{category-title}

"Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət

 

Aygün Kazımovanın qardaşı həbsdən azad olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Xalq artisti Aygün Kazımovanın qardaşı Kazımzadə Kazım Ələsgər oğlunun yaxın qohumu Big.az-a müraciət edib. O, bildirib ki, müğənninin qardaşı Kazım Kazımovun vəziyyəti ağırdır:

"Kazım özü prezidentə müraciət edib. Oğlu da video vaistəsi ilə müraciət edir ki, atası azadlığa çıxsın. Vəziyyəti olduqca ağırdır. Tək istəyi ailəsinin yanında ölməkdir".

Xanım müğənninin məhkum qardaşının oğlu Ələsgər Kazımovun müraciət videosunu təqdim edirik:

Big.az Kazım Kazımovun prezidentə müraciətini təqdim edir:

"Bakı Ağır Cinayətlər məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda ağır onkaloji xəstəlik səbəbi ilə Penitersiar Xidmətin Müalicə Müəsisəsində müalicə olunan, Xalq artisti Aygün Xanım Kazımovanın doğma qardaşı Kazımzadə Kazım Ələsgər oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli Prezident!
Yazaraq sizə bildirmək istəyirəm ki,mən 2015-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitersiar Xidmətinin 2 saylı Cəza-çəkmə Müəsisəsinə daxil olmuşam, daxil olduğum müddətdən 2018-ci ilədək daxili rejim qaydalarını pozmamışam.Müəssisə rəisi tərəfindən barəmdə heç bir tənbeh tədbiri görülməmişdir. 2018-ci ildə bel-kürək nahiyəmdə yaranmış ağrılar səbəbi ilə 23.06.2018-ci ildə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilmişəm. MRT müayinəsinin cavabı isə 3-cü dərəcəli xərçəng xəstəliyinə yoluxmağım olmuşdur.
Azərbaycan Respublikasının Qanunlarına əsasən məhkum Cəzaçəkmə Müəssisəsinə daxil olduqdan sonra ağır xəstəliyə düçar olursa vaxtından əvvəl cəzadan azad olunur. Yəni Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən komissiya keçirilib azadlığa buraxılmalıdır.Mənim də xəstəliyimə dair sənədlərim bu komisiyalara təqdim edilib. Şəxsən iki dəfə tibbi komisiyada iştirak etmişəm. Ancaq heçbir nəticə əldə etməmişəm. Səbəb isə belə olmuşdur, yəni Müalicə Müəssisəsinin rəis müavini İftixar Qurbanov mənə: "Hələ yeriyə bildiyimi demiş və hələ ölmürsən, ölənə yaxın səni buraxacağıq" demişdir.

Hörmətli Prezident!
Sizdən xahiş edirəm ki, mənim ağır xəstəliyə yoluxduğumu, ölüm ayağında olmağımı və cəzamın 3/2 hissəsini çəkməyimi nəzərə alıb cəzadan vaxtından əvvəl azad olunmağıma köməklik göstərəsiniz".

"Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət"Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət"Ölürəm, ağzımdan qan gəlir"- Aygün Kazımovanın həbsdə olan qardaşından Prezidentə müraciət

Son xəbərlər

Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək

Çarmıxa çəkilmiş vicdanın səsi

Venesuela Səhiyyə Nazirliyi: Zəlzələlər nəticəsində 235 nəfər ölüb, 4,3 min nəfər xəsarət alıb

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək

Lukaşenko bu yaxınlarda Zelenskinin nümayəndələri ilə görüşdüyünü bildirib

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

TƏBİB regionlarda həkim çatışmazlığının həlli üçün təhlillərə başlayıb

Su polisi Hövsanda əməliyyat keçirib, külli miqdarda narkotik aşkarlanıb

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb - YENİLƏNİB

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

600 bal toplayanların ən çoxu I qrupdadır

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

Dünya bazarlarında "WTI" neftinin qiyməti 70 dollardan aşağı enib

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

Neftçalada DOST filialının açılışı olub

Nazim Sadıxov: "Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm"

Bütün xəbərlər