{category-title}

Azərbaycanda internetin sürəti ZƏİFDİR - 4G şəbəkəsi niyə İŞLƏMİR?

 

 

Dekabr ayından etibarən ölkədə beşinci nəsil simsiz texnologiya adlanan 5G şəbəkəsi tətbiq olunmağa başlayacaq. Müəyyən bir ərazini əhatə edəcək bu yenilik deyilənə görə, istifadəçilərə yüksəksürətli internet üstünlüyü yaşadacaq.

Bilirsiniz ki, ölkədə 4G şəbəkəsi hələ də tam olaraq özünü doğrultmayıb. Xüsusən də “Bakcell” mobil operatorlarında 4G nəinki sürətli internet təklif edir, heç normal şəbəkə xidməti belə göstərə bilmir.

Maraqlıdır, 5G rəqəminin arxasında real texnologiya gizlənirmi? Ölkədə 4G-nin özünü doğrultmadığı vaxtda 5G-yə keçidə ehtiyac varmıydı?

Bununla Redaktor.az-a açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, hər bir şəbəkənin arxasında müəyyən texnologiya dayanmalıdır:

“4G deyilirsə, onun müəyyən sürəti, paketləşməsi, trafiki olmalıdır. 5G deyilirsə, bu, daha sürətli şəbəkə xidməti deməkdir. Lakin bizdə mobil operatorlar verdiyi 4G şəbəkə xidmətini məhdud ərazidə tətbiq edir. Fikir versəniz görərsiniz ki, mərkəzdən uzaqlaşdıqca, telefonunuzda 4G keçir 3G-yə. Hətta bəzi ərazilərdə 2G ilə də əvəz olunur. Deməli, şəbəkəylə bağlı yeniliklər müəyyən yerləri əhatə edir. 5G məhdud ərazini (Fəvvarələr meydanı) əhatə edir. İnsanlar da elə bilir ki, bir operator daha sürətli internet təklif edir, digəri isə zəif. Bu, çox önəmli məsələdir. Xidmətin olması hər yerdə onun tətbiq ediləcəyi anlamına gəlmir. İstifadəçilər bu incə məsələni nəzərə almalıdır. Əslində, 4G və 5G şəbəkələri yüksək sürətli internet təklif edir. Gələcəkdə “Wi-Fi” ilə internetə qoşulmağı 5G əvəz edəcək”.

5G sürətini yüksək tezliklər vasitəsi ilə həyata keçirmək mümkündür. O tezliklər başda insan olmaqla bütün canlılara mənfi təsir göstərə bilir. Dünyanın bir neçə ölkəsi artıq bu texnologiyadan imtina edib. Maraqlıdır, ölkəmizdə bu yenilik niyə tətbiq edilir?

Fərid Kazımov əlavə edib ki, bu gün əksər ölkər 5G şəbəkəsinin tətbiqinin vacib olub-olmaması məsələsini müzakirə edir:

“Əslində qalsa, hər bir texnologiya ziyandır. Onların hansının az, yaxud çox olması ekoloqların araşdırmasından sonra məlum olacaq. Burada çox vacib məsələ var, o da bu texnologiyanın qiymətidir. Xidmətin tətbiq edilməsi xərcləri çox yüksəkdir. Bu səbəblə, əksər ölkədə bunun vacib olub-olmaması məsələsi müzakirə edilir. Lakin zaman yeni texnologiyanın tətbiqini tələb edir. Necə ki, əvvəl GSM vardı, sonra 2G, 3G, 4G, indi də 5G gəlir. Sadəcə olaraq qeyd etdiyim kimi, burada ərazi məsələsi var. Layiə bahalı olduğu üçün yaxın zamanda onun bütün Azərbaycanı əhatə edəcəyini düşünmürəm. 4G-nin bəzi yerlərdə işlədiyi vaxtda 5G-nin geniş tətbiqindən söhbət gedə bilməz”.

Son xəbərlər

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

Bazar gününə olan hava proqnozu açıqlanıb

MİQ üzrə nəticələr açıqlanıb

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

2016-cı ildə Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanılıb

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Azərbaycan neftinin qiyməti 3 %-dən çox artıb

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Bütün xəbərlər