{category-title}

14 milyonluq tenderi kimə həvalə ediblər? - Tenderi udan texnoloji şirkətin adi saytı yoxdur

 

"Bir neçə gün öncə maraqlı bir məlumat açıqlanıb. Keçmiş adı BTRİB olan "Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) dövlət qurumu "DG Telecom” adında bir şirkətlə 14 milyon manatlıq müqavilə imzalayıb.

Baktelecom Bakı və Bakıətrfaı ərazilərdə 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzilin GPON texnologiyasının tətbiqi ilə telefonlaşdırılması üçün adı çəkilən quruma 14 milyon manat vəsait ödəyəcək. Bu məqsədlə tender keçirilib və "DG Telecom” tenderi udub."

PressXeber.info Miq.Az a isdinadən xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Gündüz Osman açıqlama verib.

"Təxminən 25 ildir ki bu sektordayam. Belə bir İKT qurumu tanımadığımdan, istədim ki saytına baxıb dəqiqləşdirim. Məlum oldu ki, nə bu qurumla bağlı hansısa bir rəsmi sayt var, nə də ki normal bir məlumat tapmaq olur. Qəribədir ki, dövlət qurumu olan Baktelecom 14 milyon vəsait verməyə hazırlaşdığı bu telekommunikasiya və internet şirkətinə heç olmasa adi bir sayt hazırlatdıra bilməyib"-deyə Gündüz Osman bildirib.

"Turan" İnformasiya Agentliyinin əməkdaşı, araşdırmaçı jurnalist Hafiz Babalı isə bildirib ki, bu məsələ haqda araşdırma aparılıb: "DG Telekom" MMC ilə müqavilə http://dgtelecom.az/ fevralın 11-də imzalanıb. Onun dəyəri 14 milyon 221,7 min manat (8 milyon 365,7 min ABŞ dolları) təşkil edir.

"Bakı Telefon Rabitəsi" MMC-nin telefon şəbəkəsinin həcmi 807.104 nömrədir: http://www.baktelecom.az/stasionar-telefon. Buna baxmayaraq, abunəçilər telefon nömrələrinin yalnız 80.4%-dən istifadə edir.

"DG Telekom" MMC 2017-ci ilin sentyabr ayında 10 manat kapitalla yaradılıb. Şirkətin direktoru Elmar Şahmuradovdur. Daha əvvəl bu şirkətin hansı işlər gördüyü bilinmir.

"Bakı Telefon Şəbəkəsi" MMC-nin (BTS) nəzdində 2001-ci ildən "Bakİnternet" internet provayderi fəaliyyət göstərir. BTŞ şəbəkəsi vasitəsilə "Bakİnternet" abunəçilərinə (212407) və digər İnternet xidməti provayderlərinə (52460) genişzolaqlı yüksək sürətli İnternet xidmətləri təmin olunur. Telefon şəbəkəsinin həcminin 40,6% -i ilə genişzolaqlı yüksək sürətli İnternet xidmətləri təmin olunur".

"Turan" öz məlumatında adıçəkilən şirkətin www.dgtelecom.az ünvanını qeyd etmiş olsa da, artıq 1 ildən çoxdur fəaliyyət göstərən "DG Telecom”un göstərilən elektron ünvanı aktiv deyil. Saytın iki dildə - ingilis və azərbaycanca - fəaliyyət göstərdiyi qeyd edilir, lakin məlumatlar yalnız ingilis dilində yerləşdirilib, həm də olduqca məhdud formada. Saytda göstərilən (+99412) 4648788 nömrəli telefona etdiyimiz zənglər isə cavabsız qaldı. Bir sözlə, qeyd edilənlərə və aparılan araşdırmalara əsasən deyə bilərik ki, "DG Telecom" 14 milyonluq layihəni reallaşdırmaq üçün hələ çox gənc və təcrübəsizdir.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Son xəbərlər

Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Özəl bağçalara uşaqların qeydiyyatı başlayır

FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib

İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib

İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək

Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb

Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB

Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar

Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib

“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub

Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Küləkli havada 4 nəfər xəsarət alıb

Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir

Bütün xəbərlər