{category-title}

Azərbaycan Prezidenti: "Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik"

 

"Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik".

PressXeber.info  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Əminəm ki, artıq ixrac potensialı da formalaşa bilər. Bildiyiniz kimi, Türkiyə tərəfi böyük addım ataraq Naxçıvanın istehsalı olan malların idxalı ilə bağlı da göstəriş vermişdir. Hesab edirəm ki, Naxçıvanın istehsal potensialı artdıqca ixrac imkanları da genişlənəcək.

Bir məsələyə də toxunmaq istəyirəm. Keçən il Naxçıvan büdcəsinin gəlirləri təqribən 400 milyon manata yaxın idi. İndi növbəti il üçün büdcə məsələləri müzakirə olunur. Əlbəttə ki, Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Ancaq bir məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin.

Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Bildirməliyəm ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda, ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır".

Son xəbərlər

Rusiyanın belini qıran mübaribənin 4-cü ili - TƏHLİL

Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir

Prezident Naxçıvanda 40 subartezian quyusunun qazılması üçün Sərəncam imzalayıb

Ombudsman 2025-ci il üzrə məruzəsini Prezidentə təqdim edib

Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq

Hindistanda qəzaya uğrayan təyyarənin bütün heyəti ölüb

MM icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il uzadılmasını qəbul edib

Zelenski: Bu gün düz dörd ildir ki, Putin Kiyevi üç günə alır

Amnistiya aktı ilə 1537 nəfərin cəzası 6 ay azaldılıb

Böhtanla deyil, əməli ilə tanınan icra başçısı

BMT nümayəndəliyi "Su çərşənbəsi" münasibətilə Azərbaycanı təbrik edib

Səbuhi Mirzəyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

Bu gün Novruzun ilk - Su çərşənbəsidir

BİZİM TƏQVİM: 24 fevralda baş vermiş tarixi hadisələr

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb

ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub

Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib

MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib

Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı

“Neftçi” yox desəydi... - Qurban Qurbanov

“AzərEnerji”də rəqəmsal idarəetmə müzakirə edildi

Zərdabda 5 günlük körpə öldü - Foto

Elməddin Bağıyev hər kəsin rəğbət bəslədiyi vətən oğludur

Bütün xəbərlər