akçakalada, daha harada, harada, harada. Sadəcə, cırıb tullayıblar, vəssalam.

Çünki Azərbaycan da daxil olmaqla, Qafqazdan Suriyaya gedən terrorçuların əksəriyyətinin tranzit yeri Türkiyə olub. Əsasən də Hataya bağlı Yayladağı, Kilis və Şanlıurfaya bağlı Akçakala kəndi. Aldadılan və Suriyaya aparılanların hamısının sənədləri Türkiyə tərəfində alınır və onlar gizli yolla Suriyaya keçirilirdilər. Sənədlər isə alındıqdan sonra sadəcə məhv edilirdi.

Elə bu qəhrəmanımız kimi.

“ Atam aldanıldı! Sonra anamı aldatdı. Biz qurban olduq arada... Anama dedi ki , Türkiyəyə gəl. Burda gözəl həyat gözləyir bizi.

Türkiyəyə çatan kimi bizi apardılar!

Atam - Seyfulin Nail dörd aydan sonra qəddarcasına öldürüldü, sonrada anam - Xəlilova Səbinə...

Mən onun meyitinin üstündə çox ağladım, çox yalvardım, bu dünyadan getməsin....”

Amma… Amma az keçmir ki, onun özünü qətlə yetirirlər. 14 yaşlı Sahibi. Ondan, böyük ehtimalla, kamikadze kimi istifadə ediblərmiş. Çünki döyüşlərin birində snayperlə başından vurublar.

Bu gün “Əl Hol”da onun 3 bacısı qalıb. Şəkillərdə gördüyünüz üç bacı: 11 yaşlı Əzizə, 14 yaşlı Zeynəb və 3 yaşlı Sumeya. Həm Sahib, həm də iki böyük bacısı Bakıda anadan olublar. Sumeya isə İŞİD-in əsirliyində. İndi bu zavallı bacılar kimin himayəsindədirlər, hardadırlar, bilən yoxdur. Bircə bilinən budur: “Əl Hol”dadırlar.

Bacılardan birinin səs yazısını ürək ağrısız dinləmək olmur: “Necəsiniz, nə edirsiz? Nənəmlə danışmaq istəyirəm. Onun üçün çox darıxmışam. Onu səsini eşitmək istəyirəm. Onun fotosunu çəkib göndərin mənə”.

Sonrakı səs yazısından bəlli olur ki, əsirlikdəki nəvə nənəsiylə danışıb. Hətta evdən ona fotolar da göndərilib. Diqqət!

“Mən evimizin fotolarına baxdım. Heç xoşuma gəlmədi. İstəyirəm evimiz işıqlı görünsün, çəhrayı rəngdə olsun. Çarpayımız isə moruğu rəngdə”.

***

...Bir qədər əvvəl, daha doğrusu, bu ilin avqust ayında türkiyəli həmkarımız Mutlu Giviroğlu “Əl Hol”da olmuşdu. Mutlu düşərgədə xeyli azərbaycanlı qadınla da söhbətləşmişdi. Məsələn, adının Ayişə olduğunu deyən azərbaycanlı qadın həyat yoldaşı ilə birgə Suriyaya getdiyini bildirib. Həyat yoldaşının Kobanidə öldürülməsindən sonra bu ora sığınan Ayişə düşərgədəki vəhşətlərdən bəhs edib.

Düşərgədəkilərdən biri həmkarımıza bildirib ki, iyul ayında 14 yaşlı azərbaycanlı qız nənəsinin də iştirakı ilə boğularaq öldürülüb. Qızın günahı isə başını örtmək istəməməsi olub.

Mutluya o da məlum olub ki, Suriya və İraqda həyat yoldaşları İŞİD-ə xidmət edən bəzi qadınlar ölüm hökmlərinə məhkum edilib. Məhkəmənin qərarı ilə edam edilən qadınların övladlarının taleyi bəlli deyil.

Sitat: “Azərbaycanlı qadınlar peşmandırlar, dönmək istəyirlər, yardım istəyirlər. Biz aldadılmışıq, deyirdilər”.

Türk jurnalistin dediyinə görə, bəzi azərbaycanlı qadınlar bu düşərgədən qaçmaq istəsə də, alınmayıb. Eləsi də var ki, taleyi ilə barışıb. Çünki ailələri onları qəbul etmək istəmir. Elə onların uşaqlarını da. Onlara elə beləcə də deyirlər: Gəlməyin, burada sizləri gözləyən yoxdur.

Bu əhvalatı isə sadəcə həyəcansız oxumaq mümkün deyil. Keçən yazımızdakı Zemfira yadınızdadırmı? Hə, o məsum qızcığaz:

“Mənim adım Zemfiradı. Nənəm Firuzə, sevərək adımı belə qoydu! Gözümü acıb gördüm ki, artıq anam yox, atam yox! Müharibə dəhşətinin içindəyəm! Canımı qorxu bürüdü. Adım belə yadımdan çıxdı!!! Yaşımı, doğma dilimi unutdum!!! Sonradan Suriyanın “Əl- Hol” düşərgəsinin yetim evinin əsiri oldum! Burda adımı Sara qoydular! Məni itirməyin!!! Mən azərbaycanlıyam”.

...Gecə, hə, dünən gecə saat 2-də mesencerimə gələn məktubu səhər yuxudan duranda oxudum:

“Yazınızda adi çəkilən qız mənim qardaşım qızıdır. Mən onun bibisiyəm. Xahiş edirəm, onu tapmaqda kömək edin”.

Dərhal da cavab yazdıq. Bizdə Zemfiranın dəqiq fotosu yox idi, təbii. Amma məsələ ondaydı ki, əlimizdə hazırda “Əl Hol”da saxlanılan bir neçə qızın fotosu vardı.

Bir neçə foto göndərsək də, uşağı tanımadı. Nəhayət, bir fotonu da bibiyə göndəririk.

Və cavab bizi şoka salır:

- Odur, Zemfiradır! Gözləri, qaşları... odur!

Bir neçə saatdan sonra isə Zemfiranın əzizləri ilə görüşürük. Onlar hələ də baş verənlərin şokundan ayılmayıblar. Doğrudanmı, qardaşı qızları sağdır?

- Biz onu 4-5 aylığından itirdik. Yəni son dəfə o yaşda olanda gördük”, - deyir əmisi. Sən demə, Zemfiranın anası Sevinc Rüstəmova onun atası Əzizdən qeyri-rəsmi boşanandan sonra anadan olduğu Qusar rayonuna gedir. Sevincin qardaşları isə əvvəldən radikal dini qruplaşmanın üzvü olub.

Sevinc Qusara, ata evinə gedəndən az sonra respublikadakı notariat kontorlarından birinə üz tutur. Daha doğrusu, onu ora aparırlar. Həmin kontorda isə Əzizin əvəzinə Zemfiranı ölkədən çıxarılmasıyla bağlı saxta razılıq alınır. Bir neçə gündən sonra Zemfira Şirvanovka sərhəd-keçid məntəqəsindən Dağıstana keçirilir.

- Biz onun hara aparıldığını bilmirdik. MTN-ə müraciət etdik. Bircə cavab o oldu ki, sərhədi keçib, vəssalam.

Sevinc və Zemfiranın harada olduğu təsadüf nəticəsində məlum olur. Günlərin bir günü Əzizin “odnoklassniki”dəki hesabında Umma adlı bir qadının qeydi görünür. Dərhal həmin qadının profilinə yazır Əziz. Məlum olur ki, Sevincdir, indi adı tam başqadır. Elə oradaca öyrənirlər ki, qızının adını da dəyişiblər; Zemfira indi Sara adını daşıyır. Bundan sonra tərəflər bir neçə yazışma aparırlar. Sən demə, Sevinc və Sara Dağıstandan Türkiyəyə aparılıb, oradan isə Suriyaya keçiriliblər. Hazırda isə Rakka şəhərindədirlər. İŞİD-in, necə deyərlər “paytaxt”ında. O da məlum olur ki, Sevinci və qızını qardaşının dostu, əslən Kürdəmirdən olan bir nəfər Suriyaya aparıb. Hətta ondan başqa bir neçə ailəni də.

- Biz Sevincin izini 2014-cü ildə itirdik. Ondan sonra yazmadı. Sonradan xəbər gəldi ki, öldürülüb. Ya da edam ediblər. Zemfiradan isə o vaxtdan xəbərimiz yox idi. Keçən yazınızda yazmışdız ki, orada uşqlar soyuqda, yararsız, su buraxan çadırlarda qalırlar. Həmin gündən “Əl Hol”da havanın necə olduğunu izləyirik. Görən istidirmi, balamız üşümürmü. Bax, bu gün 8 dərəcədədir orda, soyuqdur yəqin balamıza...

Donub qalıram. Söz tapammıram deməyə...

(Davamı var)

Son xəbərlər

Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır

Parlament seçkiləri noyabrın 3-də keçirilməlidir, ancaq... - Məzahir Pənahovdan AÇIQLAMA

İlham Əliyev Füzuliyə getdi

Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib - VİDEO

Komitə sədri boşanmalar və erkən nikahlardan DANIŞDI

İsrail ordusu Rəfahda genişmiqyaslı hücuma başladı

Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər FOTOLAR

Rezidenturaya qəbulun 2-ci cəhdinə qeydiyyat başlayıb

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım

Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”

Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb

Sumqayıtda mənzildən meyit tapıldı

Şəkinin icra başçısının müavini vəfat etdi

150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı

Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

Faşizm üzərində qələbədən 79 il ötür

Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO

İsrail müharibə variantını seçdi – Qəzzada savaş başa çatacaq, yoxsa...

Bütün xəbərlər