{category-title}

Bakı Limanı Avropanın aparıcı logistika şirkətləri ilə əməkdaşlığı möhkəmləndirir

 

 

Xəbər verdiyimiz kimi, cari ilin aprel ayında Avropanın ən böyük logistika və nəqliyyat qovşaqlarından biri olan Niderland Krallığının Limburq əyalətinin Venlo şəhərində fəaliyyət göstərən aparıcı 7 şirkət Bakı Limanı ilə imzalanmış anlaşma memorandumuna əsasında əməkdaşlığa başlayıblar.

AZƏRTAC xəbər verir ki, əməkdaşlığın davamı olaraq “Cabooter Group”un rəhbəri Hans Cabooter və idarə heyətinin üzvü Peter Pardoel Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər. Görüş zamanı, əməkdaşlıq çərçivəsində Bakı Limanından keçərək Avropadan Çinə gedən ilk blok qatarın qarşılanması ilə bağlı müzakirələr olunub. Qeyd olunub ki, gələcəkdə Venlo-İstanbul-Bakı-Çin istiqamətində hərəkət edəcək qatarlar kənd təsərrüfatı, brend geyimlər, elektronika cihazlarının daşınmasında mühüm rol oynayacaq. “Cabooter” qrupla aparılan danışıqlar zamanı, həmçinin Venloda yerləşən Niderland Krallığının tanınmış Fontys Universiteti ilə yeni Bakı Limanı mütəxəssislərin beynəlxalq təcrübəyə yiyələnmələri üçün limanda və Limburqda texniki peşəyönümlü təlim kurslarına cəlb olunması barədə ətraflı müzakirələr aparıb. Belə ki, Azərbaycanda ilkin seçimlərdən sonra, liman mütəxəssislərinin 6 aylıq müddətinə təlim və praktiki təcrübəyə cəlb olunmaları planlaşdırılır.

Səfər zamanı baş direktor Taleh Ziyadov qonaqları yeni Bakı Limanı ilə əyani tanış edib və onlara müasir və ən son texnoloji həllərin tətbiq olunduğu liman əməliyyatları barədə ətraflı məlumat verib.

Son xəbərlər

Çolpon-Ata Bəyannaməsi: Azərbaycan və Mərkəzi Asiya yeni strateji mərhələdə - ŞƏRH

Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq

Maliyyə Nazirliyi iyulda 4 depozit hərracı keçirib

Magistratura üzrə plan yerləri niyə boş qalıb?

Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Finlandiya İspaniya ilə bağlı Şengen sazişinin fəaliyyətini dayandırmağa çağırıb

Sabah 39 dərəcə isti olacaq

Ukrayna Volqoqrad NEZ, Taman limanı və Krımdakı aviasiya zavodunun vurulduğunu açıqlayıb

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Qırğızıstan tezliklə Azərbaycanla neft məhsullarının tədarük həcmlərinin razılaşdırılacağını gözləyir

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Prezident Mərakeş Kralını təbrik etdi

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bəzi ərazilərində işıq kəsiləcək

Magistratura imtahanının nəticələri elan olunub

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Makron hökumətinin dərin böhranı - siyasi iflas, iqtisadi kəsir və xarici siyasətdə uğursuzluq - ŞƏRH

Bütün xəbərlər