{category-title}

Bakıda hər gün sürücülərdən reketsayağı 25-30 min manat pul yığılır - Özbaşınalıq

 

“Əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş bütün parklanma yerlərində - hansı ki, parklanma üçün müvafiq nişanlar da qoyulub - avtomobilləri park etmək olar və bu da ödənişsizdir”.

Bunu modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev sürücülərin parklanma yerləri üçün tələb edilən ödənişlərə etirazına cavab verərkən bildirib.

M.Ağayev qeyd edib ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan 423 parklanma yeri BNA-ya təhvil verilsə də hələlik tariflər müəyyənləşməyib: “Küçə parklanma yerlərinin idarə olunması ilə bağlı zəruri komponentlər var. Ən vacib olanı isə tariflər məsələsidir. Tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Bu yaxınlarda bizə rəsmi cavab veriləcəyi bildirilib”.

M.Ağayev qeyd edib ki, tariflər müəyyənləşənədək küçə parklanmasına görə vətəndaşlardan pul yığan şəxslərin, yaxud təşkilatın fəaliyyəti tam qanunsuzdur:

“Çünki Bakı da daxil olmaqla, ölkə üzrə avtomobil parklanmasına görə tariflər təsdiqlənməyib. Hətta qanunsuz ödənişlərlə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquq-mühafizə orqanlarına, prokurorluğa da müraciət edilib”.

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyir ki, parkinq yerləri sənəd üzərində pulsuzdur: “Bakı Nəqliyyat Agentliyi hər dəfə parkinq yerlərinin pulsuz olması ilə bağlı açıqlama verir. Mən onları belə açıqlama vermələrinə görə qınamıram. BNA hüquq-mühafizə orqanı deyil, sadəcə, məlumat verə bilirlər. Dəfələrlə bəyanat veriblər ki, parklanma yerlərindən qanunsuz olaraq pul yığılması ilə bağlı aidiyyəti qurumlara məlumat veriblər. Hazırda parklanma yerlərində ”Asa" holdinqin nümayəndələri pul yığır. Özlərinin verdiyi açıqlamaya görə, Bakı Şəhər İcra Hakimiyyəti parklanmaya nəzarət etdiyi dövrdə 120 park yeri müqavilə ilə onlara verilib. Parklanma ilə bağlı səlahiyyətlər Bakı Şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verildi və ortada boşluq yarandı. İndi də “Asa” holdinqdən deyirlər ki, bizdən həmin parkinqləri təhvil alan yoxdur. Eyni zamanda holdinq Bakı şəhərindəki bütün parkinq yerlərini götürüb və öz nümayəndəsini yerləşdirməklə pul yığılır".

Elməddin Muradlı deyir ki, gün ərzində Bakı şəhərində parklanmadan yığılan pullar az məbləğ deyil: “Hər gün parklanmadan ortalama 25-30 min manat pul yığılır. Bu pullar qeyri-rəsmi yığılır və müvafiq olaraq vergi də verilmir. Ardıcıl xəbərlər oxuyuruq ki, bələdiyyə sədrini 500 manat rüşvətlə tutublar, MMC sahibini 100 manat vergidən yayındığına görə həbs ediblər. Bəs necə olur ki, hər gün Bakı şəhəri boyu 25-30 min pul yığılır və bu qeyri-qanuni yığımı heç kim görmür? BNA pul yığmadığını dönə-dönə bəyan edir, amma reaksiya verməli orqanlar susurlar. Yəni sorğu-sual edən yoxdur, onlar da hər yerdə işləyirlər, pul yığmaqda davam edirlər”.

Elməddin Muradlının sözlərindən aydın oldu ki, BNA-nın parkinqlərin pulsuz olması ilə bağlı açıqlamaları sürücülərə böyük ziyan vurulması ilə nəticələnir: “Bakı Nəqliyyat Agentliyi deyir ki, park yerləri pulsuzdur. Bunu qəzetdən oxuyan, televiziyadan izləyən, radiodan eşidən sürücülər də maşınlarını park yerlərində saxlayanda pul ödəmirlər. Bu isə onlara çox baha başa gəlir. Pul ödəməyən sürücülərin maşınlarını cızırlar, təkərlərini deşirlər. Özlərinə də açıq-aşkar deyirlər ki, park yerində maşını saxlayıb pul ödəmirsə, baş verəcək xoşagəlməzliklərə cavabdeh deyillər. Bu reketsayağı pul qoparmaq üsulları Bakı küçələrində hər gün təkrar olunur”.

Elməddin Muradlı deyir ki, onda olan məlumata görə, BNA dövlət qurumlarına bununla bağlı müraciətlər ünvanlayıb. Amma nəticə olmayıb.
“Yeni Müsavat”

Son xəbərlər

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər

Azərbaycan neftinin qiyməti 74 dollara düşüb

Ukrayna Volqoqradda "Titan-Barrikadı" zavoduna zərbə endirib

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

600 bal toplayanların ən çoxu I qrupdadır

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib

Bütün xəbərlər